11. K ə m i y y ə t b i l d i r ə n s ö z l ə r: bir, dörd,
beş, altı, on, on iki, otuz, qırx, yuz, bir-bir, beş-on, qırx beş;
12. Ş ə x s, i ş a r ə v ə s u a l b i l d i r ə n s ö z l ə r:
mən, sən, o, biz, siz, onlar, birisi, kim, bu, nə, hanı, hara, niyə;
13. İ ş, h a l, h ə r ə k ə t, h a d i s ə, p r o s e s b i l d i r ə
n s ö z l ə r: ağarmaq, ağlamaq, artırmaq, ayrılmaq, ayırmaq,
alışmaq, almaq, anlamaq, aparmaq, artmaq, asmaq, atmaq,
axmaq, axtarmaq, açmaq, aşmaq, bağışlamaq, bağlamaq,
basmaq, batmaq, baxmaq, başlamaq, bəndləmək, bilmək,
bitmək, boğmaq, buyurmaq, buraxmaq, bükülmək, bürünmək,
vermək, vurmaq, qavzamaq, qavmaq, qazanmaq, qayırmaq,
qayıtmaq, qaytarmaq, qalxmaq, qanmaq, qatlanmaq, qaçmaq,
qızarmaq, qılmaq, qırmaq, qısmaq, qorxmaq, qoymaq, qonmaq,
qocalmaq, qoşmaq, quylamaq, qurmaq, qurtarmaq, qurşanmaq,
qucaqlamaq, qeyzlənmək, dağılmaq, dağıtmaq, dayanmaq,
danışmaq, danmaq, darıxmaq, dartmaq, daxil olmaq, daşmaq,
demək, dəymək, dinmək, dincəlmək, doğramaq, dolamaq,
dolanmaq, doldurmaq, döymək, dönmək, döşəmək, durquzmaq,
durmaq, dutmaq, düşmək, eləmək, enmək, etmək, eşələnmək,
eşitmək, əyləşmək, əymək, əsirgəmək, əsmək, ilişdirmək,
inanmaq, istəmək, istilənmək, itələmək, itilmək, itmək, içmək,
işləmək, yazmaq, yaymaq, yalamaq, yalvarmaq, yamamaq,
yandırmaq, yanmaq, yapışmaq, yaratmaq, yarmaq, yatmaq, ya-
xalamaq, yerimək, yetmək, yetirmək, yığışmaq, yığmaq,
yıxılmaq, yormaq, yummaq, yumrulmaq, yükləmək, yüyürmək,
yüngülləşmək, keçmək, kəsmək, kiritmək, geymək, getmək,
gəzmək, gəlmək, gətirmək, gizləmək, girələmək, girmək,
gözləmək, göyərmək, göndərmək, görmək, göstərmək,
götürmək, guruldamaq, gülmək, minmək, oxşamaq, oyanmaq,
oynamaq, olmaq, onəltmək, otlamaq, oturmaq, oxumaq, ölmək,
ölçmək, öpmək, öskürmək, ötmək, ötürmək, savaşdırmaq,
savrılmaq, saxlamaq, sağalmaq, saymaq, salmaq, sataşmaq,
satmaq, seçmək, sərilmək, sərinimək, sırımaq, sırtalmaq,
sıxmaq, silmək, savrılmaq, soyumaq, soruşmaq, söyləmək,
söylənmək, sökmək, sönmək, tavlamaq, tanımaq, tapmaq,
tapşırmaq, təpmək, tikmək, toxtamaq, tökmək, tutmaq, tütümək,
udmaq, uduzmaq, uzatmaq, ulamaq, urmaq, utanmaq, uçmaq,
115
üzmək, hırıldamaq, hökürmək, hürmək, çağırmaq, çalışmaq,
çalmaq, çatmaq, çevirmək, çəkmək, çağırmaq, çırtmaq,
çıxartmaq, çıxmaq, çəkmək, çöyürtmək, calamaq, cırmaq,
şaxımaq.
Pyesin dilindəki ümumişlək sözlər morfoloji və sintaktik
yolla yeni sözlərin yaranması üçün baza rolunu oynamışdır. Bu
sözlərdən heç birinə yad bir dilin şəkilçisi birləşməmişdir. Yalnız
bəzi şəkilçilərin şivə çalarlı sinonimlərindən istifadə edilmişdir.
Məsələn,
bərk, turş, bayat, təng
və s. sözlərdən fel əmələ
gətirən
–i
şəkilçisi
sərin
sözündən
sərinimək
felini əmələ
gətirmişdir. Halbuki bu məqamda ədəbi dilimizdə
sərinləmək
feli
işlədilir. Yaxud,
yor
felindən isim düzəltmək üçün
–unuq
şəkilçisindən istifadə edilmiş (İndi
çay içərik, yorunuğumuz çıxar
)
(39);
-malı
feli sifət şəkilçisi məqamında
–acaq, -lı
şəkilçiləri sözə
qoşulmaqla, cümlənin kinayə çaları qüvvətləndirilmişdir:
Görəcəkli günlərin varmış!
(22)
Əsərdə rast gəldiyimiz:
boyunbağı, boşboğazlıq, çörəkpulu,
kənddəngəlmə
kimi bitişik
, ağlıya-ağlıya, beş-on, bilə-bilə, bir-bir,
bir-iki, boş-boş, qapı-qapı, qara-qura, qarışıq-quruşuq, qol-budaq,
qol-qanad, dalın-dalın, eşələnə-eşələnə, it-qurd, yalvar-yapış,
kənd-kəsək, gəlib-gedən, gün-gündən, mənəm-mənəm, oğul-
uşaq, oynaqlıya-oynaqlıya, olan-olmaz, olub-qalan, pis-pis, tikə-
tikə, titrəyə-titrəyə, tökə-tökə, qab-qaşıq, qab-qazan
və s. kimi
defislə yazılan sözlər də canlı danışıq dilində işlənən, pyesin dilini
ümumxalq dilinin çoxişlənən sadə və təbii leksik vahidləri ilə
əlaqələndirən nitq vasitələridir.
ALINMA SÖZLƏR
Bədii dilin leksikasını öyrənərkən əsərin yarandığı mühiti,
ictimai şəraiti nəzərə alaraq, yazıçının əcnəbi sözlərə
münasibətini müəyyənləşdirmək, ədəbi-ictimai mühitin qohum
və qonşu dillərə təmasının dərəcə və istiqamətini aydınlaşdırmaq
lazım gəlir. XIX əsrin sonu, XX əsrin əvvəllərində,
Ə.Haqverdiyevin bədii yaradıcılıqla məşğul olduğu dövrdə
Azərbaycan dili bir neçə cəbhədən yad dillərin güclü təzyiq və
116
təsirinə məruz idi. Belə bir şəraitdən baş açmaq, milli dilin
orijinallığını mühafizə edib qorumaq, əvvəl qeyd etdiyimiz kimi,
yazıçıdan böyük cəsarət, formalaşmış demokratik dünyagörüşü
tələb edirdi. Ə.Haqverdiyevin ilk dram əsərləri yad dillərin mənfi
təsirinə əks təsir və durumu, müqaviməti baxımından bu tələbə
müsbət cavab verir. «Dağılan tifaq» pyesində işlənmiş ərəb, fars
sözlərinin əksəriyyəti, rus dilindən alınmış sözlərin, demək olar
ki, hamısı ədəbi dilimizdə möhkəm mövqe qazanmış zəruri
leksik vahidlərdir. Alınma sözlərin yalnız kiçik bir qrupu surət
dilinin fərdiləşdirilməsi, rəsmi sənəd üslubu və s. ilə əlaqədardır.
Pyesin dilindəki alınma sözlər içərisində əsas yeri ərəb və
fars mənşəli sözlər tutur. Rus dilindən alınma söz kəmiyyətcə
çox azdır. Əsərdə ərəb, fars və rus mənşəli sözlərdən əlavə,
bən, bana, bin, bin-bin
kimi bir neçə sözə də təsadüf olunur.
Belə sözlərin əvvəlində
m
əvəzinə
b
səsinin işlənməsi müasir
türk dilinə məxsus haldır. Onu da qeyd etmək lazımdır ki, bu
sözlərdən sonrakı ikisi əsərin 1926-cı il nəşrində əlavə edilmişdir.
İlk nəşrdə
bin, bin-bin
sözlərinin olmamasından əlavə,
bin, bana
sözləri də tək-tək hallarda işlədilmişdir. Şübhəsiz, bu hal dövrün
orfoqrafiya qaydaları ilə bağlıdır və belə sözlər təkcə «Dağılan
tifaq»ın dilində deyil, o dövrdə nəşr olunmuş bütün bədii
əsərlərin, mətbuat nümunələrinin, hətta qrammatika kitablarının
dilində də özünü göstərir. Məlumdur ki, XIX əsrin sonlarında və
xüsusən XX əsrin birinci rübündə türk dili bu dili təbliğ edənlərin
simasında öz təsirini xeyli gücləndirə bilmişdi və bunun
nəticəsində də bir neçə sözün türkcə yazılışı bir növ adətə
çevrilmiş, «həm bədii ədəbiyyatın, həm qəzet və jurnalların, həm
də dərsliklərin dilində xeyli müddət özünü saxlamışdır».
43
Ərəb və fars mənşəli sözlərin kəmiyyətcə üstünlüyü uzun
bir tarixi prosesin təbii nəticəsi olduğundan belə sözlərin xeyli
hissəsi (95,4 faizi) canlı dildən əlavə, lüğət tərkibinin əsas
hissəsinə də daxil olmuş, ümumişlək sözlər sırasına keçmiş,
zəruri leksik vahidlərə çevrilmişdir.
Adət, aləm, bina, vacib,
vədə, vərəm, vəsiyyət, qədim, qəzəb, qəm, qəribə, dəfə, eyb,
əvvəl, əzab, əla, qəbul, qəbr, qüvvət, dəqiqə, dünya, etibar,
43
. .
.
, 1961,
.31.
А М я щ я р р я м о в Ядяби дилин совет дюврц Бакы
сящ
117