Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə66/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   62   63   64   65   66   67   68   69   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
132 
onun əti ilə qidalandıracam. Belə götürəndə, dünyada elə hər 
şey günahdır; günah olmayan nə var ki? Heç düşünməyə 
dəyməz. İndi bu barədə fikirləşmək gecdir. Bir də bu haqda 
qoy o adamlar narahat olsunlar ki, günah-savab üçün pul 
alırlar. Balıq – balıq olmaqdan ötrü dünyaya gəldiyi kimi
mən də balıqçı olmaqçün doğulmuşam. Müqəddəs Pyotr özü 
də, Di Macionun atası da balıqçı olub”.
O, əhatə olunduğu aləm haqqında mülahizə yürütməyi 
yaman xoşlayırdı. Hər şey barəsində düşünərdi, hətta günah-
savab haqqında fikirləşməkdən də qalmazdı. Çünki işə 
başlayan vaxtlarda nə oxumağa bir şey, nə də qulaq asmağa 
radio vardı.
“Sən balığı təkcə diri qalmağın üçün və ya satmaqdan 
ötrü öldürməmisən, – o fikirləşdi, – sən onu özünü 
öyməkçün, bir də balıqçı olduğuna görə öldürmüsən. Axı 
balıq diri olanda da sən onu sevirdin, öləndən sonra da 
sevirsən. Əgər sən onu hər vaxt sevirsənsə, onda onu 
öldürmək heç də günah deyil. Sevdiyini öldürmək günah 
sayılmır, ya əksinə, ən böyük günah bəlkə elə budur?” 


www.vivo-book.com 
133 
– Qoca, çox götür-qoy edirsən, yaman çox baş 
aparırsan ha, – dedi, sonra da düşündü: “Amma sən 
dentusonu həvəslə öldürdün. O da sənin kimi balıqları yeyib 
yaşayırdı, heç də yırtıcı balıqların bəzi növləri kimi leşyeyən 
qarınqululardan deyildi. Heç nədən, heç kimdən çəkinməyən 
cəsur, gözəl balıq idi”. 
– Mən onu öz canımı qorumaq xətrinə, özü də 
məharətlə öldürdüm, – bunu ucadan dedi.
“Bir də axı hamı bir-birini və ya nəyisə müəyyən bir 
yolla, bir bəhanə ilə öldürür, – o düşündü. – Balıq ovu bir 
yandan məni ölməyə qoymadığı kimi, o biri yandan da 
dirigözlü öldürür. Həm öldürür, həm yaşadır. Oğlan – bax, 
məni yaşadan, məni ölməyə qoymayan oğlandır. Özün 
özünü bu qədər də aldatma, qoca”. 
O, qayığın kənarından aşağı əyildi, yekədişin 
parçaladığı yerdən bir tikə ət qopardıb, ağzına qoydu, 
çeynəyə-çeynəyə dadını, keyfiyyətini təyin etdi. Bir qədər 
bərk olsa da, çox ləzzətli və şirəli idi; mal ətinə oxşayırdı, 
amma rəngi ağ idi. 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə