Qrup: 419a buraxiliş İŞİ Mövzu


Üçüncü fəsil üzrə nəticələr



Yüklə 6,63 Mb.
səhifə20/21
tarix08.06.2023
ölçüsü6,63 Mb.
#116067
1   ...   13   14   15   16   17   18   19   20   21
DİPLOM İŞİ Hazır

3.4 Üçüncü fəsil üzrə nəticələr


Azərbaycan dünyada neftin tarixi vətənidir. Xəzər dənizi dünyanın ən qədim neft hasilatı edən hövzələrindəndir. Dünyadakı bütün neft ehtiyatlarının cəminin 0,42%-i Azərbaycanın payına düşür.
Bu fəsildə də bu çirklənmələrə qarşı aparılan tədbirlərdən, metodlardan, aparılan araşdırmalardan bəhs olunur.
Nisbətən qarşısını almaq üçün qabaqcıl kompleks tədbirlər hazırlanır, həyata keçirilir. Müəssisələrdə fövqəladə neft dağılmaları və digər hallar zamanı təbii mühiti ciddi şəkildə pozulması baş verir. Son zamanlar Xəzər dənizinin ekoloji sağlamlığının qorunması problemi son dərəcə kəskinləşib. İldə 13-17 milyon ton neft məhsulları emal olunur ki, buda külli miqdarda tullantı yaradır və atmosferi, su mənbələrini, torpağı çirkləndirir. Hətta yaşıllıq sahələri belə artırılmaqda mühafizəsi davam edir. Bu tip layihələrə gənc nəsillər cəlb olunur. Bir sıra yeni fikirlər ortaya qoyulur.
“Günəşli” yatağı akvatoriyasında müxtəlif səbəblərdən dağılan neftin çirkləndirdiyi ərazidə bir çox istiqamətdə monitorinqlər aparılır. Bu monitorinqlər çirklənmənin hidrosferə, ətraf mühitə vurduğu ziyanı araşdırır. Götürülən nümunələrdə coğrafi koordinatlar, su qatı nəzərə alınır. Və dib çöküntülər, karbohidratlığ üzrə su nümunələri laboratoriyalarda təhlillərin aparılmasına imkan verir. Hətta bu tədqiqatlar hansı təsirlər hansı hadisələrin baş verməsini ehtimal edir.

Ümumi nəticələr


Neftin çıxarılması ilə yığılıb qalmış ekoloji problemlərin yaşı eynidir. Dəniz sularının karbohidrogenlərlə çirklənməsinin əsas növlərindən biri antropogen çirklənmədir. Bu çirklənmə əsasən neftçıxarma, neftin dənizlə daşınması, emalı ilə bağlıdır. Cihaz, qurğuların normal işləməməsi səbəbindən çirklənmə ehtimalı yüksəkdir. Dağılan, suyun üzərini pərdə kimi örtən neft məhsulları ilk növbədə ən qiymətli zooplanktonların məhvinə səbəb olur. Çirklənmiş hissə günəş şüalarını keçirmir, suda oksigenin azalmasına səbəb olaraq, bioloji məhsuldarlığı azaldıb canlıların tələf olmasına yol açır.
İllərdən bəri yığılan ekoloji problemləri həll etmək üçün əsaslı qərarlar, layihələr planlanır. Bunlarla yanaşı Xəzər dəniz ekologiyasının mühafizəsi ilə əlaqədar fövqəladə hallar operativ informasiya mübadiləsi, müntəzəm olaraq monitorinqlərin keçirilməsi, neft tullantılarının toplanılması və sahildə zərərsizləşdirilməsi metodlarının daha da təkmilləşdirilməsi təmin olunmaqdadır. Aparılan eksperimentlər zamanı götürülmüş su nümunələrində neft məhsullarının təhlili aparılmışdır. Müxtəlif texnoloji parametrlərin təbii qiymətlərinə əsasən qurduğumuz reqresiya tənliyi y=0,044-0,001 +0,002 +0,002 ilə aparılan 8 təcrübənin nəticələrini əldə edilmişdir.

Buraxılış işində dənizin neft və neft məhsulları ilə çirklənmiş ərazilərində tətbiq olunan təmizləmə texnologiyaları, metodları və bu proseslərdə antropogen, təbii amillərin rolu nəzərdən keçirilmiş, hadisələrin qarşısını almaq məqsədi ilə ərazinin bərpasına yönəldilmiş tədbirlər planı təklif olunmuşdur. Azərbaycan Respublikasında bir qayda olaraq, ərazi potensialından səmərəli istifadə, təbii şəraitini, ehtiyat potensialını qorumaq və qiymətləndirmək məqsədi ilə tədqiqat işləri aparılır, nəticələr alınmaqdadır.




Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə