Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə68/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   64   65   66   67   68   69   70   71   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
136 
tez unutmaq üçün kürəkdən bərk yapışıb köpəkbalıqlarının 
yaxınlaşmasını gözlədi. İndi onların yastı, enli burunları, 
xallı yekə başları, tez-tez açılıb oynayan ağ üzgəcləri aydın 
görsənirdi. Bunlar yırtıcıların ətrafa üfunət saçan ən iyrənc 
növündən idilər; peşəsi qatillik olan bu yırtıcılar iylənmiş 
cəmdək də yeyirdilər. Ac olanda qayığa, taxta avarlara, 
sükanlara hücum edib hamısını didişdirməyə hazır idilər. 
Çanaqlı bağalar suyun üstündə yatdıqları vaxt xəlvəti 
yaxınlaşıb qıçlarını qopardırdılar; bərk acanda insana da 
cumur, hətta qan, ya balıq iyi gəlməyəndə də hücuma 
keçirdilər. 
– Ayy! – deyə qoca meydan oxuyurmuş kimi səsləndi, 
– di buyurun, bir yaxın gəlin görüm!
Galanolar qabağa gəldilər, lakin mako köpəkbalığı kimi 
birbaşa yaxınlaşmadılar. Biri özünü yana verib qayığın 
altına təpildi və onu bərk silkələdi, nəhəng balığın 
böyründən iri parça qopartdı. İkinci galano sapsarı gözlərini 
qocaya zilləmişdi. O da qəfildən hücuma keçib
yarımdairəvi cəhəngini geniş açaraq bayaq makonun 
zədələdiyi yerdən iri bir dişləm qopardı. Qoca, galanonun 


www.vivo-book.com 
137 
qonur çənəsindən başlayaraq kürəyinə tərəf gedən xətti 
aydın görürdü; yaxşı bilirdi ki, ziyankarın beyni içəridə bu 
xətt boyunca uzanıb gedir və haram iliklə birləşir. O, avara 
bağlanmış bıçağı beyinlə haram iliyin arasına endirdi; sonra 
avarı geri çəkib bıçağı qəniminin pişik gözlərinə oxşayan 
sarımtıl gözünə sancdı. Galano təngnəfəs halda balığın 
böyründən sürüşüb dənizə düşdü və qopartdığı parçanı içəri 
ötürə-ötürə suya batdı. 
O biri galano qayığın alt tərəfindən balığa divan 
tutmaqda davam edir, təkanları qayığı silkələyirdi. Qoca 
məcbur qalıb qayığın yolunu dəyişdirdi, köndələninə üzmək 
ümidiylə yelkəni aşağı saldı ki, yırtıcını qayığın altından 
çıxardıb balığı xilas etsin. Qayığın yö`nünü dəyişdirəndə 
galanonu lap yaxından gördü və qayığın böyründən əyilib 
bıçağı ona sapladı. Zərbə akulanın yumşaq yerinə dəysə də, 
bıçaq qalın dərini deşə bilmədi. Vurduğu zərbədən qocanın 
təkcə əlləri yox, çiyinləri də bərk ağrıdı. Galano burnunu 
sudan çıxardıb təzədən şikarının üstünə atılanda qoca 
zərbəni onun yastı kəlləsinin düz ortasına endirdi, bıçağı 
ikinci dəfə də eyni yerə sapladı. Amma akula möhkəm 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə