balbal yazılarında yazılı dilə məxsus mühafizəkar cəhətlər də
qorunmuşdur. «Dədə Qorqud» isə elə bir məkanda yaranmışdır ki,
uzun tarixi olan və artıq xalq dili şəklində təmərgüzləşmiş dilə malik
olmuşdur. Həm də «Dədə Qorqud» daş yazısı deyil, şifahi
ədəbiyyat nümunəsidir və ümumxalq Azərbaycan türk dilinin ən
işlək nümunələri əsasında meydana çıxmışdır.
«Dədə Qorqud»un dili ikinci minilliyin dili deyildir, yəni üz
köçürmələri zamanı bu dil dəyişdirilməmişdir. Müşahidələr göstə-
rir ki, yalnız bir sıra arxaik fellər öz sinonimləri ilə əvəz və ya
izah edilmişdir. Dastan islam dini ilə bağlı əlavələrlə zənginləş-
dirilmişdir. Qalan hallarda dastanın dili öz leksik və qrammatik
quruluşu ilə şifahi ədəbi dilin təşəkkülü dövrünün (VI-VIII əsrlər)
məhsuludur.
Bu fikirlərin təsdiqi üçün biz Orxon-Yenisey yazıları ilə
müqayisələr də apara bilərik. Məsələn, aşağıdakı mətnə diqqət
yetirək:
Üzə kök tenri, asra yağız yer kılıntukda ekin ara kisi
oğlı kılınmıs. Kisi oğlınta üzə eçüm-apam Bumın kağan,
İstəmi kağan olurmış. Olurıpan türk bodunın ilin törüsin
tuta birmis, iti birmis.
(21, 71)
Bu mətn «Dədə Qorqud» dili ilə müqayisədə zahirən
anlaşılmaz görünür. Bu hal daha çox onunla bağlıdır ki, bu dildə
hələ hal və mənsubiyyət şəkilçiləri «Dədə Qorqud»un yarandığı
dildə olduğu qədər sintaktik əlaqələri yaratmaq keyfiyyətinə
malik deyil. «Üzə kök tenri» ifadəsində
üzə
sözündə
–ə
yerlik
halın funksiyasını yerinə yetirir – bu, bizim klassik ədəbiyyatda
və dastanın dilində də işlək formalardandır
– üstdə
mənasını
verir.
Kök
sözü transkripsiyada
klub
sözündəki
k
səsi kimi
işarələnib, Azərbaycan dilində tarixən
gög
şəklində işlənmiş və
tədricən son samit sürtünən samitə çevrilmiş, söz
göy
şəklinə
düşmüşdür.
Tenri
sözü
tənri
şəklində də oxuna bilərdi – bizim
dildə 4000 il əvvəldən məlumdur. Beləliklə, ifadə
üstə göy tənri
mənasındadır –
tenri -
səma kimi izah olunur. Sonrakı hissədə
üz
sözünə müvafiq
as
sözü işlənmişdir – «aşağı» sözünün kökü,
-ra
yönlük şəkilçisi yerlik hal funksiyasını yerinə yetirir – aşağıda
deməkdir.
Yağız
sözü qonur mənasında izah olunur, şi-
314
vələrimizdə boz mənasındadır.
Yer
– yerdir.
Kılıntukda
sözünü
başa düşürük, amma indi
qılındıqda
şəklində işlədirik, «Dədə
Qorqud»da da belədir.
Ekin ara
– «ikisinin arasında» deməkdir;
eki-n
– yiyəlik hal şəkilçisinin qısa forması ilə işlənib,
ara
sözü
mənsubiyyət şəkilçisi olmadan fikri ifadə edir.
Kisi oğlı
«Dədə
Qorqud»da olduğu mənadadır – adam oğlu, insan, yalnız
s > ş
keçidi ilə. Beləliklə, bu dil başa düşülməz deyil, tədqiqatçı nəzəri
ilə baxdıqda hər şey aydındır. Lakin «Dədə Qorqud»un dili də bu
gün adi oxucu üçün tam anlaşıqlı deyil. Bununla yanaşı, «Dədə
Qorqud»un dili daha bişmiş, daha ədəbi və kamildir.
Ol sabığ esidip tün udısıkım gəlmədi, küntüz
olursıkım gəlmədi
(Tonyukuk abidəsi, Cənub tərəfi; 21, 118)
-
sabığ
sözündə təsirlik hal şəkilçisinin qədim qapalı variantı, arxaik
tün
(gecə) sözü,
uyımağım
(yatmağım) sözünün
udımaq
forması,
oturmaq
əvəzinə
olurmaq
– 1500 il ərzində olan
dəyişikliklər bunlardır. Elə bil, bu gün deyilib:
O sözü eşidəndə
gecə uyumağım (yatmağım), gündüz oturmağım gəlmədi.
Yaxud: Tonyukuk abidələrindən 2-ci daşın Şərq yazısı:
Tün udı-
matı, küntüz olurmatı, Kızıl kanım tökti, kara tərim yügür-
ti
… (21, 121)
Eki ay kütdim, gəlmədi
(Moyun çor abidəsi, şərq
tərəfi; 21, 146) – «İki ay güddüm gəlmədi».
Yay anta yayladım,
yaka anta yakaladım
– yayı orada yayladım, ibadətimi orada
elədim (Moyun Çor abidəsi, şərq tərəfi, 21,147)
Talım kara kuş
mən. Yaşıl kaya yaylağım, Kızıl kaya kışlağım
. (Falnamə; 21,
195) Burada yalnız ilk cümlənin izahına ehtiyac var: «Yırtıcı quşam
mən. Yaşıl qaya yaylağım, Qızıl qaya qışlağım».
İ(r)çi yanılmaz, bilgə unıtmaz, ötükçi yanılmaz,
bitkəçi bilgəlik yanılmaz yirçilik azmaz, yanılmasar, bilgə
bol(ğa) azmasar, yi(rçi bolğay yanı)lma
… - «bələdçi
yanılmaz, müdrik unutmaz, məsləhətçi yanılmaz, yazı yazan…
müdrik olan yanılmaz, bələdçisi olan azmaz, yanılmasa müdrik
olacaq, azmasa, bələdçi olacaq… yanılmasa…» (Falnamə, 3-cü əl-
yazma; 21, 202)
Misallar göstərir ki, «Dədə Qorqud»un dili ilə abidələrin dili
arasında ruhi yaxınlıq güclüdür. Abidələrin yazılışında problemlər ol-
duğu kimi, oxunuşunda da problemlər vardır. Şübhəsiz, bitikçilər
hər bir səsi olduğu kimi əks etdirə bilməmişlər və dövrün
315