Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə65/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   61   62   63   64   65   66   67   68   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
130 
çevikdir. Çox hiyləgər, çox da amansızdır. Həm çox 
güclüdür, həm də çox ağıllı. Amma mən ondan da ağıllı 
çıxdım. Ola bilsin, mənim üstünlüyüm yalnız ondan yaxşı 
silahlanmağımdadır”. 
– Qoca, burax bu fikirləri! Üzməyində ol, bəla gələndə 
də onu kişi kimi qarşıla, – o, yenə ucadan dilləndi. 
Amma tez də fikrindən ayrı şeylər keçirtdi: “Yox, mən 
düşünməyə bilmərəm, çünki mənimki də bir bu balıqdır, bir 
də beysbol. Görəsən, dentusonu bircə sərrast zərbə ilə 
təpəsindən vurub öldürməyim Di Macionun xoşuna gələrdi? 
Bu o qədər də böyük məharət deyil, bunu başqası da eləyə 
bilərdi. Qoca, sən bilən, kimin işi daha çətindir? Səncə, 
yaralı, ya qıc olmuş əllərin sənə sümük döyənəyi ilə beysbol 
oynayanların mahmızından çox mane olur? Nə bilim, vallah. 
Mən onu bilmərəm. Ömrümdə ayaqlarım ağrımayıb. Cəmisi 
bircə dəfə – dənizdə çimərkən təsadüfən elektrikli skat 
balığının üstünə çıxdım, cərəyan məni vurdu, qıçım dizəcən 
iflic oldu; ağrısına dözə bilmirdim”. 
– Qoca, boşla bu qəliz fikirləri, yaxşı olar ki, ürəkaçan 
şeyləri yada salasan, – o ucadan dedi. – Evə çatmağa daha 


www.vivo-book.com 
131 
bir şey qalmayıb. Ətindən qırx girvənkə itirəndən sonra 
xeyli asan üzürsən.
O, axına düşəndə başına nələr gələcəyini yaxşı bilirdi. 
Əlindən nə gələrdi? Axı neyləmək olar ki? 
– Düz danışmırsan, bəyəm bıçağı kürəklərdən birinin 
sapına bağlaya bilməzsən? 
Dediyi kimi də elədi. Sükanın dəstəyini qoltuğunun 
altına dayayıb, yelkənin ipini ayağı ilə basdı və bıçağı avarın 
sapına bağladı.
– Bax, gördünmü?! Mən qocayam, amma hər necə olsa, 
silahsız deyiləm.
Külək qayığı qabağına qatıb aparırdı. Qoca indi balığın 
yalnız baş hissəsinə baxır, puça çıxmış ümidlərinin bir qismi 
sanki geri qayıdırdı.
“Ümidi itirmək ağılsızlıqdır, – o düşündü, – həm də 
günahdır. Qoca, günah haqqında düşünmə! Onsuz da, 
çəkiləsi dərd-sərin az deyil. Bir də mənim günah-savab kimi 
şeylərdən başım çıxmaz. Özüm də belə şeylərə inanmıram. 
Ola bilsin ki, balığı öldürmək günahdır. Amma mən onu 
özümün yaşamağım üçün öldürmüşəm. Hələ çoxlarını da 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə