«Avesta» ilə yanaşı, sonralar yaranmış dini kitablarda da
frazeoloji vahidlərə təsadüf edilir. İsa peyğəmbərin çarmıxa
çəkilərkən dediyi: «
Mene, mene tekel uparsun
» sözlərini -
«Əhdi-ətiq»dəki Azərbaycan türk dilində olan bu cümləni
tədqiqatçılar daim qəsdən dolaşıq izah etmişlər. B.Şəfizadə
göstərir ki, «Təkəl» türk xalqlarında allah mənasında işlənən bir
ifadə olmuşdur və dünyanın bir çox yerlərində üzərində tək əl
olan məzar daşları vardır. İsa «Məni təkəl aparsın» dedikdə
allaha qovuşmaq arzusunu bildirmişdir:
Məni allah aparsın
. Bu
cür ifadələr İsanın öz mənşəyinin də indi izah edildiyi şəkildə ol-
madığını göstərir. (13, 25) İsa peyğəmbər «İncil»də də bəzən
bu dildə danışıb:
Eloy, Eloy, Elamma saf ax fani…
(
Saf ağ
fanidir
, 13, 25)
Zərdüştilikdə insanın həyatı onun hansı bürcün altında do-
ğulması və planetlərin müvafiq əlaqəsi ilə bağlı izah edilir. Bu
mənada xalq arasında işlənən
alın yazısı
ifadəsi neçə minillik
tarixə malikdir.
«Onu da qeyd edək ki,
cənnət, cəhənnəm, qıl körpü,
namaz, ruh
və bu kimi bir çox ayin və kultların islama
zərdüştilikdən keçdiyi məlumdur».(13, 89) Deməli, dilimizdəki
cəhənnəmə getsin, gora getsin, qoy cəhənnəm olsun,
yeri cəhənnəmlikdir, yeri cənnət olsun, namaz qılır, ruhu
şad olsun
və s. kimi ifadələrin tarixi çox qədimdir.
Pir
sözü də
od mənasında çox qədim sözdür. Bu münasibətlə
ay pir olmuş,
səni pir olasan
kimi ifadələr də qədimdən gəlir.
Ə.Dəmirçizadə frazeoloji vahidlərdən «idiomlar» adı altında
danışaraq, onları quruluşuna görə üç qrupa ayırmışdır:
1) idiomatik sözlər;
2) idiomatik ifadələr;
3) idiomatik cümlələr. (19, 170)
Buradan aydın olur ki, professor frazeoloji vahidləri söz,
söz birləşməsi və cümlə şəklində təsəvvür etmişdir. Söz şəklində
tülkü (
hiyləgərlik mənasında),
eşşək (
qanacaqsız),
dayı
(vəzifədə olan adam),
dəm
(bir az kefli) tipli sözləri nəzərdə
tutmuşdur. Birləşmə şəklində olanlara
ürəyinə xal salmaq,
başa düşmək, dil vermək
tipli frazeoloji vahidləri, cümlə
şəklində olanlara atalar sözləri və məsəlləri misal göstərmişdir.
308
(19, 168-179) Bu bölgünün birinci qrupu əksər dilçilər tə-
rəfindən frazeologiyaya daxil edilmir. Sonrakı qruplara gəlincə,
ikinci qrup dil vahidlərinin frazeoloji vahid olduğuna heç kəsdə
şübhə yoxdur. Hətta bir qrup alimlər «frazeoloji vahid» dedikdə
yalnız birləşmə şəklində olanları nəzərdə tuturlar. Alimlərin bir
qismi isə atalar sözləri və məsəlləri, hikmətli sözləri, hətta
tapmacaları da frazeologiyaya daxil edirlər.(20, 100) Bizim
fikrimizcə də, atalar sözləri və məsəllər xalq dili frazeologiyasının
mühüm tərkib hissələrindəndir. Ona görə də yazıyaqədərki
dövrdə dilimizin frazeoloji inkişafını öyrənmək üçün həm
birləşmə, həm də cümlə şəklində olan frazeoloji vahidləri
nəzərdən keçirəcəyik.
BİRLƏŞMƏ ŞƏKLİNDƏ OLAN
FRAZEOLOJİ VAHİDLƏR
Xalq dili frazeologiyasını qoruyub saxlayan ən mühüm mənbə
şifahi xalq ədəbiyyatıdır. Bu cəhətdən bayatılar daha etibarlı janr
sayılır. Lakin bayatıların da hamısı eyni vaxtda yaranmamışdır.
Qədim bayatılarda qədim izlər qorunub saxlanmış olur. Asya
Məmmədovanın 1977-ci ildə tərtib və çap etdirdiyi «Bayatılar (XVII-
XX əsrlər)» (redaktorları M.H.Təhmasib və C.V.Qəhrəmanov) kitabı
bayatıların qeydə alınması tarixinin qədimliyi ilə daha çox maraq
doğurur. Tərtibçi əlyazma fondu materialları arasından bayatı
qeydə alınmış 92 mənbə üzə çıxarmışdır. Bunlardan 74-ü müxtəlif
əlyazma və cünglərdən, qalanı görkəmli ədib və mədəniyyət
xadimlərinin arxivində mühafizə olunan bayatı dəftərlərindən və
fraqment səhifələrindən ibarətdir. A.Məmmədova yazır: «Əlyazma-
ların səhifələrində qeydə alınmış bayatılar həcmcə yığcam,
məzmunca daha dolğun olmaqla öz qədimliyini mühafizə etmiş və
fikrimizcə, əslinə daha çox uyğundur». (6, 4)
Tarixi hadisələrə işarə ilə qələmə alınmış bayatıların tarixi də
həmin hadisələr qədər qədimdir:
Vermə xazara bəni,
Çəkər bazara
məni.
309
Yada kəniz verincə
Sala mazara
bəni. (6, 55) –
bayatısındakı «xazar» sözündən aydın olur ki, bu bayatı
xəzərlərin Azərbaycana basqınları dövrünün (VII əsr) yadigarıdır.
Odur ki bayatıda işlənmiş
bazara çəkmək, məzara salmaq
ifadələrinin tarixi də o qədər qədimdir. Bu ifadələr, tam forma-
laşmış ifadələr kimi, ədəbi dilin frazeoloji imkanları haqqında
aydın təəssürat yaradır.
Ərəb işğalı ilə bağlı da belə tarixi bayatılar vardır:
Ərəb qapdı fəsini,
Su
kəsdi nəfəsimi
.
Gedin anama deyin,
Yaxşı
dutsun yasımı
. (8, 46)
Nəfəsini kəsmək, yasını dutmaq
ifadələri ərəb işğalı
dövründə çoxdan cilalanmış frazeoloji vahidlər kimi bayatıya
daxil olmuşdur. Eyni ruhda olan:
Dağları qacal aldı,
Avçını
macal aldı
.
Bir yanım qərib ölkə,
Bir yanım
acal aldı
(6, 47) –
bayatısında isə
macal aldı, acal aldı
ifadələri ilə
qəriblik,
əsirlik həyatının acıları qələmə alınmışdır. Aydın olur ki, «Dədə
Qorqud»dakı
əcəl aldı
ifadəsi öz işləkliyi ilə bayatılara da güc
vermişdir. Və ya bayatılardan güc almışdır. Hər halda, tarixinin
çox qədim olduğunu düşünmək olur.
Belə bayatılar sırasında:
Gedirəm, ölkə, sənnən,
Qorxuram
yol kəsənnən
.
Gəl bir
qol-boyun olaq
,
Ayrıldıq bəlkə sənnən (6, 142) –
310