Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə56/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   52   53   54   55   56   57   58   59   ...   243

  M. A r i   f. Dramaturgiyada dil və dialoq, «Ədəbi-tənqidi 

məqalələr», Bakı, 1958, səh. 97-106.

S. Ə. V  ə l i y e v, C.Məmmədquluzadənin  hekayələrində 

sinonimlər, «H.Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunun elmi 

qeydləri», 1958, №6, səh.325-351.

Ə. B a ğ ı r o v. Bədii əsərlərin dili məsələsinə dair, S.M.Kirov 

adına ADU-nun «Elmi əsərlər»i, 1957, №12, səh.134-142.

 A. A. H a c ı y e v a. C.Məmmədquluzadənin dram əsərlərinin 

dili haqqında. «Azərb. SSR EA xəbərləri», ict. elm. ser., 1958, №5, 

səh.67-76.

R. M ə h ə r r ə m o v a. Sabirin satirik şeirlərinin leksikası, 

Bakı, 1968; 

R. H. H ə s ə n o v. Yusif Vəzir Çəmənzəminlinin hekayələrində 

sinonimlərin və antonimlərin üslubi xüsusiyyətləri, V.İ.Lenin adına 

APİ-nin "Elmi əsərlər"i, XI seriya, 1964, №4, səh. 104-110; №5, 

səh. 113-122.

Q. Ş. K a z ı m ov. Ə.Haqverdiyevin «Dağılan tifaq» pyesinin 

leksik   xüsusiyyətləri,   «Gənc   elmi   işçilərin   XII   elmi   konfransının 

tezisləri», V.İ.Lenin adına  APİ. Bakı, 1966, səh. 66-69.

Q. Ş. K a z ı m o v. Ə.Haqverdiyevin «Dağılan tifaq» pyesində 

məhəlli və arxaik sözlər. V.İ.Lenin adına APİ-nin «Elmi əsərlər»i, 

1966, №4, səh.104-114.

Azərbaycan   bədii   dilinin   üslubiyyatı   (oçerklər),   Bakı,   «Elm» 

nəşriyyatı, 1970, səh.50-112.

161



IV FƏSİL

DRAM DİLİNİN FRAZEOLOGİYASI

QRAMMATİK XÜSUSİYYƏTLƏR

Frazeoloji   materialdan   ədəbi   dilin   digər   üslublarında   da 

istifadə   edilir,   lakin   onların   daha   çox   işləndiyi   əsas   sahə   bədii 

üslub,   xüsusilə   dram   dilidir.   Bədii   dilin   obrazlılığa,   ifadəliliyə, 

emosionallığa,   dilin   məcazilik   imkanlarından   geniş   ölçüdə 

istifadəyə  böyük ehtiyacı  olduğundan  görkəmli  söz  sənətkarları 

ümumxalq dili frazeologiyasına daha çox müraciət edir, daha tez-

tez nəzər salmalı olurlar; buna görə də hər bir görkəmli yazıçı 

ədəbi   dilin   ümumi   frazeologiyasını   həqiqi   və   müvəffəqiyyətlə 

formalaşmış

106

 yeni ifadələrlə zənginləşdirir. Belə ifadələr tədricən 



sabit, kütləvi və ümumişlək ifadələr sırasına keçə bilir.

Frazeoloji vahidlər də dilin yaradıcısı və daşıyıcısı olan xalq 

tərəfindən   yaradılır,   lüğət   tərkibinə,   yeni   frazeoloji   vahidlərin 

formalaşması   üçün   mənbə   rolunu   oynadıqda   hətta   dilin   əsas 

lüğət fonduna daxil olur.

107


 Bu hal ədəbi-bədii əsərlərin dilindəki 

frazeoloji materialın tədqiqi və öyrənilməsi işini bir zərurət kimi 

ortaya   çıxarır.   Ə.Haqverdiyevin   pyeslərində   işlənmiş 

frazeologizmlərin öyrənilməsi yalnız dilimiz üçün spesifik xarakter 

daşıyan və türk dilləri ilə ortaqlılıq təşkil edən frazeoloji lüğətlər 

hazırlamaq   zərurətindən

108

  doğmur.   Bu   məsələni   şərtləndirən 



106

  .  .            . 

 

 

-



А И Е ф и м о в Фразеологическое новаторство Салтыкова

, «


 

   


», 1940,  1,

Щедрина Русский язык в школе

№  

.36.


сящ

107


  .   .                 .  

 

 



 

 

К Т Б а р а н ц е в Роль основного словарного фонда в 



 

образовании фра

 

. «


 

   


»,

зеологических единиц Иностранные языки в школе  

1951,  6,

№   .33.


с

108


 

.:  


Бах

.  .                  .   

 

 

А А К о к л я н о в а О границах фразеологии тюркских 



,   «

 

языков Труды Самар



 

 

.   .



».

кандского госуниверситета им А Новаи  

 

.  


 

,  


  103,  

,   1961


Вопросы фразеологии Новая серия выпуск

Самарканд

.105.


сящ

162



mühüm   amillərdən   biri   də   pyeslərin   yarandığı   dövrü,   ictimai-

ədəbi mühiti nəzərə almaq, milli ədəbi dilimizin inkişafa başladığı 

və yad dillərin ciddi təzyiqinə məruz qaldığı bir dövrdə ifadə ya-

radıcılığı   sahəsində   dramaturqun   ədəbi   dilimizə   necə   xidmət 

etdiyini aydınlaşdırmaqdır. Bədii əsərlərdəki frazeoloji vahidlərin 

tədqiqi zəruriliyi daha başqa bir sıra səbəblərlə də bağlıdır və, 

ümumiyyətlə,  söz  dilin real  vahidi  kimi yalnız fraza  mühitində 

özünün   bütün   rəngarəngliyi   ilə   çıxış   edə   bildiyindən   söz 

haqqında   təlim   frazeoloji   materialın   tədqiqini   də   zəruri   bir 

məsələ kimi qarşıya qoyur.

Sadəlik,   yığcamlıq,   mənalılıq   və   ifadəlilik   Haqverdiyevin 

dram dilinin əsas xüsusiyyətlərindəndir.  

Dərə-divana dartmaq

  – 


istintaq   etmək,  

cəhənnəm   çəkdirmək

  –   əzab   vermək,  

kefinə 


soğan çırtmaq

  – ovqatını təlx etmək, əsəbiləşdirmək,  

başına at 

təpmək


  – axmaqlamaq,  

qulaqburması vermək

  – cəzalandırmaq, 

əl açmaq


  – dilənmək, 

it günündə

  – pis vəziyyətdə və s. kimi 

həyatın  çox  müxtəlif  sahələri  ilə  bağlı  olan yüzlərlə  təbii  xalq 

ifadələrindən   istifadə   edərkən   Haqverdiyevin   başlıca   məqsədi 

xalqla   öz   dilində   danışmaq,   zəhmətkeş   insanların     asanlıqla 

anlayacağı bədii və  obrazlı bir dildə yazmaq idi. O özündən əv-

vəlki ədəbi irsi, xüsusilə M.F.Axundovun dram yaradıcılığını nəzərdən 

keçirərək bu qənaətə gəlmişdi ki, milli ədəbi dilimizi ancaq bu 

yolla   xalq   dilinin   tükənməz   söz   və   ifadələri   hesabına   zən-

ginləşdirmək   olar.   Böyük   sənətkar   öz   ideya   və   fikirlərinə, 

obrazların milli və fərdi xarakterlərinə uyğun ifadələr seçərkən 

onların (ifadələrin) obrazlılıq, ekspressivlik, təsirlilik əlamətlərini 

də   nəzərə   almış,   təsvir   etdiyi   ictimai   zümrələrin   dil 

xüsusiyyətlərinə   ciddi   fikir   vermiş,   ümumxalq   dilinin   frazeoloji 

materialından   diqqətlə   istifadə   edərək   dram   dilinin   gözəl   nü-

munələrini yaratmışdır.

Ədibin   dram   dilindəki   frazeoloji   vahidlər   üslubi 

keyfiyyətlərinə görə fərqləndiyi kimi, qrammatik xüsusiyyətlərinə 

görə də fərqlənərək müxtəlif qruplara ayrılır. Məlumdur ki, leksik 

vahidlər kimi, frazeoloji vahidlər də cümlənin konkret bir üzvü 

vəzifəsini   ifadə  edir,   nominativ  məzmunlu   söz  cümlənin   hansı 

163



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə