Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə71/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   67   68   69   70   71   72   73   74   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
142 
öldürəm, – qoca düşündü. – Amma fərq etməz, nə qədər 
canımda can var, əllərim avar-toppuz tutur, axıradək 
vuruşacam”.
Göynərtisini azaltmaq üçün əllərini şor suya salıb 
islatdı. 
Axşam yaxınlaşırdı, ətraf bomboş idi. Aşağıda göy 
dəniz, yuxarıda mavi səma – başqa heç nə gözə dəymirdi. 
Külək xeyli güclənmişdi və qocaya elə gəlirdi ki, sahilə 
çatmağa daha bir şey qalmayıb. Öz-özünə dedi: 
– Yaman yorulmusan, qoca! Sənin nəinki canın, hətta 
ruhun da yorulub.
Növbəti akula həmləsinə qoca bir də günəş qüruba 
əyilən vaxt tuş gəldi. O, balığın enli izi boyunca üzübəri 
şütüyən qonur üzgəclərin mavi suları necə dalğalandırdığını 
və birbaşa qayığa tərəf irəlilədiyini gördü.
Yerindən durub sükanı möhkəm bərkitdi, yelkəni 
bağladı, kormadakı arxa oturacağın altından toppuzu 
çıxardıb əlində hazır tutdu. Uzunluğu iki fut olan bu toppuzu 
haçansa sınıq avardan mişarlayıb düzəltmişdi; onu yalnız bir 
əllə işlətmək mümkün idi. Qolluğu sağ biləyinə taxdı və 


www.vivo-book.com 
143 
toppuzun dəstəsindən bərk-bərk yapışaraq rəqiblərinin gəlib 
çatmasını gözlədi. Bir cüt galano qayığa yaxınlaşdı. 
“Hələ dəyməyəcəm, – qoca düşündü, – qoy qabaqdakı 
hərif balığa əməlli-başlı girişsin, sonra ya burnunun 
üstündən, ya da təpəsindən elə ilişdirəcəm ki, yerində 
qalacaq”.
Hər iki galano yanaşı, qoşa üzürdü; qayığa daha yaxın 
olanı ağzını geniş açaraq həvə dişlərini balığın gümüştək 
bərq vuran böyrünə ilişdirəndə qoca yuxarı qaldırdığı 
toppuzu var gücüylə onun yastı kəlləsinə endirdi. Əlində 
elastik bir sərtlik hiss etdi, eyni zamanda, yırtıcının kəllə 
sümüyünün çox bərk olduğunu duydu; bu qartlığı heç nə ilə 
müqayisə etmək olmazdı. İkinci zərbəni burnunun üstündən 
ilişdirdi və akula sürüşüb suya düşdü. O biri galano balıqdan 
iri bir tikə qoparıb kənara qaçdı, tikəni tezcənə içəri ötürüb, 
ağzını geniş açaraq təzədən həmlə etdi. Ət parçasının onun 
ağzından əsgi parçasıtək sallandığını görəndə təbdən çıxan 
qoca toppuzu hara gəldi ilişdirməyə başladı. Zərbə 
ziyankarın düz təpəsindən tutsa da, galano sanki istehza 
edirmiş kimi qocaya baxıb balıqdan ikinci tikəni qopartdı, 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə