Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə62/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   58   59   60   61   62   63   64   65   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
124 
belə olsun. Əslində, mən onu yalnız fəndlə, kələklə 
üstələdim. Mənə pislik eləmək yazıq balığın heç xəyalından 
da keçmirdi”. 
Onlar aramla üzdükcə üzür, elə hey üzürdülər. Qoca 
növbə ilə əllərini dənizə salıb şor suda saxlayırdı ki, yaraları 
tez sağalsın, həm də başı gicəllənməsin. Göydə tənha, 
seyrək buludlar süzürdü. Qoca buludlara baxanda bütün 
gecə külək əsəcəyini təyin etdi. Tez-tez dönüb balığa baxır, 
ondan göz çəkə bilmirdi, həm də özünü bir daha 
inandırmağa çalışırdı ki, yuxu görmür, hər şey əslində 
olduğu kimidir.
Yırtıcı köpəkbalıqlarından birincisi qoca yola düşəndən 
düz bir saat sonra özünü ona yetirdi.
Okeanın lap dərinliklərindən varıb gələn bu yırtıcı onu 
heç də təsadüfən haqlamamışdı: nəhəng balığın qatı qanı 
dənizin dibinə çöküb bir mil məsafədə ətrafa yayılmışdı, 
köpəkbalığı da iyi alan kimi dənizin mavi sinəsini ildırım 
sürətiylə parçalayaraq üzə çıxmışdı; onun dərisi günəş 
şüalarının altında bərq vururdu.


www.vivo-book.com 
125 
Birdən akula geri qayıdıb suya cumdu, itirdiyi qan izini 
tapıb yenidən suyun üzünə çıxdı, qayığı və ona bağlanmış 
yekə balığı izləməyə başladı. O arabir izi itirir, lakin güclə 
hiss edilən zəif qoxunu təzədən tapıb şikarını qarabaqara 
təqib edirdi. Mako cinsindən olan bu yırtıcı çox nataraz idi, 
çox da sürətlə üzürdü. Okeanda sürətdə ona çatan ayrı balıq 
yoxdu; o sanki elə yalnız üzməkçün yaranmışdı! İyrənc 
cəhəngindən savayı qalan hər yeri gözəl idi. Qılınc-balıq 
kimi onun da beli abı, qarnı gümüşü rəngdə, dərisi hamar
həm də olduqca möhkəm idi. Heyvərə ağzı nəzərə 
alınmazsa, hər cəhətdən qılınc-balığa oxşayırdı, hündür bel 
pəri suyu ləpələndirmədən asanlıqla yarırdı. Ağzında səkkiz 
cərgə köndələninə düzülmüş möhkəm dişləri vardı. Bunlar 
başqa yırtıcıların dişlərinə əsla bənzəmirdi; caynaq kimi 
əyilmiş bu dişlər hərəsi barmaq böyüklüyündə olurdu və 
həqiqətən də onun dişləri qocanın barmaqlarından yekə, həm 
də ülgüc kimi iti idi. Mako köpəkbalıqları, elə bil, dənizdəki 
başqa balıqlar üçün qənim yaranmışdı. Cəld üzdükləri qədər 
də qüvvətli olan bu yırtıcıların hər cəhətdən üstünlükləri 
vardı; düşmənlərindən heç biri bu cəhətdən onlara çatmırdı. 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə