Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə36/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   32   33   34   35   36   37   38   39   ...   243

görüm

  kimi sözlər də doğru işlənmədikləri məqamlarda ixtisar 

edilmişdir.

Surətlərin psixoloji  vəziyyəti  hadisələrin  gedişindən  aydın 

olduğu üçün   remarka   şəklində verilmiş  

Qeyz ilə, Ciddi, Hirsli, 

Çağırır

  kimi   cümlələr,   hadisələrin   inkişafında   heç   bir   rolu 



olmayan, artıq və yersiz izahat xarakteri daşıyan bəzi dialoqlar 

əsərdən çıxarılmışdır. Məsələn:

İ k i n c i     u ş a q.  

Bir buraya gəlin, burada bir adam 

öldürüblər   ey.   (Yoldaşlarına)   Ora   baxın,   görün   binəva   necə 

çabalayır… Görəsən, güllə ilə urublar, yoxsa xəncər ilə?

U ş a q l a r d a n  b i r i s i (

gəlir əvvəlimincisinin yanına, 

baxır). Görmürsən, güllə ilə urublar, xəncər ilə vursa idilər, indi  

yarası da görünərdi. Bir də o güllə səsi eşitdik ha,mən ki dedim 

deyəsən adam öldürüblər, sən dedin ki, yox, quş atırlar. Elə bu  

imiş, yazıq, yazıq,gör necə çabalayır

. (Avçılar çıxırlar). (30)

Süleyman  bəyin  faciəsi tamaşaçıların  gözləri önündə  baş 

verir.   Belə   ola-ola,   bir   də   uşaq   təfəkkürü   ilə   bu   hadisələrin 

səbəbini, necə baş verdiyini izaha çalışmaq hadisələrin gedişini 

sürətləndirmir,   əksinə,   ancaq   vaxt   alır.   Ona   görə   də   müəllif 

doğru olaraq uşaqların sözlərini ixtisar edərək yalnız bir cümlə 

saxlamışdır.

Belə bir uzun təfərrüatın ixtisarına Süleyman bəylə Kərimin 

qarşılaşdığı səhnədə də rast gəlirik. (I nəşr., səh. 28-29, II nəşr. 

səh.41)


Pyesin   sonunda   böyük   bir   parçada   –   Nəcəf   bəyin 

ölümündən   sonrakı   hissədə   ədib   bir   növ   ibrət   dərsi   vermək 

istəyir və Əbdülün dili ilə deyir:  

«Görün nə qədər günahı var 

imiş ki, allah bu dünyada fəqiri oda yandırdı».

 (45) Qətdən sonra 

verilmiş   bu   bir   səhifəlik   dialoq   artıq   olduğu   üçün   bütövlükdə 

əsərdən çıxarılmışdır.

Ə.Haqverdiyevin öz əsərlərinin dili üzərində necə işlədiyini 

təfərrüatı ilə öyrənmək xüsusi və geniş bir tədqiqat tələb edir. 

Ədib   sovet   dövründə   yenidən   nəşr   olunmuş   əsərlərinin   dili 

üzərində   ciddi   və   geniş   yaradıcılıq   əməliyyatı   aparmışdır.   Bu 

əməliyyatın xarakteri haqqında konkret əsərlər üzrə daha dəqiq 

mühakimə yürütmək olar.

108



«Dağılan   tifaq»ın   ilk   nəşrlərinin   müqayisəsi   göstərir   ki, 

əsərin 1899-cu il çapı dilinin bir qədər loruluğuna, danışıq dilinə, 

xalq   ifadə   tərzinə   yaxınlığına   görə   ikinci   nəşrdən   müəyyən 

dərəcə   fərqlənmiş,   müəllif   sovet   dövründə   şəkilçi,   söz,   ifadə, 

cümlə və bəzən də bütöv mətnləri dəyişmək və ixtisar etməklə 

şivə   xüsusiyyətlərinin,   loruluq,   bəsitlik,   məntiqsizlik   hallarının 

ləğvinə çalışmış, qrammatik quruluş və xüsusən söz sırası kimi 

mühüm məsələləri də bu əməliyyata daxil etməklə əsərlərinin dili 

üzərində   işinin   dairəsini   xeyli   genişləndirmişdir.   İkinci   nəşrdə 

ədəbiləşdirmə istiqamətində özünü göstərən bu düzəlişlər usta 

yazıçı əməyindən çox, bir dilçi əməliyyatına bənzəyir ki, bu da, 

heç şübhəsiz, gənc sovet respublikasının ədəbi dilə dair gördüyü 

yeni tədbirlərdə dramaturqun özünün fəal iştirakı ilə bağlıdır.

ƏLAVƏ  ƏDƏBİYYAT

R. K a z ı m o v a. Ə.Haqverdiyev öz hekayələrinin dili üzərində 

necə işləmişdir. «Dil institutunun əsərləri», III cild, 1950, səh. 36-40.

M. C a h a n g i r o v. M.F.Axundov dram əsərlərinin dili 

üzərində necə işləmişdir. Azərb. SSR EA nəşri, Bakı, 1962, səh.3-

142.


R. H. H ə s ə n o v. Y.V.Çəmənzəminli öz hekayələrinin dili 

üzərində necə işləmişdir. V.İ.Lenin adına APİ-nin «Elmi əsərlər»i, XI 

seriya, 1964, №2, səh.77-86.

109



III FƏSİL

LEKSİK VƏ ÜSLUBİ-SEMANTİK XÜSUSİYYƏTLƏR

XALİS AZƏRBAYCAN SÖZLƏRİ

Bədii   dilin,   xüsusilə   dram   dilinin   təhlili   qarşısında   duran 

mühüm   məsələlərdən   biri   yazıçının   xalq   dilinə   əlaqə   və 

münasibətini,   onun   üslubunun   xəlqiliyi   dərəcəsini   müəyyən 

etməkdir. Bu məsələ sənətkarın dünyagörüşü ilə bağlıdır. Belə ki 

mütərəqqi-demokratik dünyagörüşə malik olmadan, xalqın fikri 

ifadə   vasitələrini   duymadan   xəlqiliyin   gözəl   nümunələrini 

yaratmaq olmaz.

36

  Mütərəqqi-demokratik dünyagörüşü dedikdə, 



yalnız   dil   vasitələrinə   deyil,   həm   də   həyatın   çoxsaylı   və 

çoxcəhətli hadisələrinə, qanunlarına münasibət nəzərdə tutulur, 

forma məzmunla vəhdətdə götürülür. Hər hansı bir yazıçının öz 

dünyagörüşünü   müəyyən   ideya   istiqamətində   formalaşdırması 

onun   bütün   başqa   cəhətlərinə   də   təsir   edir.   Belə   bir   proses 

ictimai mühitdən, şəraitdən möhkəm asılı olub, demək olar ki, 

yazıçını əhatə edən cəmiyyətin dayanmış olduğu ictimai pillə ilə 

şərtlənir. XIX əsrin sonu, XX əsrin əvvəllərində həyat o qədər 

ziddiyyətli,   o   qədər   qarışıq   və   təzadlı   idi   ki,   «bu   ziddiyyətlər 

aləmində həqiqəti seçmək, işıqlı tərəfi görmək və onu geniş xalq 

kütləsinə göstərməyi yalnız dühalar bacara bilərdi».

37

  Elə buna 



görə də belə bir dövrdə yazıçının öz fikir və hisslərini xalqın başa 

düşəcəyi,   xalqın   fikir   və   hisslərinə   təsir   edə   biləcəyi   bir   dildə 

yazması, həm ideya, həm də bədii dil nöqteyi-nəzərdən xəlqiliyin 

gözəl   nümunələrini   yaratması   daha   gərgin,   daha     çətin   mü-

36

 

:  



Бах .  .            .   

 

 



,

А И Е ф и м о в О языке художественных произведений  

, 1954,

Москва


 

. 86.


сящ

37

  .   .               .   «



 

»  


 

Т И Щ а ъ ы й е в Молла Нясряддин йарандыьы заман 

 

 

Азярбайъан ядяби ди



 

 

 



 

линдя юзцнц эюстярян мцхтялиф цслублар 

-

 «



 

» , 


   

 

,



щаггында АДУ нун Елми ясярляр и Дил вя ядябиййат серийасы  

1963,  6, 

.69.

№ сящ


110


Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə