Qrup: 419a buraxiliş İŞİ Mövzu


Dib çöküntülərinin öyrənilməsi



Yüklə 6,63 Mb.
səhifə18/21
tarix08.06.2023
ölçüsü6,63 Mb.
#116067
1   ...   13   14   15   16   17   18   19   20   21
DİPLOM İŞİ Hazır

Dib çöküntülərinin öyrənilməsi

Monitorinq zamanı layihə üzrə seçilmiş hər bir stansiyadan götürülmə sahəsi 0,025 və ya 0,04 olan «Van-Veen» tipli çöküntügötürən qurğudan istifadə olunub. Nümunə götürmək üçün dibçarpan nümunənin götürüldüyü yerdən, su axınının sürətindən, dərinlikdən, dib çöküntüsünün növündən və gəmi avadanlığından asılı olaraq seçilib [Şəkil 3.7] . Gəmi avadanlığı kimi ştanqlar, kanatlar və qaldırıcı kranlar nəzərdə tutulur. «Van-Veen» tipli çöküntü götürən qurğu vasitəsilə kimyəvi təhlillər üçün ГОСТ 51592-2000 « Вода. Общие требования к отбору проб» və İSO 9391 "Water quality. Sampling in deep waters for macro-invertebrates. Guidance on the use of colonization, qualitative and quantitative samplers" iki dəfə təkrarlanma ilə nümunələr götürülüb. Çöküntü götürən cihaz tam dolu olduqda götürülən nümunələr məqbul hesab olunur.

Şəkil 3.6. «Van-Veen» tipli çöküntü götürən qurğu
Nümunələrin qablaşdırılması xüsusi dəmir və plastik qaşıqlar vasitəsilə həyata keçirilir. Bu qaşıqlar, ГОСТ 19126-79 <<Инструменты медицинские металлические. Общие технические условия>> nоrmativ standartının əsasında seçilir.
Kimyəvi analiz üçün götürülmüş nümunələr xüsusi alüminium (fenolların təyini üçün) və plastik (metalların təyini üçün) qablarda qablaşdırılır. Bu qablar çox vaxt birdəfəlik istifadə olunur. Əgər qablar təkrar istifadəyə qaytarılırsa, o zaman onlar xüsusi məhlullarla təmizlənir. Bu zaman alüminium qablar əvvəlcə xromlu su ilə yuyulur, distillə edilmiş su ilə yaxalanır və qurudulur. Plastik qablar isə aseton və ya durulaşdırılmış turşu məhlulu ilə yuyulur və qurudulur.
Qablaşdırılmış bütün nümunələr ГОСТ 17.1.504-81 "Охрана природы Гидросфера. Приборы и устройства для отбора первичной обработки и хранения проб природных вод. Общие технические условия" standartına əsasən xüsusi qablara yığılır, ГОСТ Р 51592-2000 "Вода. Обшие требования к отбору прoб" standarta uyğun olaraq soyuducuda 4°C temperaturda saxlanılır.
Götürülmüş nümunələrdə aşağıdakı parametrlər təyin edilir:

  • Qruntun qranulometrik fraksiyalar üzrə tərkibi;

  • Üzvü maddələrin və karbonatlığın miqdarı;

  • Neft məhsulları və fenolların miqdarı;

  • Ağır metalların (dəmir, nikel, civə, arsen, kadmium, mis, qurğuşun, sink) miqdarı.


Şəkil 3.7. Əlavə nümunələrin neft tutan qurğuyla götürülməsi

Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə