Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə69/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   65   66   67   68   69   70   71   72   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
138 
çənələri ilə balıqdan sallanıb qopmurdu; qoca hətta bıçağı 
onun sol gözünə sancanda da o öz qənimətini buraxmadı. 
– Bəs belə! – qoca qəzəblə bağırdı və bu dəfə bıçağı 
onun beyni ilə haram iliyi birləşən yerə sapladı. 
Qoca bıçağın qığırdağa toxunduğunu hiss etdi; indi 
ziyankarın axırına çıxmaq elə də çətin deyildi. O, avarı 
tərsinə çevirib bıçağı galanonun ağzına soxdu ki, 
cəhənglərini cırıb, çənələrini ayırsın və ağzının içində avarı 
bərkdən burdu ki, balığı yırtıcının dişlərindən xilas etsin. 
Nəhayət, istəyinə nail oldu.
– Galano, di rədd ol dənizin dibinə! – qoca dedi. – 
Dostun da oradadır, görüşüb-öpüşərsiniz. Bəlkə dostun 
deyil, doğmaca anandır? 
O, bıçağı sildi, avarı qayığa qoydu. Sonra yelkəni 
təzədən açdı, külək yamaqlı cındırı şişirtdi; qoca qayığı 
döndərib yoluna davam etdi. 
– Ziyankarlar ətimin ən azından dörddə birini apardı, 
özü də ən yaxşı yerlərini, – qoca ucadan dedi. – Kaş 
bunların hamısı yuxu olaydı. Kaş mən bu balığı tutmamış 
olaydım. Heyf ki, işlər belə tərs gətirdi, hər şey alt-üst oldu. 


www.vivo-book.com 
139 
Bunu deyib susdu. İndi o, sevimli balığına heç baxmaq 
da istəmirdi. Qanı suya axıb getmiş balıq indi güzgülərin 
arxasına çəkilən amalqama rənginə çalırdı; lakin qurşaq 
zolaqları hələ də aydın görünürdü. 
– Mən gərək bu qədər uzaqlara getməyəydim, – qoca 
dedi. – Balıq, mən çox təəssüflənirəm ki, hər şey belə pis 
alındı. Hər ikimiz üçün! Bunun nə sənə xeyri oldu, nə mənə! 
Sonra ürəyində özünə xitabən dedi: “Qoca, ağzını 
ayırıb oturma, bıçağı sarıdığın qaytanı yoxla, gör qırılıb, ya 
yox. Sonra da əl-qolunu hazır saxla, hələ iş qurtarmayıb”. 
– Heyf ki, bıçağı itiləməyə bülöv yoxdur, – o, qaytanı 
yoxlaya-yoxlaya dedi. – Gərək özümlə bülöv götürəydim.
“Sən özünlə çox şey götürməliydin, qoca, amma heç 
birini götürməmisən. İndi nəyin olub-olmadığını yada salıb 
qan qaraltmaq, gileylənmək vaxtı deyil. Buradakı şeylərin 
köməyi ilə nə etmək olarsa, bax onu düşün”. 
Yenə ucadan dilləndi:
– Öz məsləhətlərinlə lap zəhləmi tökdün! 
Sükanı qoltuğunun altına qoyub hər iki əlini suya saldı; 
qayıq irəli üzürdü. 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə