Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə61/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   57   58   59   60   61   62   63   64   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
122 
xırda balıqdan-zaddan bir şey tutum: yeməyə heç nəyim 
yoxdur”.
Qarmağa taxılan əyri dəmiri tapa bilmədi, sardinalar da 
iylənmişdi. Götürüb dəstəli qarmağı dənizə uzatdı, bir çəngə 
sarı yosun qoparıb silkələdi, qayığa xeyli dəniz xərçəngi 
töküldü. Xərçənglər yerbirəsi təki atılıb-düşür, ayaqlarını 
oynadırdılar. Qoca şəhadət və baş barmağıyla onların başını 
üzüb tullayır, bədənlərini ağzına atıb çeynəyə-çeynəyə, elə 
qabıqlı-quyruqlu içəri ötürürdü. Xırdalığına, nazikliyinə 
baxmayaraq, xərçənglər çox ləzzətli idi. 
Şüşədə iki içimlik su qalmışdı; xərçənglərin axırına 
çıxandan sonra qoca üstündən bir qurtum su da içdi.
O, bütün maneələri dəf edərək, sürətlə üzən qayığı 
qoluyla idarə edirdi. Nəhəng balıq daim gözləri önündəydi, 
nəzərləri yaralı əllərinə sataşanda, yaxud kürəyi qayığın 
taxtasına toxunanda isə bütün bu olub-keçənlərin heç də 
yuxu deyil, həqiqət olduğuna bir daha inanmalı olurdu. 
Balıqla fədakar döyüşü başa çatdıranda, taqətdən düşüb 
huşunu itirəndə ona elə gəlmişdi ki, bunların heç biri 
gerçəklik deyil; hamısı yuxudur, röyadır. Hətta balığın 


www.vivo-book.com 
123 
sudan havaya sıçraması da ona vaqiə kimi görünmüşdü və 
gözlərinə inanmamışdı. Həm də qoca onda heç nəyi doğru-
dürüst seçə bilmirdi, indi isə gözlərinə işıq gəlmişdi və hər 
şeyi olduğu kimi görürdü. 
Hə, indi o bilirdi ki, balıq həqiqətən mövcuddur
əllərinin, kürəyinin sızıltısı da əsla yuxu deyil.
“Əllərim tez sağalacaq, – qoca düşündü. – 
Yaralarımdan xeyli qan axıb, ona görə də qanım 
zəhərlənməz, şor suyun da yaraya xeyri var. Bizim körfəzin 
lehməli suyu yaranın ən yaxşı dərmanıdır, bütün dünyada 
bundan yaxşı məlhəm tapılmaz. Bu saat ona çalışmalıyam 
ki, huşumu itirməyim, əllərim də öz vəzifəsini yaxşı icra 
etsin. Hələlik pis üzmürük. Balığın ağzı bağlıdır, quyruğu da 
yaxşı durur, gah qalxır, gah da suya düşür. Biz doğma 
qardaş kimi bərabər üzürük”. 
Başı yenə bir az gicəlləndi və qoca düşündü: “Görəsən, 
hansımız hansımızı aparır: mən balığı, ya balıq məni? Mən 
onu qayığa yükləmiş olsaydım, heç bu sual da ortaya 
çıxmazdı. Biz yanaşı üzürük, özü də bir-birimizə möhkəm 
bağlıyıq. Eh, daha neyləmək olar, balıq məni aparırsa, qoy 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə