orfoqrafiyası da buna tam imkan verməmişdir. Digər tərəfdən,
mətnlərin oxunuşunda da hər şey qaydasında deyildir. «İkinci Kızıl
çira» abidəsi haqqında Ə.Rəcəbov yazır: «1952-ci il nəşrindən
sonra S.Y.Malov yeni əldə etdiyi surət və estampajlar əsasında bu
abidənin oxusu və tərcüməsini təkmilləşdirmişdir. Birinci sətirdə
əvvəlki
Ak kulum ər egiz kork g….z
yıta
əvəzinə
Alp kulum,
ərdəm yürəgim sizə yıta
, beşinci sətirdə əvvəlki
öz
sözü
əvəzinə
yüz
, yeddinci sətirdə
Üçin
sözü əvəzinə
Arslan
oxumuşdur».(21, 302) Heç şübhəsiz, əksər mətnlərdə bu cür hallar
ola bilər. Bundan əlavə, saitlərin oxunuşunda da səhih olmayan
hallar vardır. Bu, əlifbanın özündən gəlir. Söz başında işlənən bir
sıra samitlərdən əvvəl müvafiq
a, ə
saitlərindən birinin nəzərdə tu-
tulması kimi hallar buna aiddir.
Qeyd edirlər ki, Orxon-Yenisey abidələrinin əldə edilmiş
bütün mətnləri birlikdə bir müəllif vərəqi həcmindədir. Bir neçə
əsrlik geniş bir dövrü əhatə edən bu qədər az yazı dövrün dil
mənzərəsini, xüsusilə frazeoloji mənzərəni lazımi şəkildə əks
etdirə bilməzdi. Buna yazıların səciyyəsi də təminat vermir. Epi-
tafiyalarda, təbii ki, frazeoloji ifadəyə elə geniş imkan ola
bilməzdi.
Bunlar göstərir ki, «Kitabi-Dədə Qorqud»un frazeoloji
fondu 2-ci minillikdə yaranmamışdır və başdan-binadan dastan
boyları xalq dilinin qədim frazeoloji yatağına söykənmişdir. Odur
ki dastanın dili yazıyaqədərki dövrün frazeoloji sistemini
öyrənmək üçün qarşımızda geniş meydan açır. Mənşə üzrə
qruplaşdırmazdan əvvəl bir sıra səciyyəvi cəhətləri nəzərdən
keçirmək üçün bir neçə nümunəyə diqqət yetirək.
Dastanın dilində elə frazeoloji vahidlər var ki, düşünmək
olar ki, onlar bilavasitə ərəb işğalı, islam dininin yayılması dövrü
ilə bağlıdır.
Əslində isə belə ifadələrin bir qisminin tarixi çox
qədimdir – zərdüştilikdən gəlir. Lakin islam mühiti onların
işləkliyini genişləndirmiş və fəallaşdırmışdır.
Qiyamət qopınca
(31) – ifadəsi Azərbaycan dilinə
məxsus frazeoloji törəniş qaydalarına uyğun yaranmışdır.
Qiyamət
sözü islam təbliğatçılarının şərhində dəhşətli tufanı
nəzərdə tutmuş,
tufan qopur
ifadəsinə müvafiq
qiyamət qopur
ifadəsi yaranmışdır. Deməli, frazeoloji vahidlərin təşəkkülü üçün
316
fel çoxmənalılığının (oxşar əşyalar və hadisələr üzərinə
köçürmələr) mühüm rolu olmuşdur.
Sənin oğlın kür qopdı,
ərcəl qopdı. Nə yerdə gözəl qopdısa, çəküb aldı
(36-37) misal-
larından göründüyü kimi,
qopmaq
feli «Dədə Qorqud»un
dilində frazeoloji vahid tərkibində çox fəal olmuşdur.
Qiyamət
qopur
ifadəsi bu gün də dilimizdə işlənməkdədir.
Qılıc çaldı, din açdı
şahi-mərdan Əli görkli
(32) –
cümləsində
qılıc çaldı
– vuruşdu,
din açdı
– din yaratdı, yeni dinə
yol açdı mənasındadır.
Qılıc çaldı, çal qılıcın
ifadələri bütün
döyüş boylarının işlək ifadələrindəndir. Heç şübhəsiz, hər iki
ifadə qılınc və din anlayışları qədər qədimdir. Bunlardan birincisi
bu gün də işlənməkdədir;
din açmaq
ifadəsi işləkliyini itirmişdir.
Yum verəyin.
(41)
Yum vermək
– xeyir-dua vermək
deməkdir. M.Rəsulzadə Azərbaycan cümhuriyyətinin ilk
parlamentini açarkən bu sözdən istifadə etmişdir: «Möhtərəm
məbuslar! Azərbaycan Cümhuriyyətinin ilk məclisi-məbusanını
açmaq
yum səadəti,
siz möhtərəm məbusları təbrik etmək
şərəfinin öhdəmə düşməsi ilə müftəxərəm (alqışlar), əfəndilər!»
(24, 379) Bu gün dilimizdə işləkliyini itirmişdir.
Qarnım toymadı, yüzim gülmədi
(33) – ifadələri
şəxsin əhvalını göstərir, lakin bunlardan ikincisində frazeoloji
məna daha güclüdür, çünki həmin ifadə sonralar dərin ictimai
məzmun qazanmışdır. Qurbaninin poeziyasına diqqət yetirmək
kifayətdir:
Üzüm gülməz, heç açılmaz, ah, mənim!
Mənim
üzüm gülməz Vətəndən ayrı
və s. Bu ifadələr bu gün də
işləkliyini saxlamışdır. Şübhəsiz, ifadə etdikləri anlayışlar bəşərin
yaşıdıdır.
Qanun dökəyinmi
– ifadəsi
qan tökmək
şəklində tayfa
davalarına, xalqlararası döyüşlərə və fərdi ölüm-öldürmə halla-
rına aid edilərək, geniş ictimai məzmun qazanmışdır. Dastanda
isə Dirsə xanın şəxsi ailə münasibətləri ilə bağlı işlənmişdir və
mənacə ilkin – etimoloji kökünə yaxındır.
Göz gəzdirdi, yürəgi oynadı, bağrı yanar
(37) ifadələri
də dastanın dilində ilkin təbii semantikasına daha yaxındır. Lakin
bununla belə, artıq frazeoloji məna qazanmışlar.
Göz açuban
(gördigim), könül verib (sevdigim)
kimi frazeoloji
birləşmələr də ilkin-natural mənasına indikindən yaxındır. Lakin
317