Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə58/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   54   55   56   57   58   59   60   61   ...   243

gəlməsində başqa nitq hissələri də iştirak edir. Buna görə də feli 

frazeoloji vahidləri müxtəlif qruplara ayırmaq olar.

Feli frazeoloji vahidlərin əksəriyyətini «isim+fel» quruluşlu 

frazeoloji vahidlər təşkil edir.

Yalnız   Azərbaycan   dili   deyil,   başqa   türk   dilləri   üzərində 

aparılan müşahidələr də göstərir ki, ismi tərəfi insanın bədən üzv-

lərinin adlarını bildilən sözlərdən ibarət olan feli frazeoloji vahidlər 

dildə daha zəngindir. Bu hal «Dağılan tifaq»ın frazeoloji tərkibində 

də müşahidə olunur və 

baş, əl, göz, ürək, ağız, qulaq

 sözlərinin 

feli   frazeoloji   vahidlərin   tərkibində   iştirakı,   başqa   isimlərə 

nisbətən, daha çox nəzərə çarpır.

Baş  


sözü   pyesdə   45-ə   qədər   müxtəlif   frazeoloji   vahidin 

tərkibində   işlənmişdir;   bunların   əksəriyyəti   feli   frazeoloji 

vahidlərdən ibarətdir:  

baş əymək, başına at təpmək, başından 

basmaq,   bir   baş   getmək,   başına   dolanmaq,   başa   düşmək,  

başına bəla gəlmək, başına çevirmək, ağlı başına gəlmək, baş-

beynini aparmaq, baş gora aparmaq, başına daş salmaq

  və s. 


Tərkibində  

baş


  sözü olan frazeoloji vahidlər xalq dilində daha 

çox və daha rəngarəngdir. Ona görə də bədii dildə canlı dilə 

üstünlük verən yazıçıların əsərlərində   bü sözün iştirakı ilə for-

malaşmış   ifadələrə   daha   çox   təsadüf   olunur.   Bunu 

M.F.Axundovun komediyalarının frazeologiyası

111


, Haqverdiyevin 

öz   müasirlərinin   əsərlərindəki   faktlar   da   aydın   göstərir. 

M.Ə.Sabirin satiralarında təkcə «təsirlik halında olan «baş» ismi 

ilə düzələn 30-a kimi frazeoloji ifadə vardır».

112

  N.Nərimanovun 



nəsr əsərlərində isə tərkibində 

baş


 sözü olan frazeoloji vahidlərin 

ümumi sayı 45-dir.

113

 Belə vəziyyət təkcə Azərbaycan dilinə deyil, 



başqa türk dillərinə də aiddir. Məsələn,  

baş


  sözü yalnız birinci 

komponent   olmaqla   türk   dilində   50-dək   frazeoloji   vahid 

hesablanmışdır.

114


 Buna bənzər vəziyyəti tatar

115


 dilində və başqa 

türk dillərində də görmək olar.

111

 

.:  .                    . 



 

. 64.



Бах С М у р т у з а й е в Эюстярилян ясяр сящ

112


  .                      , 

 



.94.

Р М я щ я р р я м о в а эюстярилян мягаля сящ

113

 

.: 



Бах

.  .              . 

   

 

М Б М а м е д о в Лексика и фразеология прозаических 



произве

  .


дений Н Нари

,  


 

.  


.  

,   1964,

манова автореферат канд дис Баку

 

.18.



сящ

167



Əl

 sözü də ifadə yaradıcılığında məhsuldardır: 

əli gətirmək, 

əl götürmək, əl açmaq, əlini ilişdirmək, ələ salmaq, əl yetirmək, 

əldən getmək,  əl qaldırmaq, əl  çəkmək,  ələ  vermək,  əli bənd  

olmaq, əlindən qurtarmaq

 və s. 

Göz


 sözü ilə 20 (

gözüm su içmir, 

gözünə yuxu getməmək, göz tikmək, göz gəzdirmək, göz yaşları 

tökmək, gözlərinə şəfəq gəlmək

  və s.),  

ürək


  sözü ilə 11 (

sözü 


ürəyində   qalmaq,   ürəyi   od   tutmaq,   ürəyi   oxlanmaq,   ürəyi 

yanmaq, ürəyinə yayılmaq, ürəyinə salmaq, ürəyi yüngülləşmək 

və s.), 

ağız


 və 

qulaq


 sözlərinin hər biri ilə 7 (

ağzını yummaq, ağ-

zından   vurmaq,   ağzının   sözünü   bilmək,   ağız   açmaq;   qulağını  

kəsmək, qulaq asmaq, qulaqburması vermək, qulaq vermək 

və s.) 

feli frazeoloji vahid işlənmişdir ki, bunlar pyesin frazeoloji ma-



terialının struktur-semantik cəhətdən zənginliyini aydın göstərir.

Feli frazeoloji vahidlərin əmələ gəlməsində 

yer, yol, iş, gün 

və s. isimlərin də fəal rolunu qeyd etmək olar. 

Yer

 ismi 


qalmaq, 

quylamaq,   götürmək   və   s.

  fellərlə   əlaqələnərək

  qanı   yerdə 

qalmaq,   yerə   quylamaq,   ayaqlarını   yerdən   götürmək

  və   s. 

müxtəlif feli frazeoloji vahidlərin tərkibində iştirak etmişdir. Bu 

söz  


qoymaq  

feli   ilə   birlikdə  

rüsvayçılığı   yerdə   qoymamaq 

(intiqam almaq),  

qumarı yerə qoymaq

  (qumardan əl çəkmək), 

zarafatı   yerə   qoymaq

  (zarafatdan   əl   çəkmək),  

başını   yerə 

qoymaq


 (ölmək), 

göz yaşlarını yerdə qoymamaq

 (zülmü əvəzsiz 

qoymamaq) kimi müxtəlif frazeoloji vahidlər əmələ gətirmişdir ki, 

onların mənalarının müəyyənləşməsində, şübhəsiz, obyekt bildi-

rən 


rüsvayçılığı, qumarı, zarafatı, başını, göz yaşlarını

 sözlərinin 

və birləşmələrin rolu vardır.

Yol


  sözü   daha   çox  

kəsmək,   düşmək,   gəlmək,   salmaq   (yol 

kəsmək, yola düşmək, yola gəlmək, yola salmaq), iş  

sözü  


görmək, 

tutmaq, düşmək

 

(iş görmək, işi düşmək, iş tutmaq)



 felləri ilə frazeoloji 

vahid tərkibində işlənmişdir.

114

  .   .  



            .  

-

 



Р Р Ю с и п о в а Лексико семантические особенности 

 

устойчивых гла



 

   


 

,   «


-

гольных сочетаний в турецком языке

Тюрко

 

   



монгольское языкознание и фольклорис

», 


, 1960

тика Москва

.119.


сящ

115


  .  .            . 

 

   



Г Х А х а т о в Фразеологические выражения в татарском 

 



., 


, 1954

языке автореферат канд дис Казань

.6.


сящ

168



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə