Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə62/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   58   59   60   61   62   63   64   65   ...   243

vahidlərin   quruluş   və   üslubi   xüsusiyyətlərindən   ayrıca   bəhs 

etməyə imkan verir.

Quruluş xüsusiyyətlərinə görə sinonim frazeoloji vahidlər iki cür 

olur:


a)   sinonim   sıranı   təşkil   edən   frazeoloji   vahidlər   sabit, 

ümumi   komponentə   malik   olur.   Ümumi   komponent   həm 

adlardan, həm də fellərdən ola bilər: məs.: 

qulaq asmaq – qulaq 

vermək (19), hünər göstərmək – zərbi-dəst göstərmək  

(11) və 


s.

123


b) sinonim sıranı təşkil edən frazeoloji vahidlər ümumi sözə 

malik olmur, lakin quruluş cəhətdən yaxın və ya eyni olur: məs: 

qiyamət günü – xudavəndi-aləm divanı,

 (52), 


ağız açmaq – ərz 

eləmək, ləzzət vermək – ürəyinə yayılmaq

 və s.

Sinonim   frazeoloji   vahidlər   mənaca   yaxın   və   ya 



bərabərhüquqlu olsa da, mənanı adi sözlər kimi neytral şəkildə 

deyil, emosional boyalarla ifadə edə bildiyindən işlənmə dairəsi 

və üslubi rəng etibarilə fərqlənir. Ona görə də yazıçıdan sinonim 

cərgəyə daxil olan ifadələrdən daha münasibini seçib götürmə 

ustalığı tələb edir. Məsələn:

N ə c ə f   b ə y. 

Pərvərdigara, özün mənim fəryadıma yet! 

(52)  S ü l e y m a n  b ə y. 

Qardaşlar, allah sizdən razı olsun,  

gəldiniz mədəd əlinizi mənə yetirdiniz

. (45) Ə b d ü l. 

Xub, ağa 

İsmayıl…   Nəcəf   bəyin   yaxşı   dost-aşnaları   var   idi.   Məgər   heç 

onlardan binəvaya bir kömək çatmır?   

İ s m a y ı l

. …onun 


qədim nökəri Cavad bir az onun qolundan tutur.

 (58-69)


Bu cümlələrdə  

fəryada yetmək – mədəd əlini yetirmək – 

köməyi çatmaq - qolundan tutmaq

  frazeoloji vahidləri «kömək 

etmək» mənasına malik olduğu üçün eyni bir sinonim cərgəyə 

daxildir. Lakin bunlar həmin mənanın müəyyən çalarlarını ifadə 

etməklə, bir-birindən fərqlənir:  

fəryada yet

  – ifadəsi ilə Nəcəf 

bəy allahdan kömək diləyirsə, 

mədəd əlini yetirmək

 – real kömək 

123

 

 



 

 

 



 

,

Бязян беля фразеоложи ващидляр синоним дейил  



 

 

 



  (

.  


фразеоложи вариант щесаб едилир бах . .

.  


Г А Байрамов Основы 

 

 



,  

 

.  



.,

фразеологии азербайджанского языка автореферат докт дис  

.122)

сящ


178


anlayışı ifadə edir;

 köməyi çatmaq

 – hərtərəfli yardım, 

qolundan 

tutmaq  

–   əsasən,   azacıq   maddi   yardım   mənasındadır   və   bu 

məna incəliklərinə görə bunların yerini dəyişmək, mətndə bir-biri 

ilə əvəz etmək olmaz.

Yaxud  

əli gətirmək – qulağını kəsmək – xoruza yükləmək 



frazeoloji sinonimlərini nəzərdən keçirək:

S ə  l i  m   b  ə  y.  

Gəlmişəm  görüm  səni də bir xoruza 

yükləyə   bilərəmmi.   Budur,   bir   neçə   gündür,   əlim   çox   yaxşı  

gətirir.

N ə c ə f   b ə y. 

 Yavaş ud, boğazında qalar. Genə kimin  

qulağını kəsibsən?

 (6-7)

Buradakı sinonim frazeoloji vahidlər işlənmə dairəsinə görə 



daha çox fərqlənir. 

Əli gətirmək

 nisbətən geniş dairədə işləndiyi 

halda,


 

qulağını   kəsmək,   xoruza   yükləmək

 

frazeoloji 



vahidlərindən   arqo   şəklində   qumarbazlar,   oğrular   arasında 

istifadə olunur. Əsas mənasına görə yaxın olub, məna çaları və 

üslubi rəng etibarilə fərqlənmə  

canını üzmək – (günü-gündən) 

geri getmək – quru nəfəsi qalmaq – ürəyi qıldan asılmaq 

sinonim 


cərgəsinə   də   aiddir.   Bunların   ümumi   mənası   «cismən   zə-

ifləmək»dir.   Lakin   bunlar   həmin   mənanı   müxtəlif   cəhətdən, 

müxtəlif çalarda ifadə edirlər: 

canını üzmək

 -  zəifləmə prosesinin 

qısa   müddətdə   baş   verdiyini,  

günü-gündən   geri   getmək

  – 


prosesin tədricən davam etdiyini bildirir;  

quru nəfəsi qalmaq və 

ürəyi   qıldan  asılmaq

  -   zəifliyin   son   həddə   çatdığını   göstərir, 

bunların   son   nəticəsi   ölümdür.  Bu son nəticəni nəzərə aldıqda 

axırıncı ifadələr də bir-birindən fərqlənir: proses birincidə tədricən, 

ikincidə ani şəkildə sona çata bilər.

Hadisələrin   xarakterini,   əhatə   dairəsini,   obrazın   psixoloji 

vəziyyətini, dilinə məxsus fərdi cəhətləri düzgün, ifadəli və təsirli 

vermək,   yeknəsəq   ifadə   təkrarından   qaçmaq   üçün   frazeoloji 

sinonimlər yazıçıya geniş imkan verir. Yazıçı sinonim cərgəyə daxil 

olan  ayrı-ayrı vahidləri  birləşdirən  ümumi   cəhətləri  onları ayıran 

fərdi,  xüsusi  incəliklər  hesabına   qüvvətləndirməyə  imkan  tapmış 

olur.   Hətta   sinonim   cərgənin   ayrı-ayrı   üzvlərinə   məxsus   məna 

incəliklərinə   əsasən,   onların   üslubi   keyfiyyətlərini 

müəyyənləşdirmək və onları qruplaşdırmaq da mümkündür.

179



Obrazın psixoloji vəziyyətini, təlaş və həyəcanını göstərmək 

üçün dram əsərində hərəkət və nitq əsas rol oynayır, emosional 

frazeoloji sinonimlər belə momentdə təsirli nitq vasitəsi kimi çıxış 

edir. Məs.:

N ə c ə f  b ə y (ağlaya-ağlaya daxil olur).

 Allah, bu nə iş 

idi mən düşdüm, pərvərdigara, indi mən  n ə  ç a r ə   q ı l ı m,  

b a ş ı m a   n ə  d a ş  s a l ı m… 

(54)

Bu sözlər «aləmi öz əlində oyuncağa çevirən, axırda özü 



ictimai   qəzanın   əlində   oyuncağa   çevrilən»

124


  Nəcəf   bəyin   ağır 

vəziyyətini   əks   etdirən   epizodlardan   birində   söylənmişdir;  

nə 

çarə qılım, başıma nə daş salım



  ifadələri onun ağır və çıxılmaz 

vəziyyətinə   çox   uyğundur.  Belə   ifadələri   insanın   dilindən   son 

dərəcə acınacaqlı hallarda eşitmək mümkündür. Varı-yoxu əldən 

çıxan Nəcəf bəy üçün bir tərəfdən də yeganə oğlunun öldürülməsi 

xəbərini eşitməkdən dəhşətli nə ola bilərdi ki!

Sona   xanımın   ürəyi   nədənsə   səksəkəlidir.   Sanki   o   bu 

ailənin   başındakı   faciəni   əvvəlcədən   görür,   duyur.   Təklik   onu 

daha çox darıxdırır, qorxudur. Belə bir vəziyyətdə Pəri xanıma 

deyir:  

«Səni   görəndə   könlüm   açılır,   gözlərimə   şəfəq   gəlir, 

dərdimi   açıb   deyirəm,   ürəyim   bir   az   yüngülləşir»

.   Buradakı 

könlüm açılır, ürəyim yüngülləşir

 ifadələri onun sıxıntılı, səksəkəli 

həyatını çox gözəl əks etdirir. Bu ifadələrin ardıcıl işlədilməsində 

müqabildəkini inandırma çaları da hiss olunur. Bu cəhət Nəcəf 

bəyin Məşədi Cəfərə dediyi aşağıdakı cümlədə

  pulu batmaq – 

quruşu batmaq 

ifadələrinə də aiddir. 

Məşədi, məgər sənin p u-    l u 

n məndə  b a t a c a q d ı r, nə vaxt sənin məndə   i k i  q u r u ş u n  b a 

t ı b d ı r  ki, genə b a t s ın?

 (49)


Bəzən   frazeoloji   sinonimlərdən   biri   digərinin   mənasını 

saxlamaqla yanaşı, hadisənin əhatə dairəsini, məkanını da göstərir: 

məsələn:İ m a m- v e r d i. 

Buraxın məni içəri girim, mən bəy-filan  

tanımıram. Mən… b i a b- r u  o l m u ş a m… Mən saqqalımın ağ  

vaxtında r ü s v a y i - a l ə m   o l -m u ş a m.

 (34) 

Dərd eləmək, 



ürəyinə salmaq

 ifadələrində də belə bir məna vardır: P ə r i  x a n ı 

124

                    .  .



 

 

 



.

Я з и з Ш я р и ф Я Щагвердийевин ясярляриндя бяй типляри  

«

 

» 



, 1927,  1303.

Йени фикир гязети

180



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə