Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə64/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   60   61   62   63   64   65   66   67   ...   243

Doğrudur,   müxtəlif     dövrlərə   məxsus   cəza   vasitələri   və 

üsullarını göstərməklərinə və ya dini mahiyyət daşıdıqlarına görə 

hər   üç   sənətkarın   işlətmiş   olduğu   ifadələrin   bir   qismi   indi 

köhnəlmiş və arxaik rəng almışdır, lakin Ə.Haqverdiyevin, onun 

sələflərinin   və   müasirlərinin   bədii   əsərlərindəki   frazeoloji 

materialın müqayisəli tədqiqi bu və ya digər yazıçının qələminə 

məxsus   orijinal   cəhətləri   aydınlaşdırmaqla   yanaşı,   xalq   dilinin 

tükənməz  imkanlarını da üzə çıxarır.

Əvvəlcə   qeyd   etdiyimiz   kimi,   sinonim   frazeoloji   vahidlər 

məna cəhətdən yaxın və ya bərabərqiymətli olsa da, bədii təsir 

gücü, obrazlılığı ilə bir-birindən fərqlənir. Onların dildə mövcud 

olma səbəblərindən biri də budur. Bununla bərabər, pyesdə elə 

sinonim frazeoloji vahidlər vardır ki, onlar üslubi rəng etibarilə o 

qədər də fərqlənmir. «Dağılan tifaq»da işlədilmiş belə frazeoloji 

sinonimlər göstərir ki, onlar, əsasən, təkrara yol verməmək üçün 

əsərə   daxil   edilmişdir   və   onlardan   əlavə   hissi-ekspressiv   təsir 

gözlənilmir. Məsələn, pyesdə 

iş görmək – iş tutmaq 

ifadələrindən 

bu məqsədlə istifadə edilmişdir.

Bəzən  ədib  ümumxalq  dilinə  məxsus  ifadə ilə  fərdi  üslubi 

frazeoloji vahidi sinonim kimi işlətmişdir:

S ə l i m  b ə y.   

Sən öləsən, bu saat kefim belə kökdür, 

heç   bilmirəm,   dünyada   bəy   kimdi,   xan   kimdi.   Bu   saat   kefim 

Mavəraünnəhr havası çalır

. (21)

Buradakı  



kefi kök (olmaq)

  xalq dilinə,  

kefi Mavəraünnəhr 

havası çalmaq 

müəllifin öz üslubuna məxsusdur. 

Bu   qeyd   etdiklərimizdən   əlavə,   pyesdə  

ləzzət   vermək   – 

ürəyinə yayılmaq, əziyyət vermək – əzab vermək, əl götürmək –  

əl qalxızmaq, qumara qurşanmaq – qumara mübtəla olmaq –  

şeytan əməlinə qurşanmaq

 və s. kimi sinonim cərgələr də vardır. 

Bütün bunlar frazeoloji sinonimliyin pyesdə böyük üstünlüyünü 

göstərir. Şübhəsiz, bu hal pyesin zəngin frazeoloji materialı ilə 

bağlıdır.   Pyesin   frazeoloji   tərkibinin   isə   canlı   xalq   dili   kimi 

mühüm   mənbəyi   vardır   ki,   Ə.Haqverdiyevi   bədii   dil   cəhətdən 

sevdirən,   yaşadan   da   yaradıcılığının   ilk   günlərindən   belə   bir 

mənbəyə əsaslanmasıdır.

«Həyatın dərs kitabı» (Çernışevski) olan bədii ədəbiyyatın 

hadisələr arasında, obrazların bir-birinə münasibətində, ayrı-ayrı 

184



surətlərin   xarakterində   təzahür   edən   ziddiyyətləri   əks   etdirən 

əsas vasitələrindən biri də  a n t o n i m  ifadələr, əks, qarşı, 

təzadlı   məfhumları   ifadə   edən   frazeoloji   vahidlərdir.   «Dağılan 

tifaq»da zidd anlayışların elə ifadəçiləri vardır ki, sinonimlərdə 

olduğu kimi, burada da tərəflər leksik və frazeoloji qarşılaşdırma 

əsasında   qurulmuşdur.  

Bəylər   qapısında   qab-qaşıq   yalamaq

  – 


sabit   birləşmə   olub,   nökərçilik   etmək,   nökərçiliklə   birtəhər 

dolanmaq   mənasını   ifadə   edir;  

sövdagəri-məşhur   olmaq

  – 


nominativ   mənadadır,   tacir,   ticarət   işçisi   olmaq   deməkdir. 

Əsərdə   bunların   vasitəsilə   verilmiş   təzad   cəmiyyətdəki   böyük 

təbəddülatı, feodal və kapitalist münasibətlərindəki tənəzzül və 

tərəqqi istiqamətində əks inkişafı lakonik şəkildə əks etdirir:

Ə b d ü l.  

Mən   burada  neçə  adamlar  tanırdım  ki,   p u l u   k 

ü r ə k   i l ə  y ı ğ ı r d ı l a r, amma indi  b i r  t ü m ə n ə  m ö h t a  

c d ı l a r. Və genə adamlar tanıyıram ki, b ə y l ə r  q a p ı s ı n d a  

q a b- q a ş ı q   y a-   l a r d ı l a r, indi s ö v d a g ə r  i- m ə ş h u r  

o l u b l a r.

 (55)

Əbdül   bu   sözlərlə   Cavadı   və   Nəcəf   bəyi   nəzərdə   tutur. 



Vaxtilə aləmə səs salan, kiçik bir mədhiyyədən ötrü çuval-çuval 

un, düyü, buğda bağışlayan, üstəlik bir yabı da «əta eləyən» 

Nəcəf   bəy   indi   iki  yetim   ilə   kimsəsiz   qalmış,   bütün   dostları 

sıradan   çıxmış   və   ya   ondan   üz   döndərmiş,   nökər   Cavad   isə, 

əksinə, böyük sərvət sahibinə, ağaya çevrilmiş, on minə yaxın 

bir məbləğdə «əhval» sahibi olmuşdur. Kapitalizmin inkişafı ilə 

əlaqədar bir-birini əvəz edən varlanma – iflasa uğrama  prosesi 

Məşədi Cəfər və Cavad kimilərin xeyrinə olduğu qədər Nəcəf bəy 

kimilərin zərərinədir. Başqa sözlə, burada ticarət burjuaziyasının 

yüksələn bir xətlə həyat səhnəsinə gəlməsi, mülkədarların və mül-

kədarlığın həyat səhnəsindən getməsi prosesi öz əksini tapmışdır.

Pyesdəki antonim frazeoloji vahidlər quruluş xüsusiyyətlərinə 

görə fərqlənir. Bir qismində birinci komponent eyni sözlərdən ibarət 

olub, frazeoloji vahid ikinci komponentin antonimliyi əsasında əks 

mənalı ifadə kimi formalaşmışdır. Məs.: 

ağız açmaq – ağız yummaq,  

ürəyi yanmaq – ürəyi soyumaq, əli dolu – əli boş

  və s.  

Əli   boş 

ifadəsini Nəcəf bəy sözgəlişi, zarafat tərzində, əvvəlki ifadələrə bir 

növ qafiyə şəklində işlədir:

185



N ə c ə f   b ə y. 

Buyursunlar, buyursunlar (daxil olurlar: Səlim  

bəy, Aslan bəy və Həmzə bəy). Baho! Ya allah! Xoş gəldiniz, beş  

gəldiniz, bəs niyə ə l i  b o ş gəldiniz?

S ə l i m  b ə y. 

Sən öləsən, çox  ə l i   d o l u və başı ətli gəlmişəm;  

bu saat iki yüz iyirmi beş manat cibimdə pul…uduzmaqda da meylim 

yoxdur.


 (6-7)

Göründüyü üzrə, Səlim bəy bu ifadədən istifadə edərək əsl 

mətləbə  keçir, bugünkü  qumardan  əli dolu və başı  ətli  gəldiyini 

bildirir.   Beləliklə,   hadisələr   əlaqələnmiş   olur   və   dramaturq, 

hadisələrin hansı istiqamətdə davam edəcəyini, bəylərin peşəsinin 

nədən ibarət olduğunu göstərmək üçün zəmin hazırlamış olur.

Bəzən   frazeoloji   antonimlik   birinci   komponentin   ifadə  etdiyi 

zidd məna əsasında əmələ gəlmişdir. Məs.:  

ağ gün – qara gün, 

şeytan yolu – allah yolu

 və s. Sonuncu misal qadınların hadisələrə 

verdiyi  qiyməti   göstərir.   Pəri   xanım   Nəcəf   bəyin   qumarbazlıq   və 

israfçılığını onun şeytan yoluna düşməsi, allah yolundan azması ilə 

izah elir ki,   bu da təbii olaraq, hələ dramaturqun özünə də yaxşı 

aydın olmayan dərin ictimai ziddiyyətlərə onun sadəlövh, təskinedici 

baxışını əks etdirir:

P ə r i  x a n ı m. 

Qadan alım, allah sana cansağlığı verər, ərinə  də 

ağıl  verər, ş e y t a n  y o l u n u buraxıb, a l l a h  y o l u n a  qayıdar. 

(26-27).


Pyesdəki   bəzi   frazeoloji   antonimlər   quruluşca   leksik 

antonimlərdən fərqlənmir:

P ə r i  x a n ı m

. Keçən cümə axşamı bizim Mərdan bəyin 

təziyəsində o qədər ağlamışam, gözümdən bir Kürcək yaş gedib, 

oradan gələn y ı x ı l m ı ş a m,  indi bir az halım özümə gəlib, q a l  

x m ı ş a m

. (25)


Burada  

yıxılmaq


  –   xəstələnmək,  

qalxmaq


  –   sağalmaq 

mənasındadır. Əslində, bunların komponentlərindən biri düşmüşdür. 

Dramaturqun öz üslubuna əsasən bərpa etsək:  

yıxılmışam yerə – 

qalxmışam ayağa

 şəklində olar.

Ümumiyyətlə, ədəbi dilimizdə və eləcə də başqa bədii əsərlərin 

dilində olduğu kimi, «Dağılan tifaq»da da frazeoloji antonimlərdən 

istifadə üslubi cəhətdən çox da xarakterik deyildir.

186



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə