Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə75/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   72   73   74   75   76   77   78   79   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
150 
Bu dəfə köpəkbalıqları dəstəylə, sürüylə gəlmişdi. 
Qoca qaranlıqda onların oynayan üzgəclərinin əmələ 
gətirdiyi köpüklü ağ zolağı aydın görürdü. Onlar balığı 
gəmirdikcə ətrafa fosforlu işıq saçılır, qoca da əlindəki 
toppuzla ziyankarların təpəsinə zərbə endirirdi; bir-birinə 
dəyib şaqqıldayan çənələrin, dişlərin səsi eşidilirdi. Yırtıcılar 
balığı alt tərəfdən parçalayıb diddikcə qayıq təkanlardan 
titrəyib yırğalanır, qoca isə heç nə görmədən rəqiblərini elə 
qarasına kötəkləyirdi; o yalnız eşidir və anlayırdı. Birdən 
əlindəki toppuzun harasa yoxa çıxdığını hiss etdi. Əl artıb 
sükanı yerindən dartıb çıxartdı, ikiəlli ondan yapışıb 
qənimlərinə dalbadal zərbə endirməyə başladı.
Köpəkbalıqları indi qayığı hər tərəfdən araya alıb dəstə 
ilə həmləyə keçir, gecənin zülmətində su üzərində ağaran 
balığın ətini sümürürdülər. Dişlərinə keçən ət parçasını 
qoparan kimi cəld qırağa çəkilir, sonra təzə həmləyə 
başlamaqçün dövrə vurub yenidən öz qənimətlərinin canına 
daraşırdılar. 
Ən axırda yırtıcılardan biri dövrə vurub balığın düz 
başına tərəf üzəndə qoca artıq hər şeyin bitdiyini anladı. 


www.vivo-book.com 
151 
Akula dişlərini balığın bərk kəllə sümüyünə ilişdirəndə qoca 
da sükanı onun burnunun üstünə çırpdı. Sonra dalbadal daha 
bir neçə zərbə endirdi. Sükan şaqqıltı ilə qırılıb tikə-tikə 
oldu. Qoca əlində qalmış dəstəklə ziyankarı bir də vuranda 
dəstək ətə girdi; eyni yerə bir zərbə də ilişdirdi və 
quduzlaşmış köpəkbalığı sıçrayıb kənara qaçdı. Bu, qayığa 
hücum edənlərin sonuncusu idi. Artıq yeyiləsi heç bir şey 
qalmamışdı. 
Qoca nəfəsini zorla dərirdi. Ağzında mis paxırının 
tamını verən nəsə şirintəhər, qəribə bir tam duydu. O, bir 
anlığa üşəndi, amma iyrənc tam tez keçib-getdi və qoca 
okeana tüpürüb dedi: 
– Tıxın, galanolar, zəhəriniz olsun, haramınız olsun, 
qoy yuxunuza girsin ki, siz insan öldürmüsünüz.
Qoca artıq büsbütün darmadağın edildiyini və 
yenildiyini anladı; başa düşdü ki, məğlubiyyətə uğrayıb. 
Kormaya keçib sınıq sükan dəstəyini yerinə taxdı, onun işə 
yaradığına sevindi. Deməli, qayığı idarə etməyə bir şey 
vardı. 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə