Qrup: 419a buraxiliş İŞİ Mövzu


İkinci fəsil üzrə nəticələr



Yüklə 6,63 Mb.
səhifə12/21
tarix08.06.2023
ölçüsü6,63 Mb.
#116067
1   ...   8   9   10   11   12   13   14   15   ...   21
DİPLOM İŞİ Hazır

2.6 İkinci fəsil üzrə nəticələr


Abşeron yarımadası 160-200 ilə yaxındır ki, tarixi olan neftçıxarma rayonudur. Azərbaycanı dünyaya tanıdan “qara qızıl” güc qüdrəti böyük olmaqla yanaşı ətraf mühitə vurduğu ziyanda böyükdür. Neft özüdə yüksək toksikliyə malikdir. YUNESKO məlumatlarına əsasən neft məhsulları ilə çirklənmələr ətraf mühitin ən təhlükəli 10 çirkləndiricisindən biridir.
Hazırda neft məhsullarına olan ehtiyacın artması ilə bağlı dəniz mühitinin çirklənməsi qaçılmaz bir vəziyyətdir. Bu fəsildə nəzərdən keçirilən bu çirklənmələrlə mübarizə metodlar ilə suyun səthindən, tərkibindən nefti ləğv etməyə qadirdir. Amma emulsiya olunmuş nazik yağ təbəqəsi ilə mübarizədə praktiki olaraq gücsüzdür.
Bu tip problemləri həll etmək aradan qaldırmaq üçün yeni texnologiyalar hazırlanır. Müxtəlif araşdırmalarla hətta daha səmərəli neft dağılmalarının təmizlənməsinə aid üsullar hazırlanmış həm quruda həm dənizdə icra olunur. Neftlə çirklənmənin təmizlənməsi, neftin yayılmasının qarşısını almaq tədbirləri uzun zaman alsada nəticəsinin ürək açan olmağı ümid olunur. Çünki bu metodların tətbiq olunması üçün neftin dağılma yeri, vaxtı fərqlidir.
Təmizləmə proseslərini seçərkən bir neçə prinsipi nəzərə almaq lazımdır:

  • Prosesi mümkün qədər tez və nəticəli yerinə yetirmək;

  • Neft dağılmasının qarşısını almaq prosesinin, qəzanın özündən daha çox ətraf mühitə ziyan vurulmamalıdır;

Təmizləmə proseslərini yeni texniki vasitələrlə həyata keçirmək lazımdır. Çünki təzmizləyici qurğular müasir tələblərə cavab vermədiyindən həm ekoloji həm də böyük itkilərlə zərərlərin yaranmasına şərait yaradır. Bu yollar 87-95% təmizləmə imkanına malikdir. Ona görədə neftlə çirklənmənin ekoloji mənfi təsirini nəzarətdə saxlamağı mümkünsə tamamilə aradan qaldırmağa çalışmaq lazımdır.

3.Xəzər dənizinin neftlə çirklənməsində ətraf mühitin qorunması tədbirləri


Neftin çıxarılması tarixi ilə yığılıb qalmış ekoloji problemlərin yaşı eynidir. Öz həcminə və kəskinliyinə görə bu problemlər dünyanın heç bir ölkəsi ilə müqayisə oluna bilməz. Odur ki, son illərdə Azərbaycan Hökuməti uzun illərdən bəri yığılıb qalmış, ekoloji problemlərin həllindən ötrü müvafiq qərarlar vermiş milli ekoloji proqramlar həyata keçirməkdədir. Hazırda ətraf mühitin çirklənməsi problemi getdikcə aktuallaşır. Ətraf mühitin çirklənməsinin növlərindən biri həm çirkab suların, həm də səth sularının neft, ağır metallar və digər zəhərli maddələrlə çirklənməsidir. Suyun çirklənməsi ən təhlükəlilərdən biridir, çünki su bitki örtüyü üçün həyat mənbəyi, eləcə də bir çox heyvanlar üçün yaşayış yeridir [21]. Torpağa sızan çirkli su onu zərərli maddələrlə doyurur. Beləliklə, torpaq özü çirklənmə mənbəyinə çevrilir.
Neft və qaz hasilatının artımının neft hasil edən rayonların ekologiyasına təsirinin azaldılması yolları nəzərdən keçirilir. Neft və qaz yataqlarının işlənməsi və onların məhsullarının emalı zamanı ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması üçün ətraf mühitin mühafizəsi üzrə səmərəli tədbirlərin kompleksi təklif olunur. Ekoloji proqramlar qəzaların qarşısının alınmasına, neft və qaz ehtiyatlarından səmərəli istifadəyə və ətraf mühitin çirklənməsinə qarşı mübarizəyə yönəldilməlidir. Bu problemlərin həlli üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən daha çox böyük səylər tələb olunur və onun qarşısında konkret vəzifələr qoyulmuşdur.
Xəzər dənizinin ölkəmiz, digər Xəzəryanı ölkələr və bəşəriyyət üçün əhəmiyyətini, onun ekosistemlərinin həssas olmasını, bütün sahilyanı ölkələrin dənizdə getdikcə artan fəaliyyətlərinin (neft-qaz yataqlarının istismarı, dəniz gəmi və boru kəmərləri daşımaları və s.) aktivləşməsini nəzərə alaraq ARDNŞ öz Ekoloji Siyasətində Xəzər dənizinin gələcək nəsillər üçün qorunub saxlanılmasını ən prioritet vəzifə hesab edir.
Aşağıdakı məsələlərin həllini öz Ekoloji Siyasətində prioritet vəzifələr hesab edir:

  • Xəzər dənizində və quru ərazilərdə neft dağılmalarının ləğv edilməsi üzrə fəaliyyət planı;

  • Neft dağılmalarının qarşısının alınması üçün istehsalat idarələrinin müasir texniki avadanlıqlarla təmin edilməsi;

  • Xüsusi gəmilərdə formalaşan tullantı sularının, neft və neft məhsulları tullantılarının toplanması və sahildə zərərsizləşdirilməsi sisteminin təkmilləşdirilməsi;

  • Neft dağılmalarına qarşı mübarizədə milli və regional əməkdaşlığın həyata keçirilməsi;

  • Xəzər dənizindəki fəaliyyət zonalarında və onların ətrafında çirklənmənin müntəzəm monitorinqinin aparılması;

  • Xəzər dənizinin ekologiyası və ətraf mühitinin mühafizəsi ilə məşğul olan təşkilatlarla elmi-texniki, fövqəladə hallarda isə operativ informasiya mübadiləsinin həyata keçirilməsi;

  • Xəzər dənizinin ekologiyası və biomüxtəlifliyinin qorunması sahəsində regional və milli proqramlara, layihələrə dəstək verilməsi, onların həyata keçirilməsinə yardım edilməsi.

Mineral-resurs kompleksinin ətraf mühitə zərərli təsirlərini azaltmaq, yanacaq yanma məhsullarının atmosferə zərərli emissiyalarını azaltmaq yollarını 2 qrupa bölmək olar:
1) mövcud texnologiyaların zərərli təsirlərinin azaldılması, qarşısının alınması, zərərsizləşdirilməsi;
2) ətraf mühitə praktiki olaraq təsir etməyən qapalı texnoloji proseslərin yaradılması.
Müəssisə və təşkilatların ətraf mühitə çirkləndiricilərin normativ və normadan artıq buraxılmasına (tullantılarına) və tullantıların yerləşdirilməsinə görə ödəniş formasında vəsaitləri ölkədə müxtəlif növ ətraf mühitin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsinə yönəldilmiş təbiəti mühafizə fondlarının formalaşdırılması üçün maliyyə əsasını təşkil edir [22]. Yerin təkindən istifadəçinin ətraf mühitin mühafizəsi tədbirlərini öz vəsaiti hesabına həyata keçirməsi vacibdir. Hazırda dövlət subsidiyalarından istifadə edən müəssisələrin əksəriyyəti öz vəzifələrini yerinə yetirmir, əsas yük dövlətin üzərinə düşür ki, o, bildiyiniz kimi, onları maliyyələşdirmək bir yana qalsın, onun üçün qeyri-adi funksiyaları yerinə yetirə bilmir.

Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə