barizələrlə dolu bir şəraitdə cərəyan edən prosesin nəticəsi oldu-
ğundan şərəfli və qiymətlidir. Ə.Haqverdiyevin dramlarının oriji-
nallığı, həyatiliyi və gücü təkcə onun əsərlərində qoyulmuş əsas
məsələlərdə və həmin məsələlərin xalqın xeyrinə necə həll
edilməsində deyil, həm də bu əsərlərdə istedadla istifadə
olunmuş dildə, canlı danışıq dilinə məxsus xüsusiyyətlərdə
təzahür edir. Demokratik cəbhənin başqa görkəmli
nümayəndələri kimi, o da çətin bir şəraitdə demokrat yazıçı
mövqeyindən çıxış edərək, xalq dilinin ruhunu, canını təsbit edən
əsərlər yazır, milli dilimizin bünövrəsi üzərində əzəmətli binanın
yüksəlişində kitab üzü görməmiş saysız-hesabsız söz və
ifadələrlə yaxından iştirak edirdi.
Ə.Haqverdiyevin ilk pyeslərinin, xüsusən ilk kamil
əsərlərindən biri olan «Dağılan tifaq»ın leksik təhlili,
yaradıcılığının əvvəlindən başlayaraq, onun canlı dilin lüğəvi
vahidlərindən necə ustalıqla istifadə etdiyini, bu sahədəki əməli
işinin əsl mahiyyətini aydınlaşdırmaq üçün maraqlı material verir
və milli ədəbi dilimizi lüğət ehtiyatı ilə zənginləşdirmək sahəsində
ədibin fəaliyyətini əks etdirən konkret nümunələr kimi diqqəti
cəlb edir. «Dram dili danışıq dili ilə ədəbi dilin özünəməxsus
kontaminasiyası olduğundan»
38
dram əsərləri bədii əsərlər
içərisində xüsusi mövqe tutur və ictimai həyatın müxtəlif hadi-
sələrinə daha həssas olduğu, həmin hadisələri bilavasitə
obrazların dili ilə canlandırdığı üçün belə əsərlərdə müəllif son
dərəcə rəngarəng nitq vasitələrindən – ümumişlək sözlərlə
yanaşı, şivə leksikasından, arxaik sözlərdən, əsərin əsas
qəhrəmanlarının sinfi təbiətinə uyğun olaraq jarqon
ünsürlərindən, alınmalardan daha çox istifadə edir, realizm və
tipiklik məsələlərinə əməl edərkən sənətkarın alınma sözlərə
münasibəti aydınlaşır.
Öz görkəmli sələfi M.F.Axundov kimi, Ə.Haqverdiyev də
bədii dilin əsasında xalq dilini görür və dil yaradıcılığı sahəsində
bu istiqamətdə irəliləyirdi. C.Məmmədquluzadə, Sabir və başqa
görkəmli müasirləri kimi, onun da yeganə istinad nöqtəsi canlı
38
. . . .
,
Акад Л В Щ е р б а Современный русский литературный язык
. «
», 1939, 4,
журн Русский язык в школе
№
.25.
сящ
111
xalq dili idi. O, əsl hikməti xalq dilinin sadəliyində və şirinliyində
görürdü. Elə buna görə də onda xalq dilinə böyük maraq var idi.
Hətta bu maraq bəzən aludəçiliklə əvəz olunurdu. Hələ vaxtilə
«Yeni fikir» qəzeti yazırdı ki, «…onun (Ə.Haqverdiyevin – Q.K.)
yazılarının dili… təmiz və açıq türk dili, Azərbaycan kəndlilərinin
danışdığı və anladığı bir dildir».
39
Şübhəsiz, ədibin pyeslərinin
dilindəki sadəlik, şirinlik, lakonizm və ifadəlilik daha çox xalis
Azərbaycan sözləri ilə bağlıdır. Çünki bunlar əsrlərdən bəri dildə
işlənə-işlənə cilalanan, xalq dilinin ruhunu əsrlərdən-əsrlərə
ötürən, dilimizi çox qədim dövrlərlə bağlayan sözlər, ən zəruri,
buna görə də başqa leksik vahidlərlə əvəz edilməsinə ehtiyac
duyulmayan dil vasitələridir. Belə dil vahidlərinin:
ağ, ağac, ağız,
ad, ay, ayır, ara, artıq, at, açıq, bağlı, beş, bəy, bəri, boğaz, boş,
böyük, bulut, qazan, qaya, qan, qapı, qar, qara, qarşı, qıs, qış,
qulaq, qulluq, quru, quş, dağ, dad, daş, dəy, diz, dil, dörd, düz,
el, en, əy, əlli
və s. Sözlərdən ibarət böyük bir qismi (pyesin
dilindəki 1332 sözdən 210-u) dilimizi bu dilin formalaşmasından
çox-çox qabaqkı dövrlərlə, qədim türk tayfa dilləri ilə bağlayır,
türk dillərinin qədim abidələrindən süzülüb gəlir. Xalis
Azərbaycan sözlərinin böyük bir qisminin müasir türk dillərinin,
demək olar ki, əksəriyyətində hal-hazırda işlənməsi göstərir ki,
həmin sözlər ulu dilin əsas lüğət vahidlərindən olmuş və ona
görə də müxtəlif türk dillərində indiyə qədər qalmışdır. Bu sözlər
pyesin lüğət tərkibinin nisbətən az hissəsini təşkil etsə də, tək-
rarən işlənmə imkanlarına görə çox böyük üstünlüyə malikdir.
Məsələn,
baş
sözü pyesin dilində 60,
bir
186,
bu
118,
mən
186,
nə
109,
o
113,
sən
123,
ver
96,
de
71,
gəl
85,
gör
72,
ol
181,
öl
43,
ki
90,
da(də)
135… dəfə işlənmiş, başqa söz və ifadələrlə elə
ustalıqla əlaqələndirilmişdir ki, heç bir artıq söz və təkrar nəzərə
çarpmır.
Xalis Azərbaycan sözlərinin bir qismi yalnız türk dillərində iş-
lənməklə məhdudlaşmır, həm də türk və monqol dilləri ilə
ortaqlılıq təşkil edir.
Ata, at, nökər, qara, bağ, bulaq, il, ürək, indi,
bəy, mən, sarı, min, ən
və s. belə sözlərdəndir.
Qoyun, inək
kimi
sözlər isə təkcə türk və monqol dillərində deyil, tunqus və mancur
39
«
»
, 1927, 1305.
Йени фикир гязети
№
112