tipli bayatıları da qeyd etmək olar. Bayatıdakı
yol kəsən, qol-
boyun olmaq
ifadələri bu cür ifadələrin dildə qədim dövrlərdən
– insanların ilk qaçqınlıq, köçkünlük dövrlərindən, şadlıq
əyyamlarından (
qol-boyun olmaq
) işlək olduğunu göstərir.
Qaşların qələm-qələm,
Pulum yox səni alam.
Səni gürcü aparsın,
Bən gəlib
satın alam
(6, 169) –
bayatısındakı «gürcü aparsın» sözlərindən aydın olur ki, bu ba-
yatı geci X1-X11 əsrlərə, yəni gürcü – Azərbaycan münaqişələri
dövrünə aiddir. Amma bayatıda zarafat da var: sevgilini almağa
pulu olmadığı halda, əsir kimi gürcülərdən
satın almaq
fikri ifadə
olunur.
Gürcü – Azərbaycan münasibətləri, tarixən gürcülərin
Azərbaycan torpaqlarına basqınları, əsir götürmə faktları başqa
bayatılarda da öz əksini tapmışdır. Abdulla Şaiq, Mirzə
Məhəmməd Axundzadə və Şəfiqə xanım Əfəndizadə tərəfindən
toplanıb 1926-cı ildə çap olunmuş «Bayatılar və manilər»
kitabında da bu cür bayatılar vardır:
Tiflisin üstü bostan,
Xarab qalsın
Gürcüstan.
Fələgin qaydasıdır,
Ayırır dostu dostdan. (8, 31)
Bayatıdan aydın olur ki,
xaraba qalsın
qarğışı ahəngə
görə
xarab qalsın
şəklində işlədilmişdir.
Yanırsan, yan yürəgim,
Dolubdur qan yürəgim.
Səndən ayrı düşəni
Fəğan eylər yürəgim (6, 138) –
Bayatısındakı
yürəgi yanmaq, yürəgi fəğan etmək, yürəgi
qanla dolmaq
ifadələri öz təbiiliyi və qədimliyi ilə diqqəti cəlb
edir.
311
Tambur çalır siminə,
Düşmüşəm həvəsinə
. (6, 159)
Aşıqlara, sazlara,
Tamburun qotazlara.
Bu
canım qurban olsun
Gəlinlərə, qızlara. (6, 159)
Tambur
və
saz
sözləri bayatıların qədim tarixə malik
olduğunu göstərir.
Saz
sözü simli alətlərin ümumi adını bildirir.
Odur ki
həvəsə düşmək, canım qurban olsun
ifadələrinin də
qədimliyini bildirir.
Aşağıdakı bayatıda
tərsa
sözü islamın yayıldığı
zamanlardan işlənməyə başlayan söz olmaqla, bayatının və
bayatını təşkil edən
başına dönüm, başına dolanım, dinindən
dönmək, səndən dönmək
ifadələrinin də formalaşma tarixinin
qədim olduğunu göstərir:
Başına necə dönüm,
Dolanım, necə dönüm?
Tərsa dinindən dönməz,
Mən səndən necə dönüm
? (6, 95)
Bu cəhət aşağıdakı beytdə də vardır:
Məni bu
dərdə salan
Bir kafir balasıdır. (6, 187)
«Əl çəkmək» – mənasında
əl götürmək
ifadəsi də
qədimliyi ilə seçilir. Çünki bu ifadə bayatıda göydən ayələrin nazil
olması məsələsi ilə birgə catdırılır. Bu isə islamın erkən yayılma
dövrünə aid ola bilərdi. Peyğəmbərdən sonra artıq ayələrin nazil
olması söhbəti də başa çatmışdı:
Səndən
əl götürmərəm
Göydən min ayə gələ.
(6, 198)
Burada
əl götürmək
– əl çəkmək mənasındadır. «Dədə
Qorqud»da
əl götürmək
bundan fərqli mənadadır –
Bəglər əl
312
götürdilər, hacət dilədilər
(35) – allaha üz tutmaq, yalvarmaq
mənasını ifadə edir. Deməli, hələ yazıyaqədərki dövrdə frazeoloji
ifadələrdə artıq kifayət qədər çoxmənalılıq mövcud olmuşdur.
Evinə xozan gətirmişəm,
Pərgarı pozan
gətirmişəm.
Gündüz olan
işləri
Gecələr
yozan
gətirmişəm. (22, 46)
Bayatıdakı
xozan
– ozan deməkdir. Ozan dövrünün
yadigarı olan bu bayatıdakı
pərgarı pozan, işləri yozan
ifadələri, təbii ki, ozan dövrünün yadigarıdır.
Verdiyimiz bu nümunələrdən aydın olur ki, yazılı ədəbi dilin
nəzərdə tutulan dövründən çox-çox əvvəl dilimizin frazeoloji
yatağı zəngin olmuşdur. Bayatılarda rast gəldiyimiz ifadələr
müasir səviyyədə cilalanmış şəkildədir. Bu hal dilimizin frazeoloji
fondunun qədimliyini, poeziya üçün onun çoxdan hazır olduğunu
təsdiq edir.
Azərbaycan dilində məcazlaşma, dilin frazeoloji vəziyyət və
inkişaf səviyyəsi barədə həqiqi təsəvvürü «Kitabi-Dədə
Qorqud»un dili verir. Əslində, bu əzəmətli dastan kamil ədəbi dil
nümunəsidir və birinci minilliyin ortalarında Azərbaycan dilinin
leksik, frazeoloji və qrammatik səviyyəsini öyrənmək üçün
kifayət qədər zəngin dil materialına malikdir. 1300 illiyi (bəzi
ölkələrdə 1500) rəsmi şəkildə qəbul və qeyd edilsə də, dastanın
dilinin tədqiqində tərəddüdlər var. Düşünənlər vardır ki, dastanın
bu qədər sadə və aydın dili birinci minilliyə aid ola bilməz və
görünür, onun dili üzərində ikinci minilliyin ortalarında əməliyyat
aparılmışdır. Bir «dəlil» kimi də Orxon-Yenisey abidələrinin dilini
misal gətirə bilərlər: «Dədə Qorqud»un dili ilə müqayisədə
abidələrin dili çətin və anlaşılmazdır.
Lakin bu, ilk baxışda belədir. «Dədə Qorqud»un dili ilə Orxon-
Yenisey əlifbası ilə yazılmış mətnlərin dili arasında yaxınlıq daha
çoxdur. Epitafiyalarda nəzərə çarpan fərq Şərqi türk dillərinin neçə
minillik inkişaf xüsusiyyətləri ilə bağlıdır. Bu yazılar saysız tayfa qa-
rışmalarının məhsuludur. Hiss olunur ki, bu yazı sahiblərinin
özlərinin də xüsusi yazı mədəniyyəti olmuşdur və epitafiyalarda,
313