Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə78/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   72   73   74   75   76   77   78   79   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
156 
– Necədir qocanın vəziyyəti? – balıqçılardan biri 
qışqırıb oğlandan soruşdu.
– Yatır, hələ yatır, – oğlan hıçqıra-hıçqıra dedi; 
ağladığını adamların görməsi onu utandırıb eləmirdi. – Gəlib 
onu narahat eləməyin. 
– Burnunun ucundan quyruğunacan balığın uzunluğu 
düz on səkkiz futdur! – skeleti ölçən balıqçı oğlana üz tutub 
bərkdən qışqırdı.
– Bilirəm, ondan az olmaz, – oğlan ona cavab verdi. 
Sonra oğlan Terrasa gedib qoca üçün qəhvə istədi: 
– Mənə isti qəhvə verin, südünü də, şəkərini də bol 
eləyin.
– Başqa şey lazım deyil? Nə lazımdısa, götür. 
– Yox, hələlik lazım deyil. Yeməyə bir şey istəsə, sonra 
gəlib apararam.
– Balıqdır ha! – restoran sahibi heyrətini gizlətmədi. – 
Buralarda indiyədək beləsi görünməyib. Amma dünən sən 
tutduğun o iki balıq da pis deyildi. 
– Cəhənnəm olsun mənim balıqlarım, – oğlan dedi və 
təzədən ağlamağa başladı.


www.vivo-book.com 
157 
– Bəlkə, özün də bir şey içəsən? – restoran sahibi 
ondan soruşdu.
– Yox, istəmirəm, – oğlan başını buladı. – Adamlara 
tapşır ki, gəlib Santyaqonu narahat eləməsinlər. Mən tez 
qayıdacam.
– Mənim dilxorçuluğumu qocaya çatdırarsan. De ki, 
bərk təəssüflənirəm.
– Çox sağ ol, çatdıraram, – oğlan dedi.
O, qəhvəni götürüb komaya gəldi, qoca yuxudan 
ayılana qədər oturub gözlədi. Arada bir dəfə hətta oğlana elə 
gəldi ki, qoca ayılmaq istəyir, lakin o, təzədən dərin yuxuya 
getdi və oğlan bayıra çıxıb yolun əks tərəfinə keçdi
qonşudan bir qədər odun borc alıb gətirdi ki, qoca duranda 
qəhvəni qızdırsın.
Handan-hana qoca ayıldı. 
– Uzan, ayağa durma, – oğlan onu yerindən 
tərpənməyə qoymadı, – qəhvəni elə uzandığın yerdə içərsən.
Sonra stəkanı qəhvə ilə doldurub ona uzatdı; qoca 
stəkanı oğlandan alıb içdi. 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə