Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ


Поэмы  Гомера и эпос «Книга моего



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə157/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   153   154   155   156   157   158   159   160   ...   243

Поэмы  Гомера и эпос «Книга моего

Деда Коркуда»

В   статье   подвергнуты   анализу   сюъетные   параллели 

меъду огузским героическим эпосом «Китаби-Деде Коркуд» и 

эпыческими поэмами Гомера – «Илиадой» и «Одиссей», по-

вествующыми о событиях и героях Троянской войны 60-50-х 

гг.   ХЫЫЫ   в.   до   н.э,,   приключениях   Одиссея.   В   результате 

этого   исследования   установлены   существенные   переклички 

гомеровских   поэм   с   огузским   эпосом   в   опысании 

общественных явлений, в композыцыонном построении фабу-

лы и сюъета,  в изобразительных средствах и способах, в рос-

тках   соцыального   уклада   и   политического   строя,   в   ре-

лигиозных верованиях. Более того, историко-лингвистический 

анализ топонимов, этнонымов, гидронимов и антропонимов, 

связанных с Троей, выявил несомненное тюркское их проис-

хоъдения, подтвердив отмеченный в спецыальной литературе 

факт:   Троя   был   тюркский   город,   троянцы   были   тюркскими 

племенами.

Таким образом, несмотря на то, что «Книга моего деда 

Коркуда»   в   эпоху   раннего   средневековья  претерпела   опре-

деленную   исламизацию,   неоднократно   испытывала   впос-

ледствии осовременывание,  этот героический эпос, носящий 

явный отпечаток эпохи военной демократии, является  памят-

ником времён Гомера, ровесником эпыческих поэм великого 

древнегреческого старца. Не подлеъит   сомнению тот факт, 

что   общими     источниками   этих   орыгинальных   образцов 

высокого искусства были  одни и те ъе мыфы и легенды, фоль-

клорные   материалы,   социальные   уклады,   общественно-

политыческие   события,   предопределенные   общностью 

совместной ъизнедеятельности индоевропейцев и тюрков.

122



«AVESTA», AZƏRBAYCAN



DOKTOR ŞƏFİZADƏNİN ELMİ QÜDRƏTİ

Deyirəm, Azərbaycanı gözəgörünməz qüvvələr dünyanın ən 

xoşbəxt bir ölkəsi kimi yaradıb, amma onun sakinləri onu bədbəxt 

bir   ölkəyə   çeviriblər.   Əvvələn   ona   görə   ki,   onun   müstəqilliyini 

qoruya bilməyiblər və onu səkkiz bölük eləyiblər. İkincisi, onun 

minilliklər boyu yaratdıqlarına, dünya sivilizasiyasının inkişafı üçün 

birincilik statusuna malik olan mənəvi mədəniyyətinə sahib dura 

bilməyiblər, bu mədəniyyətə yad olanlar və ya ondan bəhrələnsə 

də, bilavasitə yaradıcısı olmayanlar onu qapıb onun əlindən alıblar, 

ona heç nə qoymamağa çalışıblar. Bu elə bu gün də belədir və onu 

görməzliyə salırlar. Lakin  bunu görənlər də var.  Amma görənlərin 

haray   salmağa,   bağırmağa   maddi-fiziki   enerjisi   yoxdur,   enerjisi 

olanları   isə   bu  cəhət   əsla   düşündürmür,   çünki  onlar   əksəriyyət 

etibarilə elə o yad qapağanlar nəslindəndir və nəyə isə ümid edir-

lər. Bəlkə ümid edirlər ki, elə Azərbaycan xalqının  çox qədim mə-

dəniyyət   tarixi   üzərinə   bir   daş   qoyub,   onu   altdan-altdan   sorub 

başqa bir xalqın mədəniyyət tarixini uzatmaq olar? Ağlım kəsmir. 

Dişi, dırnağı ilə olsa da, öz tarixini üzə çıxarmağa, həqiqəti ortaya 

qoymağa çalışanlar var və millətin əlində heç nə olmasa da, artıq o 

ayılır, öz haqqını başa düşür. 

Söhbət dünya sivilizasiyasının təşəkkülündə birincilik hüqu-

quna   malik   olan   «Avesta»dan,   «Avesta»   təlimlərindən,   onun 

yaradıcısı olan Zərdüştdən, ulu mağlardan gedir.

Bilirəm   ki,   əlinə   keçənlər   bu   yazının   yuxarıdakı   abzasını 

oxuyacaqlar. Lakin söhbətin «Avesta»ya gəldiyini gördükdə, ya-

zını bir tərəfə atıb deyəcəklər: «mənasız söhbətdir».  Amma biz 

davam edirik, çünki ola bilər ki, bekar adamlar olsun, oxusun.

Biz  «Azərbaycvn   dilinin   tarixi   (ən   qədim   dövrlərdən   XIII 

əsrə qədər)» kitabında «Avesta»ya çox cüzi toxunmuşuq, lakin 

verdiyimiz bir-iki cümlə ilə də olsa, Zərdüşt təliminin mahiyyəti 

barədə   qəti   fikir  söyləmiş   və   Zərdüştün   vətəni   haqqında 

«Akademik» tarixin müəllifinin – Zərdüştü və onun minilliklər ar-

xasından   boylanan   «Avesta»sını   Azərbaycandan   bilə-bilə   təcrid 

123



etmək istəyən, vətən tarixinin lider təhrifçilərindən İqrar Əliyevin 

«heç bir dəlil» «…Azərbaycanı zərdüşti Avesta təlimlərinin vətəni 

saymağa   imkan   vermir»   fikrinin   əksinə   olaraq   yazmışıq: 

«Zərdüştilik,   zərdüşti   təlim,   oda   sitayiş   bilavasitə  Azərbaycanla 

bağlıdır. Bu təlim müxtəlif etnoslar arasında yayılmışdır. Əksər 

tədqiqatçılar Mada mağlarını iranmənşəli hesab etməmişlər. Oda, 

atəşə sitayiş isə daha çox Azərbaycanla bağlı yaranmışdır. Buna 

görə də Azərbaycanı bu təlimin, xüsusən də onun yaradıcısı Zər-

düştün vətəni hesab etmişlər». (1,  258)

Biz burada bir qədər yumşaq danışsaq da, kitabda Midiya 

mağlarını dünyanın  və  Azərbaycanın  ən qədim tayfası,  həm də 

irandilli deyil, türk tayfalarından ən güclüsü hesab etmiş və bunun 

sübutu üçün çoxlu dəlillər gətirmişik: «Mən şəxsən düşünürəm ki, 

Mada tayfalarından biri olan mağlar şimallı-cənublu Azərbaycanın, 

şimallı-cənublu Muğanın   ən qədim əhalisidir (müklər onların bir 

qoludur)   və   bunlar   –   mağ   kahinləri     çox   qədim   tarixə   malik 

olmaqla,  ilk   səmavi  allahların   yaradıcılarıdır.   Zaqros   dağlarından 

İkiçayarasına enən   şumerlər də onların şagirdləridir. Manna da, 

Mada da onların adı ilə bağlıdır. Onlar daim müstəqilliyə can atmış, 

öz yüksək ağlı, kahin qüdrəti ilə buna əksərən nail olmuşlar».(1, 

250) «Bu saxta, satqın və riyakar, xalqın tarixnə xəyanətlə dolu 

«tarixlər» meydana çıxana qədər  bizim tarixçilər və başqa elm sa-

hələrini təmsil edən  görkəmli ziyalılarımız, alim və yazıçılarımız  ulu 

babalarımız midiyalılarla fəxr etmiş, onların bizim əcdadlarımız oldu-

ğuna şübhə etməmişlər». (1, 251)

«Beləliklə, mağların vətəni Azərbaycandır. Mağlarla bağlı bü-

tün   izlər   də   Azərbaycandadır.   Mağların   fəaliyyəti   son   dərəcə 

qədim və geniş olduğundan magiya bütün dünyaya yayılmışdır. 

İndi dünya dillərində işlədilən  «magiya» sözü bu kökdəndir. Biz 

bu kökü dünyaya tanıda bilmirik.  Demək, Azərbaycan ərazisi ən 

qədim yaradıcı insanların məskəni olmuşdur. Şumerlər çoxallahlı 

idilər. Çoxallahlılıq magiyadan sonrakı hadisədirsə, deməli, mağ 

mədəniyyəti   daha   qədimdir   və   mağlar   şumer   mədəniyyətinin 

inkişafına təkan verə bilmişlər».(1,  263) 

Tarixçilərə yaddaş: «Biz ilk dəfə olaraq başqa bir məsələni də 

qeyd etmək istəyirik. Bizim fikrimizcə, 

mağ

 və 


qam

 sözləri bir kök-

dəndir və 

qam


 sözü 

mağ 


sözündə samitlərin metatezası əsasında 

124



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə