na
(f a r s) və s. kimi bu gün çətin anlaşılan sözlər də vardır. Bu
sözlər istifadədən tamamilə qalmışdır. Dramaturq bu cür sözləri
pyesə obrazların dilini fərdiləşdirmək məqsədi ilə daxil etmişdir.
Belə sözlərin çoxu, Haqverdiyevin özünün dediyi kimi, «varlıların
ətrafında fır-fır fırlanan», boş və mənasız, ictimai məzmundan
xali mədhiyyələr yazmaqla məşğul olan dindar Mirzə Bayramın
dilində işlənmişdir. Mirzə Bayram Hacı Nurunun xələfi deyil, rəqi-
bidir. Müəllif də Mirzə Bayram kimilərin kökünü kəsmək üçün on-
ların əsl simasını öz dilləri ilə açıb göstərmişdir. O özünü «alim»
bir sənətkar, ərəb və fars dillərinin məşhur bilicisi kimi
tanıtmışdır. Onun bu xasiyyətini bilən Nəcəf bəy də onunla onun
«öz dilində» danışmağa çalışır. Nəcəf bəy özünün «əhvali-şərif»
sualına eyni tərzdə qəliz cavab alır: «Lillahilhəmd, səlamət və
ağanın vücuduna peyvəstə duagu varıq». Mirzə Bayram hətta
bəzən suallara yad bir dildə cavab verir:
N ə c ə f b ə y:
Çox pis şeydir zarafat, belədirmi Mirzə?
M i r z ə B a y r a m.
Bəli, bəli! Düz buyurursunuz!
Əzzərafate-miqrazül-məhəbbət
.
46
(12)
Yaxud: N ə c ə f b ə y.
Mirzə, bağışlaginən, …adət
eləmişəm, axşam çayını şərabsız içə bilmirəm.
M i r z ə B a y r a m.
Bəli, əladətü kəttəbiəttüssaniyə
.
47
(12)
Qəliz ərəb, fars sözlərinə bəzən köhnə ifadə və ibarələrin
tərkibində də rast gəlmək olur. Bunlara baxmayaraq, pyesdə bu
və ya digər səbəbdən işlənmiş çətin anlaşılan sözlər son dərəcə
azdır və hər biri cəmi bir-iki dəfə işlənmişdir.
Ərəb və fars sözlərinin bir qismi (7, 6 faizi) dini sözlərdən
ibarətdir. Məlumdur ki, dini sözlərin tarixi daha qədimdir və belə
sözlər ərəb istilası ilə əlaqədar dilimizə başqa söz qruplarına
nisbətən daha əvvəllər daxil olmuşdur. «Kitabi-Dədə Qorqud»
dastanlarında işlənmiş ərəb və fars sözləri də «…məzmun
etibarilə daha ziyadə dini sözlərdir».
48
Əsrlər ötdükcə, din
46
.
Зарафат достлуьун гайчысыдыр
47
.
Адят икинъи хасиййят кимидир
48
. . . «
-
»
Проф Я Д я м и р ч и з а д я Китаби Дядя Горгуд
». . .
дастанларынын дили В И Ле
-
,
нин адына АПИ нин няшриййаты
120
insanların iliyinə, sümüyünə yeridikcə dini istilahlar da artmış,
çoxalmışdır. XIX əsrin 80-ci illərində dini sözlərin müəyyən qismi
ən zəruri işlək vasitələr idi və ona görə də o dövrün insanlarını
ədəbiyyata gətirərkən onların dilində belə sözlər işlətməmək
qeyri-mümkün idi. Elə buna görə də pyesdəki dini məfhumların
ifadəçiləri əsasən çoxişlənən sözlərdir:
allah, qiyamət, quran,
qurban, dua, şükür, iman, amin, axirət, bismillah-ir-rəhman-ir-
rəhim, vallah, ərrəhman, əstəğfürullah, ibadət, ilahi, inşallah,
kövsər, lillahilhəmd, molla, müctəhid, nəzir, rəhmət, ruh,
salavat, surə, tə`ziyə, fitrə, halal, haram, cəhənnəm, şeytan
(ə r
ə b),
namaz, peyğəmbər, dərviş, günah, behişt, gor, möhür,
pərvərdigar, xuda, xudavənd, canamaz
(f a r s). Bu sözlərin
çoxu indi artıq dini məzmununu itirmiş, ümumişlək sözlər
sırasında qeyri-dini çalarda işlədilməkdədir.
Qeyd etməliyik ki, bu cür dini sözlərin işlədilməsində
məqsəd heç də dini fikirlərin təbliği deyildir: «Səlim bəyin,
Həmzə bəyin dinə qarşı etinasızlığı, mömin Mirzə Bayramın
tamahkarlığı və riyakarlığı, Kərimin «allahdan qorxmayıb»
intiqam alması və nəticədə allahın bəlasından asanlıqla yaxasını
qurtarıb, Təbrizdə ticarətlə məşğul olması və sairə də göstərir ki,
müəllifin məqsədi insanları heç də din və allah yoluna çıxarmaq,
onları Nəcəf bəyin aqibəti ilə qorxutmaq deyildir, əksinə, din və
mövhumat boyası altında gizlənən həyat həqiqətini ortaya
çıxarmaq, bəyliyin tüfeyli təbiətini, vəhşiliyini, zorakılığını, əxlaqi
miskinliyini göstərməkdir».
49
Ərəb və fars dillərindən alınmış sözlərin quruluşu da
maraqlıdır. Heç bir xalis Azərbaycan sözünə ərəb, fars şəkilçisi
artırılmadığı halda, ərəb və fars sözləri Azərbaycan dili şəkilçiləri
ilə sərbəst şəkildə birləşərək müxtəlif düzəltmə sözlərin
yaranmasına səbəb olmuşdur. Ərəb və fars dillərindən alınmış
sözlərdən aşağıdakı hallarda yeni sözlər düzəldilmişdir:
, 1959,
.148.
Бакы
сящ
49
. . «
», «
", 1950,
Ъ Ъ я ф я р о в Даьылан тифаг
Ядябиййат гязети
7(584).
№
121
1. Ərəb sözlərinə Azərbaycan dili şəkilçiləri artırmaqla:
qeyz-lən(mək), dövlət-li, dua-çı, əvvəl-inci, əməl-li, ləzzət-li,
rəhmət-lik, səbir-siz, təskin-lik, şərab-sız, şikayət-çi;
2. Fars sözlərinə Azərbaycan dili şəkilçisi artırmaqla:
dost-
luq, rüsva-lıq, həmişə-lik
;
3. Ərəb və fars ünsürlərinin birləşməsindən ibarət olan
sözlərə Azərbaycan dili şəkilçiləri artırmaqla:
əhvalpürsan-lıq,
biədəb-lik, biabru-çı-lıq
;
4. Fars dili söz və şəkilçiləri ilə:
bi-abru, bi-kar, bi-nəva, bi-
huş, dər-gah, na-mərd, na-xoş, ruz-gar
;
5. Ərəb sözləri üzərinə fars şəkilçiləri artırmaqla:
ba-səfa,
bi-həya, qumar-baz, kam-yab, na-əlac, na-layiq, na-ümid, na-
həqq, na-məlum, seyrən-gah, xəbər-dar, hövl-nak
.
Ərəb və fars sözlərinin sintaktik yolla söz yaradıcılığında iş-
tirakının iki üsulu vardır:
1. a) alınma sözlərin Azərbaycan dili sözləri ilə birləşməsi yolu
ilə:
çayxana
(af),
bugün-sabah
(aə); b) ərəb, fars sözləri ilə
olmaq
və ya
etmək
sözünün əlaqəsi yolu ilə:
dostluq eləmək, rəftar
eləmək, möhtac olmaq
və s. Bu qəbildən olan
daxil olmaq
feli
remarkalarda 25 dəfə işlənmişdir.
2. Ərəb və fars sözlərinin birləşməsi yolu ilə: a) iki ərəb sö-
zünün birləşməsi ilə:
qədr-qiymət, xatircəm, cah-cəlal, eyş-işrət;
b) iki fars sözünün birləşməsi ilə:
bədgüman, peyğəmbər,
dərviş, şoraba;
c) fars və ərəb sözlərinin birləşməsi ilə:
bədbəxt,
nəməkbəharam, xudahafiz, dərə-divan;
ç) ərəb və fars sözlərinin
birləşməsi ilə:
duagu, ibrətxanə, tərifnamə, filankəs;
d) ərəb və
fars sözlərinin təkrarı ilə:
əhməq-əhməq, ahəstə-ahəstə
.
Pyesdə canlı dilin xüsusiyyətini qabarıq əks etdirən qoşa
sözlərə də təsadüf olunur. Müstəqil mənalı köklə mənasız
kökün
50
qoşalaşıb işlənməsi nəticəsində əmələ gələn belə sözlərə
həm xalis Azərbaycan sözləri (qara-qura, qarışıq-quruşuq və s.),
həm də alınmalar sırasında (dəllək-məllək, kasıb-kusub, lotu-
potu, cahıl-cuhul) rast gəlirik.
50
.: . . .
Бах И Р Я ф я н д и й е в Азярбайъан дилиндя сюзцн гурулушу
(
Биринъи щис ), . .
-
,
ся В И Ленин адына АПИ нин ясярляри XXIII .,
ъ
1963, .80.
с
122
Dostları ilə paylaş: |