Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə42/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   38   39   40   41   42   43   44   45   ...   243

Ə.Haqverdiyev Peterburqda yaşadığı və təhsil aldığı on ilə 

yaxın bir müddətdə rus dilnə çox dərindən yiyələnmişdi. Realizm 

prinsiplərinə   möhkəm   sadiq   qalan   dramaturq   XIX   əsrin   80-ci 

illərində

51

  yaşamış Azərbaycan mülkədarlarını, yoxsul kəndliləri, 



hüquqsuz qadınları, sadə şəhər əhalisini, ticarət burjuaziyasının 

nümayəndələrini təbii bir dildə danışdırmış, bir kəlmə də olsun 

yersiz rus sözü işlətməmişdir. Pyesdə, ümumiyyətlə, rus dilindən 

alınmış   söz   çox   azdır   və   cəmi   beş-on   sözdür:  

verst,   istəkan, 

istul, işqab, gimnaziya, papiros, samavar, milyon, işqol, qəpik. 

Yazılışından göründüyü kimi, bu sözlər kitablardan deyil, canlı 

dildən götürülmüşdür. Rus dilindən alınmış sözlərin kəmiyyətcə 

azlığı  həyata  və   ictimai  hadisə  olan  dilə  şüurlu  münasibətin, 

ədibin ictimai-estetik baxışlarının real nəticəsidir. Müqayisə üçün 

başqa bir misala diqqət yetirək:

F i r i d u n  b ə y. 

Ey, millətpərəst, idi syuda! (Səfi yaxın 

gəlir). Sən millətpərəst, yoxsa yox?

S ə f i. 

Necə, bəy?

  F i r i d u n   b ə y.  

Sən görsən ki, mən yıxılıb ölürəm, 

kömək eləyərsən, yoxsa eləməzsən?

S ə f i. 

Əlbəttə, borcumdur eləmək.

F i r i d u n  b ə y. 

Vot, znaçit sən millətpərəst! Stupay!

Firidun  bəy artıq XIX əsrin 80-ci illərindəki bəylərdən deyil-

dir. O, nəinki rus sözlərinin yersiz işlədilməsinə sərhəd qoymur, 

hətta   cümlələri   qrammatik   quruluş   cəhətdən   də   rus   dilinə 

uyğunlaşdırmağa     çalışır.   «

Vot,   znaçit   sən   millətpərəst

»   - 

cümləsinin   son   sözündən   xəbərlik   şəkilçisi   təsadüfən   ixtisar 



edilməmişdir. Ölməkdə olan bir sinfin nümayəndələrini ədibin bu 

qədər   həssaslıqla   təsvir   etməsi   onun   şəraiti   düzgün 

qiymətləndirməsi,   insanların   xarakterində   ictimai   mühitlə 

əlaqədar dəyişmə və «inkişafı» ardıcıl izləməsi nəticəsidir. «Mil-

lətpərəst» ziyalıların və yuxarı təbəqə nümayəndələrinin istifadə 

etdikləri bu yeni jarqon, onların dilindəki bu yeni meyil təsadüfi 

51

 

 



 

 

 



 

  1209-


 

Няъяф бяй тямяссцкц Мяшяди Ъяфяря щиъри

ъу илдя 

 

 



  ,   

 

 



 

 1882-


 

 

вердийини гейд едир ки бу да милади тарихля



ъи иля уйьун 

,  


  70-

 

 



 

  80-


 

эялир щадисялярин

ъи иллярин сону вя

ъи иллярин 

 

 

 



.

яввялляриндя ъяряйан етдийини эюстярир

123



deyil, ictimai şəraitlə əlaqədar idi: «XIX əsrin axırlarında və indiki 

əsrin   əvvəllərində   meydana   gələn   Azərbaycan   burjuaziyası 

kapitalizm   təsərrüfatında   farslardan   heç   bir   ibrət   ala 

bilməyəcəyini   və   fars   mədəniyyəti   ilə   Avropa   texnikasının 

qarşısında   dayanmayacağını   görüb,   öz   nəzərini   feodalizm 

(dərəbəylik) dövrünü keçirən İrandan çəkib, kapitalizm yoluna 

düşən çar Rusiyasına doğru çevirdi… Bu dövrdə isə türk (Azər-

baycan – Q.K.) ziyalıları rus məktəblərində təhsil alaraq öz ana 

dilinə həqarət nəzərilə baxırdılar və labüddən türkcə danışdıqları 

vaxt nitqlərinin yarısını və bəlkə daha artığını rus sözləri ilə dol-

dururdular».

52

  Elə   bunun   nəticəsidir   ki,   «Millət   dostları»nda 



təsvir   olunan   bəylər   «Dağılan   tifaq»dakı   bəylərə   bənzəmirlər. 

Beş məclisdə cərəyan edən bir pyesdə rus dilindən alınmış cəmi 

bir neçə söz olduğu, həm də əsasən ümumxalq dilində işlədilən 

sözlər   olduğu   halda,   dörd   vərəqlik   «Millət   dostları»nda 

yuxarıdakılardan   əlavə:  

zakuska,   naxal,   damski   kavalerlik, 

iskandal   (eləmək),   intelligent,   bravo,   bravo!,   abijat   (eləmək), 

pravadit (eləmək), apazdat (eləmək), bakal, yubka

 və s. sözlərə 

rast gəlirik (cədvəllərə bax). 

İctimai həyatdan gələn və mütərəqqi ziyalıları həmişə düşün-

dürən bu cəhət – rus dili söz və ifadələrindən yersiz istifadə halları 

başqa   realist   yazıçılarımızın   əsərlərində   də   öz   əksini   tapmışdır. 

N.Vəzirovun «Pəhlivanani-zəmanə», «Nə əkərsən, onu biçərsən» 

və s. əsərlərini xatırlamaq kifayətdir. Hələ bu əsərlərdəki Rüstəm 

bəy kimilər bir yana, aralıq övrəti Nurcahan («Nə əkərsən, onu 

biçərsən»)   kimi   qocaların   dilində   də   bu   cür   fərdi   xüsusiyyətlər 

əmələ gəlmiş, «…tarixi şərait, XX əsr Bakı həyatı onun danışığına 

«razdavay bajalskə», «jiri pajalskə», «razdivay pajalskə», «isnimi 

pajalskə» kimi ifadələr əlavə etmişdir».

53

                 Nəticə olaraq qeyd etməliyik ki, rus dilinə hüsn-rəğbət 



bəsləyən Haqverdiyev bu dildən jarqon kimi istifadə hallarını, rus 

dili söz və ifadələrinə sərhəd qoyulmadan işlədilməsini  hər iki 

52

                     . 



 

 

. «



Я з и з Ш я р и ф Ябдцррящимбяй Щагвердийевин дили Йени 

» 

, 1927, 15 



.

фикир гязети

йанвар

53

                             . 



 

 



К а м р а н М я м м я д о в Няъяфбяй Вязиров Азярбайъан ССР 

-

 



ЕА нын няшрий

, 1963, 



.241.

йаты Бакы

сящ

124



dilə hörmətsizlik əlaməti saymış, realist bir yazıçı kimi, həmişə 

belə bir prosesə qarşı mübarizə aparmışdır.

125



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə