www.vivo-book.com
93
yüngül olsa, mənə də, balığa
da əziyyət az düşər, həm də
canımızı təhlükədən qurtarar. Bu balıq istəsə, çox iti üzər,
heç bir şey onun qabağını saxlaya bilməz. Skumbriya
iylənib xarab olmamış
onu təmizləyim, sonra nə olacaqsa,
qoy olsun. Hələlik ondan bir az yeyib özümə gəlim,
sonrasına baxarıq. İndi, heç olmasa, bir saat da dincələrəm.
Sonra görsəm ki, balıq
gəlmək fikrində deyil, arxa tərəfə
keçib, lazımi tədbir görərəm; kürəklərdən əyləc düzəldər,
balığın hərəkətinə göz yetirərəm.
Avarlardan əyləc
düzəltmək özü də yaxşı fənddir. Gecikmək olmaz, diribaş
olmaq, cəld tərpənmək lazımdır. Mən bilirəm, balıq çox
güclüdür, hələ qüvvəsini
bircə tikə də itirməyib; qarmaq
ağzının harasından ilişibsə, ağzını aça bilmir. Amma qarmaq
onu çox da incitmir, ona əziyyət verən aclıqdır; bir də
düşdüyü təhlükəni hələ tamamilə dərk edə bilmir. Əsl
məsələ budur. Dincəl, qoca. Bəsdir düşündün, qoy balıq nə
qədər
istəyir əlləşsin, sonra əlləşmək növbəsi sənə çatacaq”.
Ona elə gəldi ki, azından iki saata yaxın dincəlib. Ay
çıxmadığından vaxtı təyin edə bilmirdi. Əlbəttə, lazım
olduğu kimi rahatlanmamışdı, səksəkəli halda nəhəng