Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə70/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   66   67   68   69   70   71   72   73   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
140 
Allah bilir, axırıncı köpəkbalığı nə qədər ətimi 
qopardı; balığım xeyli yüngülləşib.
O, balığın yırtılıb eybəcər hala salınmış qarnını 
xatırlayıb qanını qaraltmaq istəmirdi. Yaxşı bilirdi ki
ziyankarın qayığa vurduğu hər təkan, hər zərbə nəhəng 
balıqdan qoparılan böyük bir ət parçası demək idi. Balıq bu 
saat dənizdə öz arxasınca şose yolu enliyində bir iz 
buraxırdı, bu da başqa yırtıcıların izə düşə bilməsi üçün 
əməlli-başlı vasitə idi.
“Belə bir balıq adamı bütün qış uzunu yemləyə bilərdi, 
azından bir illik ruzi idi... – o düşündü. – Bəsdir, qoca, 
nəbada bu haqda düşünəsən! Bir az dincəl və balığın yerdə 
qalan hissəsini yırtıcıların növbəti hücumlarından qorumaq 
üçün çalış əllərini qaydaya salasan. Əllərimdən gələn qan iyi 
balıqdan gələn iylə müqayisədə heç nədir. Demək olar ki, 
yaralardan daha qan axmır. Azca qan sızmasının özünün də 
xeyri var: sol əlimi qoymaz ki, keyiyib qıc olsun. İndi daha 
mən nəyin fikrini çəkməliyəm? Heç nəyin. Yaxşısı budur, 
heç nə düşünməyim, oturub ziyankarların yolunu gözləyim. 


www.vivo-book.com 
141 
Vallah, bütün bunlar yuxu olsaydı, daha yaxşı olardı. Eh, 
kim bilir? İşlər yaxşılaşa da bilər”. 
Təzə gələn növbəti köpəkbalığı enliburunlardan, amma 
balacasından idi. Ağzını elə geniş açmışdı ki, elə bil donuz 
horrası ilə dolu çanağa tərəf tələsirdi. Amma donuzun ağzı 
dünyasında bu boyda açıla bilməzdi. Bu ağıza adam kəlləsi 
çox asanlıqla sığışardı. 
Qoca onu qayığın lap yaxınına buraxdı, hətta balığa 
girişməsinə də imkan verdi, sonra ucuna bıçaq bağlanmış 
avarla beyninə tutarlı bir zərbə endirdi. Köpəkbalığı beli 
üstə çevrildi; amma bıçağın da ağzı qırıldı.
Qoca sükanın arxasına keçdi. O, tədricən suya 
batmaqda olan və get-gedə kiçilən köpəkbalığının 
cəmdəyinə baxmadı. Belə mənzərəyə tamaşa etməyi 
əvvəllər çox sevsə də, indi buna qəti həvəsi yoxuydu.
– İndi vur-tut bircə qarmağım qalıb, – o dedi. – Çox pis 
oldu. Tək qarmaq, bir cüt avar, sükan və bir də balaca 
toppuzla neyləmək olar?
“Hə, yaxşı yerdə axşamladım! Məni əcəb yorub əldən 
saldılar, elə də cavan deyiləm ki, toppuzla köpəkbalığı 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə