Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə61/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   57   58   59   60   61   62   63   64   ...   243

ya   qovuşmalarla   omonim   ola   bilər».

117


  Burada   frazeoloji 

vahidlərin   omonimliyinin   iki   yolu   göstərilmişdir:   a)   bəzən   fra-

zeoloji   vahidlər   səs   tərkibi   etibarilə   nominativ   məzmunlu 

birləşmələrlə eyniyyət təşkil edir və frazeoloji birləşmə ilə sərbəst 

birləşmə arasında omonimlik yaranmış olur. Bu cür omonimlik 

xarici omonimlik   adlandırılır;  b)  bəzən  isə  frazeoloji vahidlərin 

müxtəlif tipləri (frazeoloji birliklərlə frazeoloji birləşmələr, yaxud 

frazeoloji   birləşmələr   və   qovuşmalar)   arasında   omonimlik 

müşahidə   edilir.   Bu   cür   omonimlər   daxili   omonimlər 

adlandırılır.

118

Ədibin   pyeslərində,   az   da   olsa,   belə   frazeoloji   vahidlərə 



təsadüf edilir. Məsələn: «Bəxtsiz cavan» pyesində Fərhadın dediyi 

«Kifayətdir min illərlə camaatı əsir edib öz həmcinsiniz insanın 

qanını   sorduğunuz!»  

-   cümləsində  

qanını   sormaq  

birləşməsi 

istismar etmək mənasında sabit birləşmədir. «Pəri cadu» pyesində 

Şamama   cadunun   replikası   ilə   əlaqədar   remarkada   həmin 

birləşmə sərbəst birləşmə kimi işlənmişdir:

Ş a m a m a  c a d u. (İstehza ilə) Zərnigar, Zərnigar!.. 

(Yeriyir 

Qurbanın boğazından dişləri ilə yapışıb, q a n ı n ı   s o r u r. Qurban  

ölür).

Burada sərbəst və sabit birləşmələr arasındakı  omonimliklə 



yanaşı,   sərbəst   və   sabit   birləşmələr   arasında   əlaqə,   ikincinin 

birincidən törəməsi halı da  özünü göstərir. Misallardan bir cəhət 

də aydın olur ki, dram əsərlərində frazeoloji omonimliyin bu tipi - 

xarici   omonimlik,   əsasən,   remarkalarla   replikalar   arasında 

mövcud   olur.   Bu   da   onunla   əlaqədardır   ki,   surət   dilindəki 

obrazlılığa, ifadəliliyə remarkada o qədər də ehtiyac duyulmur.

Pyeslərdə frazeoloji vahidlərin daxili omonimliyinə də rast 

gəlmək mümkündür:

117

 

.: 



Бах «

  . .


». 

 

   



.

Академик А А Шахматов Сборник статей и материалов  

 

, 1947



Изд АН СССР

.363.



сящ

118


 

 

 



 

 



Ялавя мялумат алмаг цчцн бах .  .                    ,   .  .       

А А В в е д е н с к а я Т В Д ы б и 

  ,  .  .     

н а И И Ш е           . 

 

 

 



.

б о л е в а Современный русский литературный язык  

, 1963

Ростов


.153.


сящ

175



N   ə   c   ə   f     b   ə   y.  

Xudaya,   pərvərdigara!   Dərgahında 

günahdan savayı bir iş dutmamışam, amma indi sidq ilə  ə l  g ö t 

ü r m ü ş ə m dərgahına, ümid əlimi naümid qaytarma. 

(61) S ə l 

m a n. 


Süleyman, mən ölüm, bu qədim höcətliyindən ə l  g ö t ü  

r! 


(«Ac həriflər»)

Nəcəf   bəyin   dilində  

əl   götürmək

  frazeoloji   vahidi   əlini 

yuxarı qaldıraraq yalvarmaq mənasındadır; burada 

əl

 sözü həqiqi 



mənasını   az-çox   saxlamışdır.   Məcazi   məna  

götürmək


  sözü   ilə 

əlaqədar yaranmış, beləliklə, frazeoloji birləşmə əmələ gəlmişdir. 

Səlmanın dilində isə hər iki tərəf (

əl

  və  



götürmək

  sözləri) tam 

məcazi   məna   kəsb   etməklə   frazeoloji   qovuşma   yaranmış, 

frazeoloji   birləşmə   frazeoloji   qovuşmaya   çevrilmişdir.   Hər   iki 

frazeoloji   vahid   fonetik   tərkibcə   eyniyyət   təşkil   etməklə, 

mənasına və tərəflərin məcaziləşmə dərəcəsinə görə fərqlənərək 

omonimləşmişdir.

119


Frazeoloji   omonimliyin   əksinə   olaraq,   həm   ədəbi   dilimiz, 

həm də bədii əsərlərin dili frazeoloji vahidlərin  s i n o n i m 

cərgələri ilə daha zəngindir.

Pyesdə frazeoloji vahidlərin bir qismi öz leksik sinonimləri 

ilə birlikdə işlənmişdir. Məsələn:

H ə m z ə  b ə y.

 Xub, saqqalın ağlığının qumara nə dəxli 

var?


A s l a n  b ə y. 

O dəxli var ki, qocalıb ö l ü r s ə n; bu gün-sa-

bah, allah qoysa,  k ə l l ə n i   a ğ a r d a c a q s a n, gəlib halvanı  

yeyəcəyik

. (7-8)

Göründüyu   kimi,   burada   eyni   məna   iki   cür:   həm   leksik 



vahidlə – adi sözlə, həm də frazeoloji vahidlə (

ölmək – kəlləni 

ağartmaq

)   ifadə   olunmuşdur.   Belə   ifadə   üsulundan   əsərdə 

nisbətən az hallarda, üslubi məqsədlə, anlayışı neytral-məntiqi 

şəkildə deyil, hissi-ekspressiv boyalarla ifadə etmək, danışanın 

hadisəyə subyektiv münasibətini qabarıq bildirmək üçün istifadə 

119


 

 

 



 

 

Фразеоложи ващидлярин омонимлийи щаггында башга 



   

.: 



фикирляр дя вардыр Бах .  .                . 

 

Г А Б а й р а м о в Основы фразеологии 



 

.  


 

 

,



азербайджанского языка Автореферат докторской диссертации  

, 1970, 


Баку

сящ.129-130.

176



edilmişdir. Leksik sinonimləri   olmayan     bəzi   ifadələrdən   fərqli 

olaraq,  belə  frazeoloji  vahidlər  

q e y r i - t e r -  m i n o l o j i  

səciyyə daşıyır.

120

Frazeoloji   vahidlər   yalnız   ayrı-ayrı   sözlərin   sinonimləri 



olmaqla   qalmır,   bir-biri   ilə   sinonim   münasibətdə   olmaqla, 

xüsusən bədii əsərdə obrazlılıq, ifadəlilik vasitəsi kimi mühüm rol 

oynayır. Hətta faktlar göstərir ki, bu cəhət – frazeoloji vahidlərin 

sinonimliyi bədiilik vasitəsi kimi yazıçıya daha çox imkan verir; 

sinonim   frazeoloji   cərgələr   sanki   təbiətən   bədii   əsər   üçün 

yaranmışdır.   Bunu   pyesdəki  

üzünə   ağ   olmaq   –   sözünün 

qabağında söz demək – bir sözünə iki cavab vermək, danışığı 

özünə peşə eləmək – baş-beynini aparmaq – boşboğazlıq elə-

mək,   bada   vermək   –   güdaza   vermək   –   lat-lüt   qalmaq,   başı 

ağarmaq   –   saqqalı   qurşağına   düşmək   (qocalmaq),   haramın 

olsun   –   burnundan   gəlsin   –   göziyin   iki   deşiyindən   gəlsin   – 

yorğan altında yeyəsən – boğazın tikilsin, qadan alım – başına 

dönüm   –   qurbanım   olum   –   (anam)   gözlərinə   qurban

  və   s. 

saysız-hesabsız   sinonim   sıralar   da   təsdiq   edir.   Frazeoloji 

vahidlərin üslubi imkanları genişdir və fikrin emosional, yığcam, 

dəqiq,   obrazlı  ifadəsi,   müəyyən  anlayışın   əsas  cəhətlərinin   in-

cəliklərinə   qədər   nəzərə   çarpdırılması   üçün   bunlardan   bədii 

əsərdə   istifadə   edilməsi   həyati   bir   zərurətdir.   Prof. 

Ə.Dəmirçizadə   frazeoloji   vahidlərin   bu   xüsusiyyətini   doğru 

müşahidə   etmişdir:   «İdiomların   üslubi   imkanları,   hər   şeydən 

əvvəl, onların ayrı-ayrı sözlərə, ifadələrə sinonim ola bilməsi ilə 

izah   edilir   və   məhz   sinonimliklə   də   onların   üslubi   imkanları 

müəyyənləşir».

121


Ümumiyyətlə,   sinonim   şəkilçilər,   sinonim   sözlər,   sinonim 

ifadələr   və   sinonim   cümlələr   müxtəlif   bəhslərin   tədqiqat 

mövzuları   olduğundan

122


  pyesdəki   faktlar   sinonim   frazeoloji 

120


 Бах.:  .  .              . 

 

   



С Н М у р а т о в Устойчивые словосочетания в тюркских 

, 1961



языках Москва

.116.



сящ

121


  .                      . 

 

 



,

Я Д я м и р ч и з а д я Азярбайъан дилинин цслубиййаты Бакы  



1962, 

.169.


сящ

122


 

 



.134.

Йеня орада сящ

177



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə