Qrup: 419a buraxiliş İŞİ Mövzu


Neft çıxarılmasında müasir texnologiyalardan və üsullardan istifadənin tətbiq edilməsi



Yüklə 6,63 Mb.
səhifə14/21
tarix08.06.2023
ölçüsü6,63 Mb.
#116067
1   ...   10   11   12   13   14   15   16   17   ...   21
DİPLOM İŞİ Hazır

Neft çıxarılmasında müasir texnologiyalardan və üsullardan istifadənin tətbiq edilməsi.

Müasir texnologiyalardan istifadə etməklə köhnə neftçıxarma ərazilərində quyuların sayını optimallaşdırmaq və ekoloji risklərin bir neçə dəfə azaldılmasına nail olmaq.

  1. Neft-qaz quyularından, boru kəmərlərindən, kompressor stansiyalarından, lay suları çənlərindən sızmaların qarşısını almaq.

Bundan ötrü torpaq kanallarının dəmir-beton kanal və ya boru xətləri ilə əvəz edilməsi, yeni enerjiyə qənaət edən nasos stansiyalarının quraşdırılması, boru kəmərlərinin dəyişdirilməsi, kanalizasiya-drenaj sularının neftçıxarma sahələrinə daxil olmasının qarşısının alınması.
Bunlar su ərazilərində neft və neft məhsulları dağılmalarının qarşısının alınması üçün əsas vasitədir. Bumların əsas funksiyaları neftin su səthinə yayılmasının qarşısını almaq, təmizləmə dövrünü asanlaşdırmaq üçün neftin konsentrasiyasını azaltmaq və nefti ekoloji cəhətdən ən həssas ərazilərdən yönləndirməkdir.
Dənizdə dağılmış neftin lokallaşdırılması bon çəpərlərinin, yığılması isə neftyığan qurğuların vasitəsilə həyata keçirilir. Bon çəpəri neftin yayılmasının qarşısını alaraq lokallaşdıran, onu həssas sahədən uzaqlaşdıran və ya toplanıb emal oluna bilməsi üçün nefti digər sahəyə istiqamətləndirən sədd kimi fəaliyyət göstərən üzən qurğudur [22]. Əksər hallarda dağılmaları bonların və neftyığan qurğuların vasitəsilə dənizdə lokallaşdırılması və təmizlənməsinə üstünlük verilir, lakin bon çəpərinin istifadəsinin məhdudiyyətləri və açıq dənizdə neftin sürətlə yayılması ilə əlaqədar olaraq yalnız qismən səmərəli ola bilir [şəkil 3.1]. Yüksək möhkəmliyə və neft karbohidrogenlərinə qarşı davamlılığa malik xüsusi parçadan hazırlanır. Ekoloji xidmətlər neft və tullantı kollektorları ilə təchiz olunmuş,əsasən böyük dağılma sahəsi ilə neft çirklənməsini aradan qaldırmaq üçün nəzərdə tutulmuş iri dəniz və çay limanlarında yerləşdirilir.



Şəkil 3.1. Neftin lokallaşdırılması
Dalğanın hündürlüyü, küləyin istiqaməti və cərəyanın sürəti orderin qurulmasına əks təsir göstərəcəkdir. Hündürlüyü 2,4-3 metrdən artıq olan dalğalarda bon çəpərləri çox effektiv səmərə verə bilmir. Dənizdə neftin lokallaşdırması zamanı bon çəpərlərinin quruluşu “U”, “V” və ya “J” şəkillərində olur [Şəkil 3.2].

Şəkil 3.2 Dənizdə neftin lokallaşdırması zamanı bon çəpərlərinin formaları
U”-şəkilli çəpərlər ən çox yayılmış metodlardandır və iki gəminin bon çəpərinin yedəyə alınması üsulu həyata keçirilir. Səbətə yığılan “neft-su” qarışığı neftyığan qurğu vasitəsi ilə üçüncü gəminin anbarına vurulur.
J”- şəkilli orderlər qurulduqda iki gəmi tələb olunur, gəmilərdən birindən bonun səbət hissəsində toplanmış nefti, neftyığan qurğu vasitəsi ilə gəminin anbarına doldurulur.
V”- şəkilli üsuldan istifadə edilərkən bon iki gəmi ilə yedəyə alınır və səbətin içərisindəki toplanmış neft, neftyığan qurğu vasitəsi ilə yığılaraq üçüncü gəmiyə və ya barjaya vurulur.
Bir gəmidən istifadə edərək bon çəpərinin qurulması və yığılan nefti neftyığan qurğularla həmin gəminin anbarına yığmaq mümkündür. Buna nail olmaq üçün elastik bon çəpərindən, hərəkətsiz qol sistemdən istifadə edilir. Bu sistem çox sayda gəmilərin istifadəsindən daha effektli və səmərəlidir.
Hidrosferi qorumaq üçün müxtəlif hidravlik qurğulardan (sudan dolan bəndlər, bəndlər və s.) istifadə etməklə çirklənmənin lokallaşdırılması vacibdir. Bu zaman neftin su səthindən maksimum toplanması və onun miqrasiyasının və digər ətraf mühit obyektləri ilə təmasının qarşısını almaq lazımdır.

Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə