Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə59/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   55   56   57   58   59   60   61   62   ...   243

İsimlərin fellərlə frazeoloji əlaqəsi nəticəsində əmələ gələn 

feli frazeoloji vahidlərin pyesdə aşağıdakı xüsusiyyətləri vardır:

1. «İsim+fel» quruluşlu frazeoloji vahidlər əksərən III şəxs mən-

subiyyət şəkilçili ismin iştirakı ilə formalaşmışdır:  

dili bağlı olmaq, 

ruhu olar şad, əli bənd olmaq, canı salamat olmaq

 və s.

2.  İsmi tərəf bəzən həmcins olur: 



dərd, qəm çəkmək, dərd, 

vərəm eləmək

 və s.

3.   İsmi   tərəflərin   bir   qismi   izafət   tərkibindən   ibarətdir: 



rüsvayi-aləm olmaq, payi-bəndi-əyal olmaq

 və s.


4. Bəzi ismi tərəflər mürəkkəb sözdən ibarətdir: 

cansağlığı vermək 

və s.

5. İsmi tərəf frazeoloji vahiddən ibarət olduqda feli frazeoloji 



vahid   bütövlükdə   iki   frazeoloji   vahidin   birləşməsi   – 

kontaminasiyası   nəticəsində   yaranmış   olur.   Məsələn:  

şeytan 

əməlinə qurşanmaq, mədəd əlini yetirmək, özünü çəkib dağın 



başına   qoymaq

  və   s.   Birinci   misalda  

şeytan   əməli

  və  


əmələ 

qurşanmaq

, ikincidə 

mədəd əli

 və 

əl yetirmək



, üçüncüdə 

özünü 


çəkmək

  və  


özünü   dağın   başına   qoymaq

  frazeoloji   vahidləri 

birləşmişdir.

6.  Haqverdiyevin bədii dilində canlı dilin təsiri ilə əlaqədar, 

«isim+fel»   quruluşlu   frazeoloji   vahidlərin   bir   qismində   feli 

komponent   ya   əvvəldə,   ya   da   ismi   tərəflərin   arasında 

yerləşmişdir:   (

olub-qalanı)

 

verdin   bada,   qaldı   lat-lüt,   saqqalı  



düşüb qurşağına

 (qocalıb) və s.

7. Bəzən «isim+fel» quruluşlu frazeoloji vahidlərin tərəfləri 

bir-birindən ayrılmış, ismi komponent baş cümlənin xəbəri, feli 

komponent  budaq cümlənin  xəbəri kimi işlədilmiş və nəticədə 

frazeoloji   vahidin   mənası   olduğu   kimi   qalmaqla,   o,   birləşmə 

şəklindən çıxarılaraq, mübtəda budaq cümləli tabeli mürəkkəb 

cümlə şəklinə salınmışdır. Bu hal ədibin fərdi yaradıcılıq məhsulu 

deyil, canlı dildən gələn xüsusiyyətdir. Məsələn, ədib

 iş tutmaq, 

iş   görmək

  frazeoloji   vahidlərini   Nəcəf   bəyin   dilində   belə 

işlətmişdir: 

Nə iş idi, mən dutdum? 

(52) 

Məşədi, axı bu yaxşı iş 



deyil ki, sən görürsən.

 (49)


8. İsmi tərəflərin bir qismi təyini söz birləşməsi şəklindədir: 

düşürsən biyabanın, düzün canına; tökdü anamın göz yaşlarını 

və s.

169



9.   «İsim+fel»   quruluşlu   frazeoloji   vahidlərin   ismi   tərəfi, 

əsasən, adlıq, yönlük, təsirlik və çıxışlıq hallarındadır. Məsələn: 

adam   olmaq

  (A.h.),  

yola   gəlmək,   başa   düşmək,   ələ   vermək 

(Yn.h.), 

and vermək, hesab vermək 

(T. h.), 

əldən getmək

 (Ç.h.) 


və s.

Qeyd: 


Balalarını düzdə qoymaq 

(dilənçi vəziyyətə salmaq), 

göz yaşlarını yerdə qoymamaq

 - kimi frazeoloji vahidlərin forma-

laşmasında yerlik hal şəkilçili isimlər də iştirak etmişdir.

10. «İsim+fel» quruluşlu frazeoloji  vahidlərin ismi tərəfi bir 

çox hallarda mənsubiyyət şəkilçili sözdən ibarətdir. Bu cəhət janr 

ilə   bağlı   olub,   dialoq   şəklində   qurulmuş   nitq   üçün   təbii   və 

xarakterikdir. Məsələn,  

ürək


  sözü, demək olar ki,   həmişə bu 

prosesdə   mənsubiyyət   şəkilçisi   ilə   iştirak   edir:  

ürəyimi 

oxlayırsan,  ürəyim yanır, salıram ürəyimə, ürəyim yüngülləşir, 

ürəyim   soyusun  

və   s.   Feli   frazeoloji   vahidlərin   mənsubiyyət 

şəkilçili birinci (ismi) tərəfi aşağıdakı hallarda olur: adlıq (

ayağın 


düşər,   abrusı   gedər

  və   s.),   yönlük   (

başıma   dolanıb,   başına 

çevirsin, gözünə yuxu getmir

 və s.), təsirlik (

ağzını yum, axırını 

eləmək 

və s.), yerlik (



öz aramızda qalsın, boğazında qalar

 və s.), 

çıxışlıq (

əlindən qurmarmaq, ağzından vurmaq 

və s.)

11. Bəzi ismi tərəflər düzəltmə sözdən ibarət olub, ən çox 



lıq


  şəkilçisi   ilə   formalaşmışdır:  

boşboğazlıq   eləmək,   təskinlik 

vermək

 və s. Belə halda isim düzəldən başqa şəkilçilərin iştirakı 



da mövcuddur.

12.   «İsim+fel»   quruluşlu   frazeoloji   vahidlərin   tərəfləri 

arasına   müəyyən   sözlər   artırılmışdır   ki,   bu   sözlər   ifadəni 

qüvvətləndirir, daha təsirli edir, frazeoloji vahidin mənası daha 

emosional,   daha   ekspressiv   olur.  Məsələn:  

gözündən  gəlsin – 

gözüyün  iki deşiklərindən  gəlsin,  canı  çıxmaq – canı  ağzından  

çıxmaq 


və s.

«İsim+fel»   quruluşlu   frazeoloji   vahidlər   əsərdə   kəmiyyət 

etibarilə böyük üstünlük təşkil edir və rəngarəng xüsusiyyətləri 

ilə başqa nitq hissələrinin fellərlə birləşməsi nəticəsində əmələ 

gələn feli frazeoloji vahidlərdən fərqlənir.

Əsərdə sifət, əvəzlik, zərf və başqa nitq hissələrinin fellərlə 

əlaqəsi yolu ilə yaranmış feli frazeoloji vahidlər də müəyyən yer 

170



tutur.   Məsələn:  

bədgüman   olmaq,   (haləti)   digərgun   olmaq, 

özünü çəkmək, geri getmək

 və s.


Pyesdəki   frazeoloji   vahidlərin   müəyyən   qismi   subyektin 

obyektə,   müxtəlif   predmet   və   hadisələrə   münasibətini   bildirir. 

Belə frazeoloji vahidlər alqış, qarğış, and, dua, yalvarış, çağırış 

və   s.   kimi   mənalara   malik   olub,   obrazın   daxili   həyəcani 

vəziyyətini   ifadə   edir.   Müəllif   belə   frazeoloji   vahidlərin   üslubi 

imkanlarından   bacarıqla   istifadə   edə   bilmiş,   xüsusən 

fərdiləşdirmə məqamında bunlara daha çox diqqət yetirmişdir. 

Məsələn, q

adan alım, qurban olum, başına dönüm, sən allah

 ki-


mi frazeoloji vahidlər əsasən qadınların – Sona xanım, Pəri xa-

nım   və   Nazlı   xanımın   dilində   işlənmişdir.   Bunlarda   daha   çox 

əzizləmə, and və yalvarış məzmunu vardır. Bunun əksinə olaraq, 

Həmzə bəyin dilində qarğış və söyüş bildirən frazeoloji vahidlər 

əsas yer tutur. Həmzə bəy düşdüyü gülünc vəziyyətlərlə əlaqədar 

tez-tez:  

evi   yıxılmış,   oğlu   ölmüş,   yurdu   itmiş,   küllüyü   göyə 

sovrulmuş, haramın olsun, burnundan gəlsin, gözündən gəlsin

  və 

s.   ifadələr   işlətməyə   məcbur   olur.   Pyesdəki   bu   cür   (nidayi) 



frazeoloji vahidləri aşağıdakı qruplara ayırmaq olar:

1. And və xahiş bildirənlər: 

sən allah, mən ölüm, and olsun 

(sənin canına), and olsun (allaha), səni allaha and verirəm, sən  

öləsən

 və s.


2.  Qarğış və söyüş bildirənlər: 

gözündən gəlsin, burnundan 

gəlsin,   boğazın   tkilsin,   (allah   səbəbin)   evini   yıxsın,   cəhənnəmə 

gəlib, gora gəlib, (ata-ana) yurdunda qalmıyasan, meyidini görüm,  

kül başına

 və s.


3.  Arzu,   xahiş,   ümid   bildirənlər:  

allah   göstərməsin,   evimi 

yıxma, allah kərimdir

 və s.


4. Əzizləmə və razılıq bildirənlər: 

qurban olum, qadan alım, 

başına dönüm, ölənləriyin ehsanı olsun, allah oğlunuzu saxlasın,  

allah rəhmət eləsin

 və s.

5. Təşəkkür bildirənlər: 



sağ ol, xoş gəldiniz, şükr olsun allaha 

və s.


8. Narazılıq və ya qorxu bildirənlər: 

dad əlindən, vay dədəm vay 

və s.

Pyesdə təsadüf  olunan:  



sözünün  qüvvəti, zəhmət olmasa, 

allah qoysa, ikincisinə qalan yerdə, rəhmətliyin oğlu

  və s. bir sıra 

171



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə