Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə67/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   63   64   65   66   67   68   69   70   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
134 
Qoca yaxşı bilirdi ki, keyfiyyətinə görə bu balıq 
bazarda çox baha qiymətə satılacaq. Dənizin suları ətin 
iştahaçan gözəl ətrini də, dadlı şirəsini də büsbütün yuyub 
aparırdı, qoca isə bunun qabağını ala bilmirdi. Bu hələ 
harasıdır, işin çətini hələ qabaqdaydı və qoca bunu yaxşı 
bilirdi.
Külək istiqamətini azca şimal-şərqə dəyişdirmişdi
deməli, kəsməyəcəkdi. O, uzaqlara göz gəzdirdi; nə bir 
yelkənli qayıq, nə də tüstüləyən bir gəmi görə bildi. Yalnız 
qanadlı balıqlar dənizdən çıxıb qayığın bu tərəfindən o 
tərəfinə sıçrayırdılar. Orda-burda kəhrəba rənginə çalan sarı 
yosunların əmələ gətirdiyi adalar görsənirdi. Bir dənə də quş 
gözə dəymirdi. Qayıq iki saat olardı ki, üzürdü. Qoca bir 
hovur dincəlmək üçün böyrü üstə uzanmışdı. Özünə gəlmək 
və bir qədər güc toplamaqdan ötrü balığın ətindən çeynədi. 
Bu vaxt qayığa yaxınlaşan qoşa köpəkbalıqlarından 
birincisini, qabaqdakını görüb bərkdən «ayy» elədi. Heç nə 
ifadə eləməyən bu söz, əslində heç söz deyildi, ovcuna mıx 
batmış adamın ağzından biqafil çıxan çığırtıya oxşar bir səs 
idi.


www.vivo-book.com 
135 
– Galano!
8
– qoca bərkdən qışqırdı.
Birinci üzgəcin arxasınca ikinci üzgəc də sudan sıyrılıb 
çıxdı və qonur rəngli üçbucaq pərləri, bir də suyu aramsız 
dalğalandırıb köpükləndirən quyruqları görəndə bunların 
yastı, enliburun köpəkbalıqları olduğunu qoca dərhal tanıdı 
– aclığın quduzlaşdırdığı yırtıcılar qayığa sarınmış, böyrü 
didilmiş nəhəng balığın ləzzətli ətrini duyduqca daha da 
çılğınlaşırdılar. Hər iki galano artıq izinə düşmüş olduqları 
ətri, qoxunu itirən kimi tez də axtarıb təzədən tapırdılar, özü 
də hər dəfə izi itirdikdə az qalırdı dənizin altını üstünə 
çevirsinlər. 
Amma 
indi 
onlar 
anbaan 
şikara 
yaxınlaşmaqdaydılar.
Qoca yelkəni möhkəm pərçimlədi, sükanı pazla 
bərkitdi, sonra təzə düzəltdiyi silahı – bıçaqlı avarı əlinə 
aldı. Əlləri bərk göynədiyindən avarı çox ehtiyatla tutub, 
mümkün qədər hündürə qaldırdı. Hərəkətə gəlsin deyə 
barmaqlarını bir qədər oynatdı, əllərindəki dözülməz ağrını 
8
Galano– köpəkbalığı növü 
(ispanca)




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə