Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə50/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   46   47   48   49   50   51   52   53   ...   243

nəşrlərə diqqət yetirdikdə məlum olur ki, bu söz 

abrısı


 şəklində 

deyil, 


abrusı

 şəklində yazılmışdır. Məlumdur ki, 

abır

 sözü iki fars 



sözündən:  

ab  


(su) və  

ru

  (üz) -   sözlərindən əmələ gəlmiş və 



əvvəllər  

abru


  şəklində işlənmişdir. Bəzən tarixi-ənənəvi prinsipi 

də nəzərə alan ədib həmin formadan istifadə etmişdir. Söz sait 

səslə qurtardığı üçün mənsubiyyət şəkilçisindən əvvəl bitişdirici 

«s» samitinin artırılması də təbiidir. İndi 

abru

 sözü formaca köh-



nəlmiş, 

abır


 forması sabitləşmişdir. Buna görə də ədibin pyesləri 

yenidən   nəşr   edilərkən  

abru

  sözü   də  



abır

  şəklində 

müasirləşdirilmiş   və   yəqin   ki,  

-sı


  şəkilçisi   dramaturqun   bədii 

dilinə xas olan bir əlamət hesab olunmuşdur.

Pyesdə elə sözlər də vardır ki, fonetik tərkibcə olduğu kimi 

qalmış,  mənaca  dəyişilərək, yeni məzmun  qazanmışdır.  Leksik 

arxaikləşmənin   bu   növünə   dair:  

təklif,   mütəfəkkir,   qələt, 

qiyamət,   cümlə,   aşna

  və   s.   sözləri   misal   göstərmək   olar. 

Göründüyü kimi, pyesdə müşahidə edilən mənaca apxaikləşmə 

alınma sözlərlə bağlıdır.

Ərəbcə   zahiri   ədəb,   nəzakət,   cidd-cəhd,   qeyrət 

mənalarında   olan  

təklif

  sözü   pyesdə   də   iki   cümlədə   bu 



mənalarda işlənmişdir:

N ə c ə f   b ə y. 

Nə var, nə qilüqaldır?

İ m a m v e r d i. 

Nə olacaq?... Sənin oğlun neçə yoldaşı ilə 

gəlib mənim qızımı sürütdüyə-sürütdüyə aparıb dağ-daş arasında 

gizləyib.   Məgər   allah   belə   zülmü   götürər?   İndi   mənim   təklifim 

nədir?


 (35)

Burada 


təklif

 sözü heç də indiki mənada – müəyyən təklif 

vermək, təşəbbüs irəli sürmək mənalarında deyildir. İmamverdi 

demək   istəyir   ki,   o,   Nəcəf   bəyin   oğlunun   hərəkətləri 

müqabilində   necə   davranmalı,   necə   ədəb-ərkan   göstərməlidir; 

qeyrət ondan nə tələb edir  və s. 

Təklif

 sözü bu mənada  başqa 



bir cümlədə də işlənmişdir: Nəcəf bəy oğluna nəsihət edərkən 

Süleyman   bəy   deyir:  

Mən  uşaq   deyiləm  və  öz  təklifimi  yaxşı  

qanıram. 

(36)

Pyesdə  


mütəfəkkir

  sözü   də   əslinə   uyğun   mənada   –   fikirli 

mənasında işlənmişdir: Nəcəf bəy xeyli vaxt 

mütəfəkkir

 gəzinir. (37) 

Lakin indi 

mütəfəkkir

 sözünün bu mənası tamamilə köhnəlmiş və söz 

başqa   məna   kəsb   etmişdir.   Bunu   xalq   yazıçısı   M.İbrahimov   da 

144



nəzərə alaraq, həmin sözdən düzgün istifadə etmədiyi üçün indiki 

yazıçılardan birini tənqid etmişdir.

98

 Eləcə də pyesdə səhv mənasında 



qələt

 sözü söyüş məzmunu kəsb etmiş, 

aşna

 sözü məcazi mənada 



işlənməyə başlamış, 

cümlə


 sözü «bütün» mənasında işlədilməyərək 

qrammatik termin kimi sabitləşmişdir.

Pyesdə elə sözə də təsadüf edilir  ki, həmin  söz əvvəlcə 

fonetik tərkib etibarilə, sonra  isə  həm fonetik tərkib, həm  də 

mənaca   arxaikləşmişdir.   Ümumtürk   mənşəli  

çadır


  sözü   farsca 

şəb 


(gecə) sözü ilə birləşərək 

çadirşəb 

sözünü əmələ gətirmiş, 

Haqverdiyev sözün bu şəklindən istifadə etmişdir: 

Sona xanımın 

heykəli ağ çadirşəbə bürünmüş… Nəcəf bəyə tərəf yeriyir

. (61) 


Məlumdur ki, sonralar (bəlkə lap Haqverdiyevin öz dövründə də) 

çadirşəb  

sözü formaca arxaikləşmiş və  

çarşab


  şəklinə düşmüş, 

daha   sonralar  –  sovet   dövründə  isə çarşaba  ehtiyac  olmadığı 

üçün   həmin   söz   də   məhdud   dairədə   işlənməyə   və   sürətlə 

arxaikləşməyə başlamışdır.



SÖZÜN SEMANTİK CƏHƏTİ.

ÇOXMƏNALI VƏ OMONİM SÖZLƏR

Semantik təhlil bədii dilin məna zənginliklərini, sözün məna 

incəlik   və   çalarlarını,   sənətkarın   sözün   semantik   cəhətindən 

istifadə   ustalığını   öyrənmək   üçün   mühüm   tədqiqat 

üsullarındandır.   Belə   təhlil   vasitəsilə   sözün   daxili   məzmunu, 

mahiyyəti   açılır,   yaxın   mənalı   sözlərin   əlavə   məna   rəngləri, 

məzmun qohumluğu və məna əlaqəsi meydana çıxır. Eyni səs 

tərkibinə malik olan sözlərin yaxın və uzaq mənalı predmetləri, 

hadisələri   əks   etdirməsi,   müxtəlif   səs   tərkibinə   malik   sözlərin 

zidd mənaların ifadəsinə necə xidmət etdiyi aydın olur və bütün 

bunların ümumi  fonunda yazıçının əsas məqsədi, sözün məna 

kompleksindən   istifadə   bacarığı   müəyyənləşir.   Həmişə   xalq 

dilinin incəliklərinə nüfuz etməyə çalışan Haqverdiyev bu sahədə 

keçmiş mədəni irsimizə, rus və Avropa ədəbiyyatının ən yaxşı 

98

 

.:  .                  . 



   

 

.



Бах М И б р а щ и м о в Реализм вя хялгилик ъябщясиндян  

, 1961, 


.27.

Бакы


сящ

145



cəhətlərinə kifayət qədər bələd idi və bunlardan yaradıcı surətdə 

istifadə   edirdi.   Lakin   o,   təbii   ki,   bunlarla   kifayətlənmir,   yeni 

üsullar   axtarır,   sözdən   istifadənin   orijinal   nümunələrini 

yaratmağa   çalışırdı.   Onun   pyes   və   hekayələrində   elə 

xüsusiyyətlərə təsadüf olunur ki, bunlar ancaq onun üslubu üçün 

səciyyəvidir. Sadəcə olaraq aşağıdakı misala diqqət yetirək:

S ə l i m  b ə y. 

İndi bana heç olmasa bir iki yüz manat pul  

uduz, öləndə bir yol deyim: «Xudaya, pərvərdigara, sən Nəcəfə 

behişti-əla   qismət   elə».   O   saat   ruhun   atılsın   düşsün  

cəhənnəmin…   mən   də   cəhənnəm   deyirəm…   Behiştin   orta 

kuçəsinə.

 (19-20)

Müəllif   antonomaziyalardan   –  

cəhənnəm

  və  


behişt 

sözlərindən orijinal bir  yolla, müvəffəqiyyətlə istifadə etmişdir. 

Səlim   bəy   danışarkən,   həyatda   adi  şəkildə  olduğu   kimi,   guya 

çaşır, bir   sözün əvəzinə «təsadüfən» onun antonimini tələffüz 

edir və dərhal öz «səhvini» düzəldir. Əslində isə qəsdən belə 

edir   və   dolayı   yolla   hadisəyə   münasibətini   bildirir.   Bu   üsula 

ədibin hekayələrində də rast   gəlirik. Əgər «Dağılan tifaq»da bu 

yol ilə Səlim bəyin mövhumi məkanlara istehzası təzahür edirsə, 

1911-ci ildə çap olunmuş «Şikayət» hekayəsində məscidlərin əsl 

mahiyyəti,   onların   müəyyən   mənada   yarmarkalardan   fərq-

lənmədiyi   göstərilmişdir.   Hekayənin   ilk   cümləsi   belədir: 

«Ramazan   daxil   olub,   yarmarkalar…   bağışlayın,   səhv   etdim… 

məscidlər açılıb, marallarım mətalarını hazırlayırlar».

Bunlar   xalqın   dilinə,   həyat,   məişət,   zarafat   tərz   və 

qaydalarına Haqverdiyevin son dərəcə dərindən bələd olduğunu, 

xalqdan çox şey öyrəndiyini bir daha təsdiq edir.

Birinci   pərdədə  lap   ilk   gəlişdən   Səlim   bəyin   hər   kəlməsi 

Həmzə   bəyi   gülüş   hədəfinə   çevirir.   Bəylər   nədən   danışırlar-

danışsınlar,  Səlim  bəy sözü Həmzə bəylə bağlayır, onu təhqir 

edəcək   «zarafatlara»   əl   atır.   Budur,   söhbət   bəylərin   böyük 

həsrətlə can atdıqları keçmiş günlərdən, ovdan düşür və Həmzə 

bəy   müvəqqəti   olaraq   unudulur.   Ovla   əlaqədar   Nəcəf   bəyin 

Tirmə adlı iti xatırladılır. Bundan istifadə edən Səlim bəy həm 

yaxşı bir ov tulası kimi Tirməni tərifləyir, həm də sözü məharətlə 

Həmzə bəylə bağlayaraq onu tulaya bənzədir və gülüş hədəfinə 

çevirir:


146


Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə