Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə60/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   56   57   58   59   60   61   62   63   ...   243

modal   frazeoloji   vahidlər   danışanın   həqiqətə   münasibətini, 

müəyyən bir mühakimənin, hökmün gerçəkliyini, doğruluğunu və 

ya   şübhəli   olduğunu   bildirir   və   subyektiv   münasibətlərin 

aydınlaşmasında müəyyən rol oynayır.



FRAZEOLOJİ SEMANTİKA

Ədəbi-bədii əsərin frazeologiyası ümumxalq dilinin zəngin 

frazeoloji   materialı   ilə,   bədii   əsərin   yarandığı   dövrə   məxsus 

ümumxalq ifadə vasitələri ilə köklənmiş olur. Buna görə də bədii 

əsərin   frazeoloji   materialının   tədqiqi   yazıçının   ümumxalq   dili 

frazeologiyasından necə istifadə etdiyini, ifadənin semantik im-

kanlarını   necə   nəzərə   aldığını,   söz   və   ifadələri   seçib   götürmə 

bacarığını   müəyyənləşdirməyə   kömək   edir,   xalq   dilinin   həmin 

mərhələsində   sözün,   ifadənin   hansı   semantik   istiqamətdə 

ünsiyyətə   xidmət   etdiyi   aşkar   olur,   dövr   keçdikcə   leksik   və 

frazeoloji   vahidlərin   mənasında   dəyişmələr   –   daralma,   ge-

nişlənmə, məcazlik halları lüğət tərkibindəki ayrı-ayrı vahidlərin 

məna   həcmini   izləməyə   imkan   verir.   «Dağılan   tifaq»   pyesinin 

frazeologiyasını   öyrənərkən   bu   qənaətə   gəlmək   olur   ki, 

Ə.Haqverdiyev,   ilk   dram   əsərlərindən   başlayaraq,   böyük 

mütəfəkkir M.F.Axundovun  «canlı dili ədəbiyyata daxil etmək» 

(B.Çobanzadə) yolunda şərəfli işini davam və inkişaf etdirmək 

sahəsində böyük xidmət göstərmişdir.

Frazeoloji   vahidlərin   semantik   xüsusiyyətləri   də 

polisemantizm,   omonimlik,   sinonimlik   və   antonimlik   əsasında 

açılır, şərh olunur.

Leksik vahildlər kimi, frazeoloji vahidlər də ç o x m ə n a l 



ı   ola bilir. Bunu başqa dillərin faktları da təsdiq edir. Məsələn, 

rus   və   alman   dilləri   üzərində   müşahidələr   aparmış   L.Binoviç 

yazır: «Rus və alman dillərinin frazeoloji fondunun öyrənilməsi 

göstərir   ki,   çoxmənalılıq   təkcə   sözlərə   deyil,   idiomlara   və 

frazeologizmlərə də aiddir».

116


116

  .              .   

 

, «


 

 

Л Б и н о в и ч О многозначности идиом Иностранные языки в 



», 1952, 

школе


.30.

сящ


172


Pyesin dilindəki çoxmənalı frazeoloji vahidləri iki qrupa ayırmaq 

olar.


1.   Yalnız   bir   mənasından   istifadə   edilmiş   çoxmənalı 

frazeoloji vahidlər. Bu qrupa daxil olan frazeoloji vahidlərin hər 

biri pyesdə əsasən bir dəfə işlənmiş, ona görə də onların yalnız 

bir mənasından istifadə olunmuşdur. Bunların bəziləri təkrarən 

işləndikdə   yenə   əvvəlki   mənanı   saxlamışdır.   Məsələn,  

ürəyi 


yanmaq

 frazeoloji vahidi xalq danışıq frazeologiyasında susamaq 

və   yazığı   gəlmək     mənalarında   işlədilir.   Pyesdə   birinci 

mənadadır: 

Ürəyim yanır, ölənləriyin ehsanı olsun, o sudan bir az  

ver içim. (46); baş yerə qoymaq

 – yatmaq və ölmək anlayışlarını 

ifadə edir. Pyesdə ikinci mənadadır:  

…əvvəla, görürsən ki, mən 

qocalmışam, bu gün, ya sabah başımı qoyacağam yerə.

 (49)

Belə frazeoloji vahidlərin bəzilərində semantik dəyişmə hiss 



olunur. Məsələn, 

adam eləmək

 frazeoloji vahidi birisini müəyyən 

sənətə,   peşəyə,   vəzifəyə   çatdırmaq,   xüsusən   oxutmaq,   təhsil 

vermək anlayışlarını bildirir, həm də müəyyən dərəcə narazılıq, 

kinayə çalarına malikdir. Pyesin yarandığı dövrdə isə bu ifadə 

varlandırmaq, mal-dövlət sahibi etmək mənasında işlənmişdir ki, 

həmin   məna   artıq   köhnəlməkdədir:  

Cavad   deyəndə 

kənddəngəlmə bir ac gədənin birisi idi. Nəcəf bəy onu a d a m  

e l ə d i.  Cavad oldu Ağa Cavad, on min manata yaxın əhvalı 

var.


2.   Müxtəlif   mənalarından   istifadə   olunmuş   çoxmənalı 

frazeoloji vahidlər. Bu qrupa daxil olan frazeoloji vahidlərin hər 

biri müxtəlif mətnlərdə müxtəlif mənalar ifadə edir.

Ağlı başına gəlmək

  – həm ayılmaq, huşu başına gəlmək, 

həm də səhvini başa düşmək, tutduğu yolun doğru  olmadığını 

dərk  etmək  mənalarındadır: S o n a  x a n ı m.  

…oyanmışam, bir 

saat a ğ l ı m  b a ş ı m a  g ə l m ə y i b.

 (28) P ə r i  x a n ı m. 

Qadan alım,  heç  canını  üzmə,  səbr elə,  allah   kərimdir,  kişinin 

bəlkə a ğ l ı   b a ş ı n a  g ə l d i, qumarı qoydu yerə.

 (26)

Qulaq asmaq



 – həm dinləmək, eşitmək, həm də fikir vermək, 

məhəl qoymaq mənalarındadır: S o n a  x a n ı m. 

Di qulaq ver.

 (51) 


N ə c ə f   b ə y. 

Övrətlər baş açıq, ayaq yalın müsəllayə çıxıb, həqq-

173



hü çəkib, üstümə nalə töküblər. Heç birinə q u l a q   v e r m ə m i ş  

ə m.


 (60) 

Pyesdə elə frazeoloji vahidlər də vardır ki, eyni bir mətndə 

ikimənalıdır. Bu mənalar bir-birindən doğur. Belə ki birləşmənin 

tərəflərindən biri məcaziləşərək müəyyə frazeoloji vahidin əmələ 

gəlməsinə   səbəb   olmuş,   sonradan   həmin   məna   bir   daha 

məcaziləşərək   yeni   bir   məfhumun   ifadəsinə   çevrilmişdir. 

Məsələn,   Sona   xanım   öz   hüquqsuzluğundan   şikayətlənərək 

deyir: «


Xudaya, nə vaxtadək bizim dilimiz bağlı olacaq

 (24) 


Yaxud:  

«Kişi   qurşanıb   qumara…   Mənim  dilim   yoxdur  ki, 

qabağında bir söz deyim, yalvarıram olmur, yapışıram olmur». 

(26) Bu cümlələrdəki 

dili bağlı olmaq, dilim yoxdur

 ifadələrinin ilk 

məcazi mənası «danışa bilmirəm» deməkdir. Lakin Sona xanım 

həqiqi   mənada   nitqi,   dili   olmadığını   demək   istəmir.   Frazeoloji 

vahid bu mənanın üzərindən addayaraq başqa bir məna ifadə 

edir:   Sona   xanım   demək   istəyir   ki,   o,   ərinin   yanında 

hüquqsuzdur, böyük bir ailənin faciəsinə səbəb ola biləcək ən 

mühüm   məsələlərin   həllində   belə   onunla   məsləhətləşməyə 

ixtiyarı yoxdur.

Qeyd   etmək   lazımdır   ki,   pyesin   yazıldığı   dövrdən   keçən 

müddət   ərzində   əsərdəki   çoxmənalı   frazeoloji   vahidlər   olduğu 

kimi   qalmamış,   bəziləri   semantik   cəhətdən   dəyişikliyə 

uğramışdır.   Bəzən   frazeoloji   vahidin   mənaları   arasında   əlaqə 

getdikcə   azalmaqla   leksik   omonimlərin   çoxmənalı   sözlər 

əsasında zənginləşmə prosesinə uyğun vəziyyət yaranmışdır. Bu 

inkişafın kökləri, şübhəsiz, daha qədimlərlə bağlıdır və frazeoloji 

vahidlərin həmişə dəyişmədə, inkişafda, səlisləşmədə, insanların 

həyat tərzinə müvafiq olaraq yeni məna rəngi almaqda olduğunu 

bir daha nümayiş etdirir.

Çoxmənalılıqla     yanaşı,       dilçilikdə       bəzən       frazeoloji 

vahidlərin   o m o n i m l i y i n d ə n    də bəhs olunur. Bu 

barədə akademik V.V.Vinoqradov yazır: «Frazeoloji qruplar və ya 

frazeoloji birləşmələr omonimlikdən, əsasən, məhrumdur. Onlar 

söz və ifadələrin yalnız sinonim cərgələrinə daxil olur. Frazeoloji 

qruplarda omonim söz birləşməsi olmasından ötrü qrupun hər 

bir   üzvü   üçün   omonim   sözlərin   olması   zəruridir.   Bununla 

bərabər, frazeoloji birləşmələrin özləri də frazeoloji vahidlər və 

174



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə