Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə73/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   69   70   71   72   73   74   75   76   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
146 
– Hər tikəsi bir balığa yem olan gözəlim! Uzaqlara 
üzdüyümə çox peşmanam. Təkcə səni yox, özümü də məhv 
elədim. Məyus olma, ikilikdə xeyli akula öldürdük, bir 
xeylisini də şikəst elədik. Düzünü de, qoca balıq, ömrün 
boyu bu yırtıcılardan, bu qarınqululardan çoxmu 
öldürmüsən? O uzun, o iti qılıncını burnunun üstünə boş 
yerə taxmamışdın ki. 
Öz balığı barədə düşünmək qocanın xoşuna gəlirdi və 
əgər qayıq rahat üzə bilsəydi, beləcə oturub onun akulaya 
necə divan tutması barədə fikirləşməkdən ləzzət alardı. 
“Gərək balığı ovlayan kimi qılıncını kəsib götürəydim, 
yırtıcılarla cəngə girəndə əcəb kara gələrdi”, – o düşündü. 
Amma onu baltasız necə kəsmək olardı? Balta bir yana, bu 
saat heç bıçağı da yox idi.
Sonra fikirləşdi ki, hərgah balığın qılıncı məndə 
olsaydı, onu avarın ucuna bağlayardım və qiyamət bir silah 
alınardı! Bax, onda biz balıqla ikilikdə əl-ələ verib 
yırtıcılarla vuruşar, bu ziyankarların anasını ağladardıq! Bəs 
indi neyləyə bilərsən, qoca? Gecə birdən onlar üstünə 
gəlsələr, sən nə edəcəksən?


www.vivo-book.com 
147 
O, hökm verirmiş kimi qətiyyətlə səsləndi: 
– Vuruşacam, – dedi, – ölənəcən vuruşacam!
Amma gecənin qatı qaranlığında nə bir işıq, nə bir 
işartı görünürdü. Olan bircə külək idi, bir də küləyin 
qabartdığı yamaqlı yelkən. Birdən qocaya elə gəldi ki, ölüb. 
Əllərini bir-birinə yapışdırıb ovcunu ovcuna sürtdü. Yox, 
ölməmişdi, əlləri hərəkət etdikcə, açılıb-yumulduqca 
sızlayıb göynəyirdi. Ağrı – həyat nişanəsiydi: ağrıyırdısa, 
demək, hələ yaşayırdı. Qayığın arxa tərəfinə söykənəndə 
kürəyinin göynərtisi də, çiyinlərinin sızıltısı da ona hələ 
ölmədiyindən xəbər verirdi. 
“Balığı ovlamağa görə söz verdiyim bütün duaları 
oxuyacam; amma indi elə yorğunam ki, ağzımı açmağa 
taqətim yoxdur, – düşündü. – Yaxşısı budur, kisəni götürüb 
çiynimə salım”. 
Qayığı uzandığı yerdəncə idarə edə-edə, Havana 
işıqlarının nə vaxt görünəcəyini gözləyirdi. “Balığın yarısı 
hələ məndədir, – o, fikrindən keçirtdi. – Bəlkə, bəxtim 
gətirdi, salamat qalmış qabaq tərəfi aparıb evə çıxara bildim. 
Heç olmasa, bəxt bir dəfə üzümə gülməlidir, ya yox! Yox, 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə