Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə64/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   60   61   62   63   64   65   66   67   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
128 
almışdı və zərbəni də məhz ora endirmişdi. O, bunu heç 
nəyə ümid bağlamadan, qarasına, lakin sonsuz bir qətiyyət, 
qəzəb və tükənməz nifrətlə etmişdi.
Həvədiş havada kəlləmayallaq aşıb, beli üstə dənizə 
düşdü; qoca onun sönən gözlərini aydın gördü və artıq 
öldüyünü yəqin etdi. Amma o, təzədən çevrildi; nizənin 
sapındakı kəndir iki dəfə belinə dolandı. Bu hərəkətlə sanki 
o, qocanın çıxardığı hökmlə razılaşmaq istəmədiyini 
bildirirdi. Arxası üstə düşdüyü halda quyruğunu oynadıb 
dənizi elə köpükləndirdi ki, elə bil suda mühərrikli qayıq 
gedirdi; çənə döyə-döyə dişlərini şaqqıldatdıqca adamı 
vahimə basırdı.
Köpəkbalığının çırpındığı yerdə dəniz ağappaq idi; 
tezliklə yekə cəmdəyin dörddə üçü suyun üzünə qalxdı, 
belinə sarınmış kəndir əvvəl tarım çəkilib titrədi, sonra 
qırılıb tikə-tikə oldu. Qoca durub tamaşa edirdi. Dentuso 
yavaş-yavaş dənizə batdı.
– Məlun köpək! Ətimdən düz qırx girvənkə qopartdı, – 
qoca ucadan dilləndi; sonra dinməzcə fikrindən keçirtdi ki
bəs o hələ mənim nizəmi də, üstəlik, olan-qalan kəndirimi 


www.vivo-book.com 
129 
də özüylə apardı, balığın isə qanı axır, bu qanın izinə düşüb 
başqa yırtıcılar da mütləq özlərini yetirəcək.
O didilib eybəcərləşmiş balığa baxa bilmirdi. Dentuso 
bayaq balıqdan iri bir dişləm qoparanda qocaya elə gəlmişdi 
ki, əti qoparılan balıq yox, o özüdür.
“Amma mən hər necə olsa, balığıma qəsd edən yırtıcını 
öldürdüm, – o düşündü. – Ömrümdə birinci dəfədir belə 
dentuso görürəm. Allaha and olsun ki, bu vaxtacan mən çox 
həvədişə rast gəlmişəm, amma bu cür natarazı olmamışdı. 
İşim çox yaxşı gedirdi, heyf! Əlbəttə, belə vəziyyət çox çəkə 
bilməzdi. Mən çox istərdim ki, bütün bunlar yuxu olsun: 
guya mən bu nəhəng balığı tutmamışam, üstünə qəzet 
döşənmiş çarpayımda sakitcə uzanıb yatmışam, vəssalam. 
Kaş belə olaydı”. 
– İnsan övladı məğlubiyyət üçün yaranmayıb, – o dedi. 
– İnsanı məhv etmək olar, lakin məğlub etmək olmaz.
“Hər necə olsa da, balığı öldürməyimə peşmanam, – 
qoca düşündü. – Nahaq öldürdüm onu. Yaxşı bilirəm ki, bu, 
mənə ucuz oturmayacaq. Nizəm də əlimdən çıxdı. 
Həngamənin zırpısı hələ qabaqdadır. Dentuso olduqca 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə