«Dağılan tifaq»ın lüğət materialının mənşəcə təhlili göstərir ki,
Haqverdiyev xalq dilinin zəngin lüğət tərkibinə arxalanmış, ardıcıl və
bəzən paralel fəaliyyət göstərən mürtəce təmayüllərin təsirindən
uzaq olmuşdur. Bu isə böyük Mirzə Fətəlinin milli dil sahəsində
başlamış olduğu son dərəcə mütərəqqi bir işin çətin şəraitdə ardıcıl
xətlə ləyaqətlə davam etdirilməsi idi: «Haqverdiyev öz müəllimi
Mirzə Fətəli Axundovun şərəfli ənənələrini davam etdirərək, burjua
yazıçıları kimi yazmamış, geniş zəhmətkeş kütlələrin başa düşdüyü
bir dildə yazmışdır. O, bizim əsrin I rübündə osmanlı –
Konstantinopol ləhcəsinin, fars və ərəb dillərinin və ya rus ifadə
formalarının güclü təsiri altına düşməyərək, türk – Azərbaycan
dialektinin tamamilə təmiz şəkildə saxlanmasına nail olan tək-tək
yazıçılardandır».
54
«Dağılan tifaq»ın lüğət tərkibinin mənşə mənzərəsini əks etdi-
rən cədvəl də (cədvələ bax:) ədibin milli dilimizə xidməti barədə
yuxarıdakı sözlərə haqq qazandırır. Yalnız bunu göstərmək kifayətdir
ki, pyesdə işlənmiş 1332 sözün 729-u, yəni 54,7 faizi xalis
Azərbaycan sözlərindən ibarətdir. Sözlərin təkrarən işlənmə
imkanlarını hesaba aldıqda bu sözlərin böyük üstünlüyü daha aydın
görünür. Belə ki təkrarlarla birlikdə işlənmiş 7406 sözün 5412-ni,
yəni 73 faizini xalis Azərbaycan sözləri təşkil edir. Bəzi məhəlli və
arxaik sözləri, tipikləşdirmə məqsədi ilə işlənmiş beş-on alınma sözü
nəzərə almasaq, pyesin dilindəki bütün sözlər ədəbi dilimizdə
sabitləşmiş sözlərdir.
Cədvəl üzrə pyesin lüğət materialını nəzərdən keçirdikdə alın-
ma sözlərin işlənməsinə dair bəzi xüsusiyyətlər özünü göstərir. Prof.
H.Mirzəzadə Füzuli dilinin leksik tərkibindən danışarkən ərəb mənşəli
sözlər içərisində «m» hərfi ilə başlayan sözlərin daha çox olduğunu
qeyd etmişdir.
55
Bu hal pyesdə də müşahidə olunur. Məsələn,
g, p,
ç, u
hərfləri ilə başlayan ərəb mənşəli sözə təsadüf edilmədiyi halda,
m
ilə başlayan 54,
ə
ilə başlayan 41 ərəb sözü işlənmişdir (cədvəl №
54
.
А з и з Ш а р и ф
,
.
Жизнь и творчество Ахвердова журн
«Литератур
»,
ный Азербайджан 1936, 11-12,
№
. 64.
сящ
Ситатдакы диалект
вя лящъя
сюзляри цмумиййятля дил мянасында баша
.
дцшцлмялидир
55
:
,
Бах Ядябиййат вя Дил институтунун ясярляри VIII
,
ъилд
, 1957,
.177.
Азярбайъан ССР ЕА няшри
сящ
126
1-ə bax);
m
ilə başlayan 74 sözdən qalanı bunlardır:
meşə, meyvə,
məgər, mən, mənəm-mənəm, məngənə, milyon, mirvari, mişavıl,
möhür, murov, murovluq, müftəxor
. Bunların da bir qismi fars, biri
rus dilindən alınmış, yalnız bir neçə söz xalis Azərbaycan sözüdür.
127
Bunun əksinə olaraq,
g
hərfi ilə başlayan 51 sözdən yalnız
gədə, giriftar, girov, gor, guya, günah
sözləri fars,
gimnaziya
rus
dilindən alınmış, qalanı xalis Azərbaycan sözləridir, ərəb mənşəli
söz yoxdur,
P
ilə başlayan 32 sözdən yalnız bir neçəsi fars
dilindən alınmamışdır:
paltar, pambıq, papaq, papiros, parça,
pəh-pəh, pis, pis-pis, pişik
;
x
ilə başlayan sözlərdən:
xan,
xanım, xəncər
sözləri alınma deyildir;
ş
ilə başlayan 24 sözdən
14-ü ərəb, 5-i fars, yalnız
şalaq, şaxımaq, şəvə, şıllaq, şüklətmək
sözləri xalis Azərbaycan sözləridir;
c
ilə başlayan 22 söz içə-
risində
cırmaq, calamaq, cərcənək
alınma de- yildir;
h
ilə
başlayan sözlər içərisində yalnız
ha, ha-ha-ha, hamı, hanı, hara,
hey-hey, hırıldamaq, hökürmək, hürmək
sözləri xalis Azərbaycan
sözləridir. Bunlardan fərqli olaraq,
a
ilə başlayan 80 sözün çoxu
(
a, av, avçı, ata, ağsaq, axşam, ağ, ağarmaq, ağac, ağız,
ağlamaq, ağlıq, ağlıya-ağlıya, ağrımaq, ad, adlı, az, ay!, ay,
ayrılmaq, ayırmaq, ayrı, alın, alış-veriş, alışmaq, almaq, alt, altı,
ana, and, anlamaq, ancaq, aparmaq, ara, araba, arzu, artmaq,
artıq, asmaq, at, ata, atıcı, atlı, atmaq, ax!, axmaq, axtarmaq,
axşam, ah!, açıq, açmaq, ac, aşıq, aşmaq
) xalis Azərbaycan
sözüdür;
b
ilə başlayan 115 sözdən üç-dördü ərəb (
bilmərrə, bi-
na, bismillah
və s.), qalanı xalis Azərbaycan və fars sözləridir.
Fars sözlərinin çoxluğu
bi
ön şəkilçisi ilə bağlıdır.
Q
hərfi ilə baş-
layan 104 sözdən dörddə biri alınma olduğu halda,
ğ
ilə
başlayan 6 sözün hamısı (
ğeyz, ğeyzlənmək, ğeyri, ğeyri-
mümkün, ğəzəb, ğəribə
) ərəb mənşəlidir.
Ə
hərfi ilə başlayan
30 söz içərisində
əyaq, əyin, əyləşmək, əymək, əyri, əl, əliboş, əlli,
əlsiz-əyaqsız, ərik, əsirgəmək, əsmək, ər, ət, ətək, ətli
sözləri xalis
Azərbaycan,
əgər, əncir
sözləri fars, qalanı isə ərəb mənşəlidir.
Cədvəli nəzərdən keçirməklə bu barədə daha ətraflı məlumat
almaq olar.
ŞİVƏ SÖZLƏRİ
Keçən əsrin ikinci yarısında və bizim əsrin əvvəllərində,
milli ədəbi dilimizin daha çox sabitləşdiyi dövrdə ümumxalq
Azərbaycan dilinin qolları – dialekt və şivələr hələ böyük təsir
gücünə malik idi. Ümumxalq dilinə əsaslanan hər bir yazıçı ədəbi
dilimizi yeni söz və ifadələrlə zənginləşdirmək üçün doğulduğu
131