Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə34/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   30   31   32   33   34   35   36   37   ...   243

allah yerdə qoymaz.  (21)

            allah yerdə qoymaz.  (52)

Belə əlavələr nəticəsində cümlə qrammatik deyil, daha çox 

üslubi cəhətdən qazanmış olur.

Mübtəda ilə xəbər arasında uzlaşmada olduğu kimi, III növ 

təyini   söz   birləşməsinin   də   əvvəlində   konkret   kəmiyyət   təyini 

olduğu halda, birinci komponent cəmləşmişdir:

 İki balaca u ş a q  qolundan

             İki balaca u ş a q l a r ı 

n  qollarından

dutub daxil olur.  (36)

             dutmuş daxil olur.  (52)

Ümumiliyi   və   qeyri-müəyyənliyi   aradan   qaldırmaq   üçün 

uşaq


  sözünə   artırılmış   yiyəlik   hal   şəkilçisi   yerinə   düşür.   Çünki 

cümlədəki 

balaca

 sözü, yiyəlik halın şəkilçisi olmadıqda, daha çox 



qol

 sözü ilə əlaqələnir və ilk varantdan az qala belə məna çıxır ki, 

gələn şəxs özü ilə uşaq deyil, uşaq qolu gətirirmiş. İkinci nəşrdə 

bu   qüsur   aradan   qaldırılsa   da,  

uşaq

  sözünün   cəmlənməsi   ilə 



qrammatik səhvə yol verilmişdir.

Kəmiyyət şəkilçisinə nisbətən, yiyəlik halın şəkilçisindən ədib 

daha müvəffəqiyyətlə istifadə etmiş, ikinci növ təyini söz birləşmə-

sinin xüsusi isimlə ifadə olunmuş birinci tərəfinə bu şəkilçini artır-

maqla canlı danışıqda işlənən formanı ədəbi dil üçün normal vəziy-

yətlə əvəz etmişdir:

… bu, Süleyman bəydir, N ə c ə f …bu, Süleyman bəydir,  N ə c 

ə f


b ə y  o ğ l u.  (31)

 b ə y i n  o ğ l u.  (43)

Dilimizin   inkişaf   tarixindən   məlumdur   ki,   III   şəxs 

mənsubiyyət şəkilçili sözlərdə çox zaman təsirlik halın məzmunu 

yalnız  

-n

  şəkilçisi   ilə   ifadə   olunmuşdur.   Bu   hal   indi   də   canlı 



danışıq dilində qalmaqdadır. Lakin XVIII əsrdən başlayaraq,  

-ı 


şəkilçili forma üstünlük qazanmış, sovet dövründə isə yazılı ədəbi 

dilimizdə   bir   qanun   kimi   sabitləşdirilmişdir.   Bu  sahədə  düzəliş 

apararaq,   20-yə   qədər   cümlədə   mənsubiyyət   şəkilçili   sözə  

-ı 


102


şəkilçisi artıran ədtb, görünür, həmin inkişaf istiqamətini nəzərə 

almışdır; məsələn:

Süleyman bəy x ə n c ə r i n  versə…   Süleyman bəy x ə n c ə r i n i 

(28)


         versə… (41)

Q o l u n qısır çiyninə. (6)

         Q o l u n u  qısır çiyninə.    (12)

Mal yemiyənin m a l ı n 

         Mal yemiyənin m a l ı n ı 

yeyərlər. (7)

yeyərlər. (4)

Şifahi nitqdə intonasiya, fasilə, vurğu və s. cümlənin məz-

mununun   asanlıqla   və   düzgün   başa   düşülməsinə   səbəb   olur. 

Yazıda isə formal qrammatik vasitələrdən – şəkilçilərdən daha 

çox   istifadə   edilir.   Elə   buna   görə   də   şifahi   nitq   intonasiyası 

əsasında qurulmuş bəzi cümlələrə ədib sual ədatı, şərt şəkilçisi 

və s. artırmış, cümlələri ədəbiləşdirməyə çalışmışdır; məsələn:

İstul-filan  h a z ı r  o l u b?            İstul-filan  h a z ı r  o l u b d u r 

m u?

(13)


         (20)

Harada g i z l ə y i b l ə r tapıb

         Harada g i z l ə y i b l ə r 

s ə, tapıb   

aparıb tapşırarsan atasına. (25)

                   aparıb tapşırarsan 

atasına. (37)

İkinci nəşrdə sözlərin əlavəsi daha çox dəqiqləşdirmə, qeyri-

müəyyənliyi   aradan   qaldırma   məqsədi  güdür.   Bu   xüsusiyyət 

isimlərin   əlavə   edilməsinə   daha   çox   aiddir.   Məsələn,   ədib 

aşağıdakı   cümlələrdə   mötərizələrdəki   sözləri   sonradan   əlavə 

etmişdir:  

Gərək   bu   gün   İmamverdinin   qızı   qayıtsın   (atasının) 

evinə


  (36);  

İndi   iki   yüz   manat

 

(borc)   vermək   istəmir



  (48); 

Məşədi (Cəfər) baş əyib çıxır

  (51);  

Onların (gözlərinin)  yaşını 

tökmə

  (31)   və   s.   Əlavə  edilmiş   əvəzliklər   də   konkretləşdirmə 



mahiyyəti daşıyır:  

Gözünü dikib (o) dörd divara

  (56);   

Gətirim 


(sənin) gözüyün qabağına

 (52) və s.

Ədib   Məşədi   Cəfərin   dilindəki  

«Xub,   ver   görüm»

  - 

cümləsinə  



asandır

  sifətini artırmışdır:  

Xub, ver görüm, asandır. 

103



(22) Məşədi Cəfər bəylərə müamilə ilə pul verir və bu hesaba 

xeyli gəlir əldə edir. Nökər Cavad bu məqsədlə Məşədi Cəfərə 

pul verir və həmin pulu bəylərə birtəhər «sırımasını» xahiş edir. 

Bunun   müqabilində   Məşədi   Cəfər  

«asandır»

  deməklə   bəylərin 

vəziyyətini, qumardan məst olmuş bu adamların bir tərəfdən də 

müamilə yolu ilə necə müflisləşdiklərini göstərmiş olur, bir söz 

vəziyyətin   aydınlaşmasına   daha   çox   kömək   edir.   Lakin   ədib 

sifətlərdən həmişə belə muvəffəqiyyətlə istifadə edə bilməmişdir. 

Məsələn, Əbdülün dilində  

«Yaxşı, Nəcəf bəyin bir oğlu var idi, 

necə oldu?

 cümləsinə 

oğlu

 sözünün təyini kimi təzədən 



yaxşı

 sö-


zünün əlavəsi lazım deyildi. Əvvələn, həmin cümlədə 

yaxşı


 ədatı 

olduğundan təkrara yol verilmiş olur, digər tərəfdən, Əbdülün 

sonrakı  replikasında   bu söz işlənmişdir  

(«Allah rəhmət  eləsin, 

yaxşı   oğlan   idi»)

  və   nəhayət,   Əbdül   tərifləsə   də,   hadisələr 

göstərir ki, Süleyman bəyə «yaxşı» demək o qədər də doğru 

deyildir.

Mətnə əlavə edilmiş  

istəmək, etmək

  felləri də ədəbi dilin 

xeyrinə olaraq loru danışıq dili ifadə tərzindən qaçmaq meylinin 

nəticəsidir:

104



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə