Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ


DRAM  DİLİNDƏ ATALAR SÖZLƏRİ VƏ MƏSƏLLƏR



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə65/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   61   62   63   64   65   66   67   68   ...   243

DRAM  DİLİNDƏ ATALAR SÖZLƏRİ VƏ MƏSƏLLƏR

Əsrlərin sınağından çıxmış, xalq hikmətinin daşıyıcısı olan 

atalar sözləri və məsəllər yığcam, obrazlı, dərin mənalı, tutarlı 

nitqin timsalıdır. Ayrı-ayrı şəxsiyyətlərin yaratdığı ifadə vasitələri 

xalq tərəfindən bəyənilməsə, xalq dilində özünə yer tapa bilməz. 

Sənətkarın böyüklüyü onun dilə nə dərəcədə bələd olması, xalq 

dilindəki bədiilik vasitələrindən ustalıqla istifadə etmə bacarığı ilə 

ölçülür.   Əsl   sənət   nümunələri   yalnız   xəlqi   zəmində   yarana 

bildiyindən daim sevilir və oxunur. Haqverdiyev sənətinin bir sirri 

də bundadır.

Ədibin   ilk   əsəri   «Yeyərsən   qaz   ətini,   görərsən   ləzzətini» 

adlanır.   İkinci   əsəri   isə   Nəcəf   bəyin   bu   sözləri   ilə   başlayır: 

«Atalar məsəlidir, dünya beş gündür, beşi də qara»

. (6) Təkcə 

bunlar   da   ədibin   yaradıcılıq   devizini,   xalq   dilinə,   xalqın   ifadə 

vasitələrinə   münasibətini   aydınlaşdırmaq   üçün   kifayət   qədər 

əsas   verə   bilər.   Hələ   Nəcəf   bəyin   bu   ilk   sözlərindən   onun 

təbiətinin əsas cizgiləri görünməyə başlayır. Baxmayaraq ki, belə 

məsəli «namuslu əmək adamları özləri haqqında işlətməzlər»

128 


Nəcəf   bəy   bunu   özü   üçün   çox   münasib   sayır,   bu   məsəlin 

vasitəsilə öz tüfeyli həyatını, eyş-işrətlə keçən laübali günlərini 

pərdələməyə,   əsaslandırmağa   çalışır.   Bu   məsəl   onun   mənəvi 

aləmini, həyatın mənasını nədə axtardığını aydınlaşdırmaq üçün 

bir başlanğıc olur. Nəcəf bəy deyir və dediyi kimi də edir. Yalnız 

sona yaxın, bütün var-yoxu əldən çıxdıqdan sonra dərvişin «axırın 

fikr etməyən aqil deyil, divanədir» - sözləri onu bir anlığa ayıldır, 

ona təsir edir. Lakin artıq gecdir, indi o elə günə düşmüşdür ki, 

obrazlardan   birinin   dediyi   kimi,   az   qalır   «it   yeyən   çörəyin   də 

parasını   itin   ağzından   alıb   yeyə».   Hadisələr   inkişaf   edib 

dəyişdikcə, gərgin dramatik nöqtə yaxınlaşdıqca ifadələrin, atalar 

sözləri və məsəllərin də rəngi, boyası, keyfiyyəti dəyişir, hər bir 

məsəl ümumi söz və ifadə kütləsi içərisində kəhkəşanın parlaq 

ulduzları kimi seçilir.

Məlumdur ki, surət dilindəki ifadələr onun təfəkkür tərzini, 

həyat hadisələrinə münasibətini göstərir. Əsərin son məclisində 

128

 

.:  .                . 



 

 



, 1963, 

.255.


Бах К М я м м я д о в Няъяф бяй Вязиров Бакы

сящ


187


iştirak edən Əbdülün və İsmayılın dilində bir ziddiyyət duyulur. 

Onlar, bir tərəfdən, Nəcəf bəyin iflasını «dünyanın işi» ilə, daha 

doğrusu,   dünyanın   enişli-yoxuşlu,   qarışıq   və   dolaşıq   işləri   ilə 

bağlayır və əslində, cəmiyyətin ümumi inkişafındakı ziddiyyətləri 

nəzərdə   tuturlar,   «çox   namərddir   bu   dünya,   heç   ona   etibar 

eləmək olmaz» deyərək, doğru nəticəyə gəlirlər. Çünki «Nəcəf 

bəyin tragediyası onun qumarbazlığından deyil, bəlkə maddi və 

mənəvi     iflasından   doğur.   Maddi   iflas   isə   mənəvi   iflası 

doğurmuşdur».

129


  Deməli, qumarbazlıq Nəcəf bəyin iflasının sə-

bəbi   deyil,   nəticəsidir.   Digər   tərəfdən,   Əbdül   İsmayılın   fikrinə 

şərik olaraq, belə güman edir ki, Nəcəf bəyin səfalətinə səbəb 

onun özüdür, israfçılıq və qumarbazlıqdır. Bunu onun dediyi mə-

səl də göstərir: 

«Bəli, ağa İsmayıl, doğru buyurursunuz: o şey ki  

insan   özü   özünə   elər,   aləm   yığılsa   ona   eliyə   bilməz».

  (55) 


Bununla da Nəcəf bəyin iflası obyektiv səbəblərdən bir növ təcrid 

edilmiş olur.

Ə.Haqverdiyev atalar sözləri və məsəllərdən istifadə edərək 

obrazın   real   vəziyyətini,   arzu   və   istəklərini   əks   etdirməyə 

çalışmışdır.   Keçmişi   geri   qaytarmaq   həsrəti   ilə   çırpınan,   lakin 

bunun   mümkün   olmayacağını   yaxşı   başa   düşən   Səlim   bəyin 

dediyi   «Keçən   günə   gün   çatmaz,   calasan   günü-günə»   atalar 

sözü   onun   təəssüf   və   kədərini   çox   aydın   ifadə   edir

.   «Çölüm 

özgələri   yandırır,   içərim   özümü»

  (23)   məsəli   Sona   xanımın 

vəziyyətinə   çox   uyğundur.   O,   Nəcəf   bəy   kimi   bir   mülkədarın 

arvadı   olduğu   üçün   başqaları   ona   qibtə   edə   bilərlər,   halbuki 

onun ailədəki və ictimai həyatdakı hüquqsuzluğu, ərinin qumara 

və   israfçılığa   qurşandığını   görüb   onu   düz   yola   qaytarmaq 

istəməsi   və   bunu   bacarmaması,   ailənin   yaxınlaşmaqda   olan 

fəlakətini   duysa   da,   real   bir   iş   görə   bilməməsi   onda   qibtə 

ediləcək heç bir şey qoymamışdır.

Əsərdə   Səlim   bəyin     dili   daha   sərt   işlənmişdir,   o   kimə 

üzünü tutursa, çəkinmədən eyiblərini bir-bir sadalayır; bəylərin 

xarakteri ilə bağlı bir sıra mənfi cəhətlər Səlim bəyin dili ilə açılır 

129


                        .  

 

Я л и С у л т а н л ы Азярбайъан драматурэийасынын 



 



, 1964, 

.250.


инкишафы тарихиндян Азярняшр Бакы

сящ


188


və qırmanclanır. Elə buna görə də onun dilində daha çox atalar 

sözləri   və   məsəl   işlənmişdir.   Həmzə   bəy   özünün   yalançı 

«qəhrəmanlığından»   dəm   vurduqda   o:  

«Danış   görək     sən 

harada dam yarıb buzov çıxardıbsan?»

 - deyə onun yalanlarının 

üstünü   açır.   Hətta   maraqlıdır   ki,   o,   bəzən   eyni   fikri   daha 

möhkəm sübuta yetirmək üçün atalar sözlərinin sinonimliyindən 

istifadə edir. Budur, onun «ot kökü üstündə bitər» fəlsəfəsinə 

inamını əks etdirən replikası belədir:

S ə l i m  b ə y. 

A kişi, mən imanım, döyməkdən deyil, mal 

yiyəsinə oxşamasa  haramdır,  ot kökünün  üstündə  bitər, atası 

gedən   yolu   oğlu   da   gedəcək.   Ata   qumarbaz   oldu,   oğul   da  

qumarbaz olar, ata şürbidir, oğul da şürbi olar,

 (16)


Nəcəf bəyin qumarbazlıq, şürbilik kimi pis sifətlərini Səlim 

bəyin dili ilə dramaturq belə qamçılamışdır.

Atalar   sözləri   və   məsəllərdə   ümumiləşdirmə   gücü   böyük 

olduğundan pyesin əsas surətləri ortalığa çıxan suallara çox vaxt 

bunların vasitəsilə cavab verirlər. Nəcəf bəydən Mirzə Bayrama 

nə   üçün   buğda   və   düyüdən   əlavə,   bir   yabı   da   bağışladığı 

soruşulduqda,  

«varlığa   nə   darlıq»

  cavabını   verir;   Nəcəf   bəyin 

son  günlərində   dost   və  tanışların   ondan   üz  döndərmə  səbəbi 

soruşulduqda, surətlərdən biri: 

«Türki məsəldir, deyərlər: bağda 

ərik var idi, salamməlik var idi, bağdan ərik qurtardı,salamməlik 

qurtardı»

  (59) məsəli ilə cavab verir. Mirzə Bayramın da Nəcəf 

bəyin suallarına cavabı, başqa dildə olsa da, atalar sözlərindən 

ibarətdir.

Pyesdə rast gəldiyimiz 30-a qədər atalar sözü və məsəldə, 

demək olar ki, heç bir   dəyişiklik edilməmiş, xalqın yaratdıqları 

böyük   hörmət   və   məhəbbətlə,   ustalıqla   xalqa   qaytarılmışdır. 

Ədib   istifadə   etdiyi   atalar   sözlərini,   məsəlləri   hadisələrlə   elə 

müvəffəqiyyətlə əlaqələndirmişdir ki, xalq təfəkkürünün məhsulu 

olan   həmin   ifadələrin   dərin   estetik   mahiyyəti   bir   daha   parlaq 

şəkildə   üzə   çıxmış,   cəmiyyətin   müxtəlif   sinif   və   təbəqələrinə 

məxsus   nümayəndələrin   onları   necə   dərk   etdiyi,   öz   mənafeyi 

baxımından onları necə şərh etdiyi bədii ümumiləşdirmə yolu ilə 

göstərilmişdir. Bunların bir qismi indi köhnəlmiş kimi görünsə də, 

xalq   dilində   əvəzedilməz   ifadə   vasitələri   kimi  yenə   də 

yaşamaqdadır.

189



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə