www.vivo-book.com
113
ləpələndirən bu varlıq qeyri-adi
gözəlliyi və görkəmi ilə
qocanı valeh edib, əməlli-başlı mat qoymuşdu.
Qoca kəndiri var qüvvəsiylə özünə tərəf dartdı ki,
balığı qayığa mümkün qədər çox yaxınlaşdırsın. Birdən
balıq
azca böyrü üstə döndü, amma tez də özünü düzəldib
dövrə vurmağa davam elədi.
– Canı əlimdədir, – qoca dedi. –
Mən onu tərpədə
bildim. İndi hara çəksəm, ora da gedəsidir.
Qocanın başı yenə gicəlləndi, lakin qüvvəsini toplayıb
ipi bir də dartdı. “Onu böyrü üstə çevirə bildim, – o
düşündü, – bu dəfə arxası üstə çevirəcəm. Hə, əllərim, nə
qədər
gücünüz var, dartın ipi! Ayaqlarım, siz də möhkəm
durun! Başım, nəbada özünü itirəsən ha! Axı
sən heç vaxt
məni darda qoymamısan. Bu dəfə mən onu arxası üstə
çevirəcəm”.
Kəndiri var gücüylə özünə çəksə də, balığı tam arxası
üstə çevirə bilmədi: bir anlıq yanpörtü qalan balıq
tez də
özünü düzəldib əvvəlki vəziyyətinə qayıtdı və üzüb aralandı.