Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə66/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   62   63   64   65   66   67   68   69   ...   243

Ə.Haqverdiyev xalq ifadə tərzinin təbiilik, yığcamlıq və obraz-

lılıq kimi mühüm cəhətlərindən dram dilində istifadə etmək üçün ilk 

növbədə xalqın ifadə yaradıcılığını, hikmətli qocaların danışığında 

ən dərin qatlardan qaldırılan ifadələri öyrənmiş, gənc ikən yaratdığı 

«Dağılan tifaq» ilə müdrik babaların, ağıllı nənələrin dilindən gələn, 

indi   də   bir   çox   «bədii»   əsərlərin   həsrət   qaldığı   şirin   və   obrazlı 

ifadələri dram dilinə gətirməklə özü də ağsaçlı ulu müdriklərimiz 

sırasına keçmişdir.



ƏLAVƏ   ƏDƏBİYYAT

K. M ə m m ə d o v. Ə.Haqverdiyev nəsrinin bədii xüsusiyyətləri 

haqqında. Nizami adına Ədəbiyyat və Dil İnstitutunun əsərləri, VII cild. 

Ədəbiyyat ser., Bakı, 1954.

S. M u r t u z a y e v. M.F.Axundovun komediyalarının dil və 

üslub xüsusiyyətləri, Bakı, 1962.

R. M ə h ə r r ə m o v a. Sabirin satiralarında işlənmiş frazeoloji 

ifadələrin qrammatik təsnifi. «Azərb. SSR EA xəbərləri», ict. elm. ser. 

1962, №5.

B.   A   b   d   u   l   l   a   y   e   v.   M.F.Axundovun   komediyalarının 

sinonimikası. Azərb. SSR EA Xəbərləri, ict. elm. ser., 1962, №10.

M. M ə m m ə d o v. N.Nərimanovun nəsr əsərlərində feli 

frazeoloji vahidlər, V.İ.Lenin adına APİ-nin «Elmi əsərlər»i, XI seriya, 

Bakı, 1963.

R. H. H ə s ə n o v. Y.V.Çəmənzəminlinin folklor ifadələrindən 

istifadə ustalığı, V.İ.Lenin adına APİ-nin «Elmi əsərələr»i, XI seriya, 

1966, №5.

Q. Ş. K a z ı m o v. Ə.Haqverdiyevin «Dağılan tifaq» pyesinin 

frazeologiyası», V.İ.Lenin adına APİ-nin «Elmi əsərlər»i, XI seriya, 

1965, №5.

Azərbaycan bədii dilinin üslubiyyatı (oçerklər), Bakı, 1970, səh. 

139-189.


H. B a y r a m o v. Azərbaycan dili sabit birləşmələrinin semantik 

təsnifi. Nizami adına Ədəbiyyat və Dil İnstitutunun əsərləri, XIV cild, 

Bakı, 1960.

190



191


V FƏSİL

ÜSLUBİ QRAMMATİK XÜSUSİYYƏTLƏR

BƏZİ MORFOLOJİ VAHİDLƏRİN ÜSLUBİ 

XÜSUSİYYƏTLƏRİ

Ümumxalq   dilindəki   başlıca   qrammatik   vahidlərin   üslubi 

funksiyaları   və   bunlardan   bədii   əsərlərdə   nə   dərəcədə   istifadə 

edilməsi   tədqiqi   zəruri   olan   mühüm   məsələlərdəndir.   Görkəmli 

yazıçılar   ayrı-ayrı   qrammatik   kateqoriyalardan   istifadə   üsul   və 

priyomlarına dair çoxlu yeni fərdi xüsusiyyətlər gətirməklə ədəbi-

bədii üslubu zənginləşdirmiş olurlar. Yazıçı dilinin və üslubunun 

formalaşması isə adi qayda üzrə onun əsərlərinin meydana çıxdığı 

dövrdəki dil-üslub ənənəsi istiqamətində mövcud olur. Ona təkcə 

dövr üçün xarakter olan ədəbi dil normaları deyil, həm də daha 

məşhur   və   görkəmli   yazıçıların   yaradıcılığında   onun   özünün 

sevdiyi vasitə və üsullar təsir edir.

130

  Bütun bunlar bədii dildəki 



qrammatik, o cümlədən də morfoloji vahidlərin üslubi simasının 

öyrənilməsini vacib və zəruri edən mühüm amillərdəndir.

Üslubiyyatda   morfoloji   hadisələrin   səciyyəsini 

aydınlaşdırmaq üçün xatırlamaq lazımdır ki, üslubiyyat faktlara 

onların   funksiya   cəhətindən   yanaşır,   ayrıca   bir   dil   hadisəsinin 

başqaları   içərisində   həm   məna,   həm   də   ekspessivlik 

xüsusiyyətlərini,   əsas   mənada   birləşmiş   ümumi   və   yaxın 

mənaları öyrənir. Buna görə də üslubi baxışın mühüm hissəsini 

dilin sinonim vasitələri təşkil edir.

131


  Tədqiqat göstərir ki, Azər-

baycan dili morfoloji vahidləri də əsas məna ilə yanaşı, əlavə 

mənaya və məna çalarlarına malikdir. Azərbaycan dili morfoloji 

vahidlərinin sinonim məqamları buradan meydana çıxır.

132

130


  .  .            .   

 

 



-

А И Е ф и м о в О языке художественных произведений Мос  



, 1954, 

.228.


ква

сящ


131

 

.  .  .              . 



   

 

 



.

Проф А Н Г в о з д е в Очерки по стилистике русского языка  

, 1952

Москва


.75.


сящ

192



Yüksək sənətkarlıqla yazılmış bədii əsərlərin dili morfoloji 

vahidlərin   üslubi   imkanlarından   məharətlə   istifadə   baxımından 

da   ədəbi-bədii   üslubun   inkişafında   qiymətli   yer   tutur. 

Ə.Haqverdiyevin pyesləri dövrün səciyyəvi ədəbi dil normalarını 

və özünə qədərki sənətkarların yaradıcılığında əsaslı yer tutan 

xarakter  ifadə üsullarını  yaradıcılıqla  inkişaf  etdirmək əsasında 

qurulmuş, müasirlərinə və ardıcıllarına da məhz bu istiqamətdə 

təsir   etmişdir.   Onun   bütün   pyeslərindəki   morfoloji   vahidlərin 

səciyyəvi   üslubi   xüsusiyyətlərinin   tədqiqi   hələlik   çətin 

olduğundan burada "Dağılan tifaq" pyesində daha  çox nəzərə 

çarpan və özünü xüsusilə felin zaman və şəkil kateqoriyalarında 

göstərən bəzi səciyyəvi cəhətlərdən bəhs etməyi lazım bildik.



FELİN ZAMANLARI

Məlumdur   ki,   maddi   aləmdə   mövcud   olan   obyektiv 

zamanın   insan   təfəkküründə   uyğun   və   dəqiq   ifadəsi     yalnız 

qrammatik   zaman   vasitəsilə   mümkündür.   Bununla   bərabər, 

qrammatik zaman formalarının əlavə imkanları çoxdur və nitq 

prosesində bunlar bir-birini əvəz edə, biri digərinin yerində işlənə 

bilir. Lakin belə vəziyyətdə, zaman kateqoriyasına məxsus formal 

əlamətlərin   bildirdikləri   zamanla   obyektiv   zaman   arasında 

bilavasitə   uyğunluq   olmur.   Bu   hal  ondan   irəli   gəlir   ki,   zaman 

kateqoriyasına aid vasitələr - şəkilçilər öz əsas funksiyalarında – 

qrammatik zaman mənasında deyil, üslubi məna və məqamda 

işlənmiş   olurlar.   Obyektiv   zaman   keçmiş,   indiki   və   gələcək 

zamanları əhatə etdiyi kimi, qrammatik zaman da bu üç zamanın 

məcmusundan   ibarətdir.   Lakin   qrammatik   zamanın   ifadə 

formaları çox və müxtəlifdir.  Danışıq  vaxtı bu müxtəlif  zaman 

formaları   ifadə   etdikləri   zaman   məzmunu   ilə   uyğunluq   təşkil 

edirsə,   qrammatik,   ziddiyyət   təşkil   edirsə,   üslubi   xüsusiyyətə 

malik olur və birinci prosesi qrammatika, ikinci prosesi üslubiyyat 

132

  .                      . 



 

 



,

Я Д я м и р ч и з а д я Азярбайъан дилинин цслубиййаты Бакы  

1962, 

.181.


сящ

193



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə