Ə.Haqverdiyev Peterburqda yaşadığı və təhsil aldığı on ilə
yaxın bir müddətdə rus dilnə çox dərindən yiyələnmişdi. Realizm
prinsiplərinə möhkəm sadiq qalan dramaturq XIX əsrin 80-ci
illərində
51
yaşamış Azərbaycan mülkədarlarını, yoxsul kəndliləri,
hüquqsuz qadınları, sadə şəhər əhalisini, ticarət burjuaziyasının
nümayəndələrini təbii bir dildə danışdırmış, bir kəlmə də olsun
yersiz rus sözü işlətməmişdir. Pyesdə, ümumiyyətlə, rus dilindən
alınmış söz çox azdır və cəmi beş-on sözdür:
verst, istəkan,
istul, işqab, gimnaziya, papiros, samavar, milyon, işqol, qəpik.
Yazılışından göründüyü kimi, bu sözlər kitablardan deyil, canlı
dildən götürülmüşdür. Rus dilindən alınmış sözlərin kəmiyyətcə
azlığı həyata və ictimai hadisə olan dilə şüurlu münasibətin,
ədibin ictimai-estetik baxışlarının real nəticəsidir. Müqayisə üçün
başqa bir misala diqqət yetirək:
F i r i d u n b ə y.
Ey, millətpərəst, idi syuda! (Səfi yaxın
gəlir). Sən millətpərəst, yoxsa yox?
S ə f i.
Necə, bəy?
F i r i d u n b ə y.
Sən görsən ki, mən yıxılıb ölürəm,
kömək eləyərsən, yoxsa eləməzsən?
S ə f i.
Əlbəttə, borcumdur eləmək.
F i r i d u n b ə y.
Vot, znaçit sən millətpərəst! Stupay!
Firidun bəy artıq XIX əsrin 80-ci illərindəki bəylərdən deyil-
dir. O, nəinki rus sözlərinin yersiz işlədilməsinə sərhəd qoymur,
hətta cümlələri qrammatik quruluş cəhətdən də rus dilinə
uyğunlaşdırmağa çalışır. «
Vot, znaçit sən millətpərəst
» -
cümləsinin son sözündən xəbərlik şəkilçisi təsadüfən ixtisar
edilməmişdir. Ölməkdə olan bir sinfin nümayəndələrini ədibin bu
qədər həssaslıqla təsvir etməsi onun şəraiti düzgün
qiymətləndirməsi, insanların xarakterində ictimai mühitlə
əlaqədar dəyişmə və «inkişafı» ardıcıl izləməsi nəticəsidir. «Mil-
lətpərəst» ziyalıların və yuxarı təbəqə nümayəndələrinin istifadə
etdikləri bu yeni jarqon, onların dilindəki bu yeni meyil təsadüfi
51
1209-
Няъяф бяй тямяссцкц Мяшяди Ъяфяря щиъри
ъу илдя
,
1882-
вердийини гейд едир ки бу да милади тарихля
ъи иля уйьун
,
70-
80-
эялир щадисялярин
ъи иллярин сону вя
ъи иллярин
.
яввялляриндя ъяряйан етдийини эюстярир
123
deyil, ictimai şəraitlə əlaqədar idi: «XIX əsrin axırlarında və indiki
əsrin əvvəllərində meydana gələn Azərbaycan burjuaziyası
kapitalizm təsərrüfatında farslardan heç bir ibrət ala
bilməyəcəyini və fars mədəniyyəti ilə Avropa texnikasının
qarşısında dayanmayacağını görüb, öz nəzərini feodalizm
(dərəbəylik) dövrünü keçirən İrandan çəkib, kapitalizm yoluna
düşən çar Rusiyasına doğru çevirdi… Bu dövrdə isə türk (Azər-
baycan – Q.K.) ziyalıları rus məktəblərində təhsil alaraq öz ana
dilinə həqarət nəzərilə baxırdılar və labüddən türkcə danışdıqları
vaxt nitqlərinin yarısını və bəlkə daha artığını rus sözləri ilə dol-
dururdular».
52
Elə bunun nəticəsidir ki, «Millət dostları»nda
təsvir olunan bəylər «Dağılan tifaq»dakı bəylərə bənzəmirlər.
Beş məclisdə cərəyan edən bir pyesdə rus dilindən alınmış cəmi
bir neçə söz olduğu, həm də əsasən ümumxalq dilində işlədilən
sözlər olduğu halda, dörd vərəqlik «Millət dostları»nda
yuxarıdakılardan əlavə:
zakuska, naxal, damski kavalerlik,
iskandal (eləmək), intelligent, bravo, bravo!, abijat (eləmək),
pravadit (eləmək), apazdat (eləmək), bakal, yubka
və s. sözlərə
rast gəlirik (cədvəllərə bax).
İctimai həyatdan gələn və mütərəqqi ziyalıları həmişə düşün-
dürən bu cəhət – rus dili söz və ifadələrindən yersiz istifadə halları
başqa realist yazıçılarımızın əsərlərində də öz əksini tapmışdır.
N.Vəzirovun «Pəhlivanani-zəmanə», «Nə əkərsən, onu biçərsən»
və s. əsərlərini xatırlamaq kifayətdir. Hələ bu əsərlərdəki Rüstəm
bəy kimilər bir yana, aralıq övrəti Nurcahan («Nə əkərsən, onu
biçərsən») kimi qocaların dilində də bu cür fərdi xüsusiyyətlər
əmələ gəlmiş, «…tarixi şərait, XX əsr Bakı həyatı onun danışığına
«razdavay bajalskə», «jiri pajalskə», «razdivay pajalskə», «isnimi
pajalskə» kimi ifadələr əlavə etmişdir».
53
Nəticə olaraq qeyd etməliyik ki, rus dilinə hüsn-rəğbət
bəsləyən Haqverdiyev bu dildən jarqon kimi istifadə hallarını, rus
dili söz və ifadələrinə sərhəd qoyulmadan işlədilməsini hər iki
52
.
. «
Я з и з Ш я р и ф Ябдцррящимбяй Щагвердийевин дили Йени
»
, 1927, 15
.
фикир гязети
йанвар
53
.
.
К а м р а н М я м м я д о в Няъяфбяй Вязиров Азярбайъан ССР
-
ЕА нын няшрий
,
, 1963,
.241.
йаты Бакы
сящ
124
dilə hörmətsizlik əlaməti saymış, realist bir yazıçı kimi, həmişə
belə bir prosesə qarşı mübarizə aparmışdır.
125