Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə63/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   59   60   61   62   63   64   65   66   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
126 
Şikarın yerini və qan qoxusunu çox tez duyurdular
bellərindəki iti pərlər də suyu qılınc kimi kəsirdi.
Qoca onu görən kimi tanıdı; yırtıcının heç nədən 
qorxmadığını, istəyinə çatmamış əl çəkməyəcəyini yaxşı 
bilirdi. Odur ki, nizənin kəndirini qayığın kənarına bənd 
edib hazır durdu və rəqibinin yaxınlaşmasını gözlədi. Kəndir 
qısa idi, qoca onun bir hissəsini balığı qayığa bağlayanda 
kəsib işlətmişdi. 
Qocanın halı babat idi, heç yeri ağrımırdı, üz-gözündən 
qətiyyət yağırdı. Lakin uğura çox az ümid vardı.
“İşlər lap yaxşı idi, – qoca düşündü, – amma əlbəttə, 
belə hal uzun sürə bilməzdi”.
O, yaxınlaşmaqda olan akulanı gözdən buraxmır, eyni 
zamanda, arabir öz nəhəng balığına da nəzər salıb ürəyində 
arzulayırdı ki, keşkə bunların hamısı yuxu olaydı. “Yuxu 
olsaydı, əcəb yaxşı olardı. Bilirəm ki, bu müzür varlığın 
balığıma ziyan vurmasına mane ola bilməyəcəm. Amma nə 


www.vivo-book.com 
127 
bilmək olar, bəlkə onu vurub öldürdüm? Vayına oturum, 
dentuso”.
7
Dentuso özünü qayığın quyruğuna yetirib həmləyə 
keçdi. Qoca onun çox geniş açılmış, cəhənnəm qapısına 
oxşayan bədheybət ağzını, dəhşət saçan gözlərini gördü
balığın quyruğundan iri bir dişləm qopardan yırtıcının alt 
çənəsi üst çənəsinə dəyəndə dişləri elə şaqqıldadı ki, bu 
şaqqıltıdan qoca əməlli-başlı səksəndi. Onun əvvəl başı, 
sonra beli sudan çıxdı, ikinci həmlədə dişlərin şaqqıltısı 
təkrar eşidildi və qoca həmin anda nizəni onun təpəsinə, 
gözlərini birləşdirən xətlə burnundan başına qalxan xəttin 
kəsişdiyi yerə sapladı. Əslində, xətt-filan yox kimiydi: olan 
şey – abı rəngli yepyekə, kələ-kötür kəlləydi; geniş açılmış 
iri, vəhşi gözlərdİ; hər şeyi parçalamağa hazır dayanmış 
şaqqıldayan çənələrdi. Zərbənin tuşlandığı yerdə dentusonun 
beyni yerləşirdi, ona görə də qoca nizəni yaralarından qan 
sızan əlində bərk-bərk sıxaraq məhz həmin yeri nişan 
7
Dentuso – yekədiş köpəkbalığı növü 
(ispanca).



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə