Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə60/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   56   57   58   59   60   61   62   63   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
120 
nə də başın bu dərəcədə yekəliyinə. Axırda nizənin ipini 
kötükdən açıb balığın qəlsəmələrindən keçirtdi, ucunu 
cəhəngindən çıxardıb bir neçə dəfə burnu üstündəki qılınca 
doladı; bir də qəlsəmələrdən keçirtdi, bir də qılınca sarıdı, 
ikiqat düyünlə möhkəm bərkidib kötüyə bağladı. Kəndiri 
kəsib qayığın arxa tərəfinə gəldi ki, balığın quyruğuna ilgək 
keçirdib bərkitsin.
İndi balığın bənövşəyi rəngi dəyişib gümüşü rəng 
almışdı, bədənini bəzəyən enli zolaqlar quyruğu kimi açıq-
bənövşəyi rəngə çalırdı. Zolağın hər biri qocanın geniş 
açılmış iri əlindən də enli idi. İri gözləri gah periskop 
güzgüləritək donuq görünür, gah da xaç mərasimindəki 
müqəddəslərin simalarını xatırladırdı. 
– Onu ancaq bu yolla öldürmək olardı, mən onu başqa 
cür öldürə bilməzdim, – qoca dedi. 
İçdiyi bir qurtum su qocanın halını xeyli 
yaxşılaşdırmışdı. Huşunu bir daha itirməyəcəyinə arxayın 
idi. “Bu balığın min beş yüz girvənkə əti var. Artıq da ola 
bilər. Cəmdəyin üçdə ikisi xalis ət olsa, girvənkəsi də otuz 
sentdən satılsa, görəsən, nə qədər pul çıxardar?” 


www.vivo-book.com 
121 
– Yox, kağız-qələmsiz bu boyda alverin hesabını 
aparmaq olmaz, – o dedi. – Bunu vurub-çıxmaq üçün 
adamın fikri aydın olmalıdır. Mənimsə başım üstümdə 
durmur. Mənə elə gəlir ki, dahi Di Macio bu gün mənimlə 
fəxr edə bilər. Hərçənd sümük döyənəyinə ürcah 
olmamışam, amma əlim də, belim də yaman ağrıyır. 
Görəsən, döyənək nə olan şeydir? Bəlkə, bu azar elə bizim 
özümüzdə də var, bilmirik? 
Qoca balığı üç yerdən – burun tərəfdən, ortasından, bir 
də quyruq hissəsindən qayığa möhkəmcə bənd elədi. Balıq o 
dərəcədə nataraz idi ki, elə bil, qayığın özünü gəminin 
böyrünə qoşmuşdun. Kəndirdən bir parça kəsib balığın açıq 
ağzını da bağladı – bu mümkün qədər sürətlə üzməkdə 
qocaya kömək edəcəkdi. Dorağacını qaldırıb ona bir ağac 
dayadı, yamaqsız yeri olmayan yelkəni açıb astar üzündəki 
ipini tarım çəkdi. Qayıq hərəkətə gəldi; qoca arxa tərəfdə 
çömbəlib, qayığı cənub-qərb istiqamətinə yönəltdi.
Səmti bilmək üçün o, kompasa ehtiyac duymurdu; 
küləyin əsməyindən, yelkənin şişməyindən cəhətləri dəqiq 
təyin edə bilirdi. “Yaxşısı budur, balaca qarmağı suya atım, 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə