Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə52/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   48   49   50   51   52   53   54   55   ...   243

Dildə tam və natamam mənalı sözlər də omonimlik təşkil 

edə   bilir.   Bu     hadisə   özünü   konversiya   şəklində   göstərir,   yəni 

müəyyən  bir   söz  öz  fonetik  tərkibini  dəyişmədən  müxtəlif   nitq 

hissələrinə daxil ola bilir. Doğrudur, nitq   hissələri yalnız leksik 

kateqoriya deyildir, lakin əsas və köməkçi nitq hissələri başlıca 

olaraq,   leksik   prinsip   üzrə   aparılmış   bölgü   olduğundan   bu   cür 

omonimlikdən də danışmaq mümkündür.

Pyesdə bəzi sözlərdən həm müstəqil mənalı leksik vahidlər, 

həm də köməkçi söz – ədat kimi istifadə edilmişdir. Məsələn, 

elə 


və 

qoy


 sözləri həm müstəqil nitq hissəsi (əvəzlik və fel), həm də 

ədat,  


yaxşı

  sözü   həm   sifət,   həm   də   ədat   kimi   işlənmişdir. 

Əslində,   omonimliyin   bu   yolu   da   çoxmənalılıqla   bağlıdır,   lakin 

burada səs tərkibi etibarilə eyni olan sözlərdən ədat olanlar öz 

leksik mənalarını  itirmiş  və onlarda   yalnız  qrammatik mənalar 

qalmışdır.

Pyesdəki   omonimlərin   çoxu   mənşəcə   müxtəlif   sözlərdən 

əmələ   gəlmişdir.   Belə   omonimlərin   dilimiz   üçün   qiymətli 

cəhətlərindən   biri   onların   əsasən   xalis   Azərbaycan   sözlərindən 

ibarət olmasıdır. Pyesin dilində təsadüf olunan bu cür omonim 

sözlərin əksəriyyəti qədim tarixə malik olub, leksik-qrammatik yol 

ilə əmələ gəlmişdir. Məsələn: 

ay

 (30 gün) – 



ay

! (nida), 

at

 (heyvan 



adı) –  

at(maq)


,  

qan


  (cisim) –  

qan(maq),

 

qıl


  (cisim) –  

qıl(maq)


dolu


  (buz dənəsi) –  

dolu  


(sifət),  

daş


  (cisim) –  

daş(maq)


,  

iç - 


iç(mək)

,  


yaz – yaz

(maq),  


yan

  (tərəf) –  

yan(maq)

,  


sarı

  (rəng) – 

sarı

 (tərəf), 



gül – gül(mək)

sağ



 (tərəf) – 

sağ


 (salamat) və s.

Mənşəcə müxtəlif sözlərdən ibarət olan omonimlərin bir qismi 

alınma  sözlərin köməyi ilə əmələ gəlmişdir. Bunları da  iki qrupa 

ayırmaq olar.

a) xalis Azərbaycan sözü ilə alınma sözün omonimliyi: 

barı 


(a. ədat) –  

barı


  (f. hasar),  

çay


  (a. axar su) –  

çay


  (çincə bitki 

adı), 


damaq 

(a. ağızda üzv) – 

damaq

 (f. kef) və s.



b) alınma sözlərin omonimliyi: 

divan


 (ə) – hökümət və cəza 

mənalarında,  

nişan

  (f) – orden və əsər-əlamət mənalarında və 



s.

100


100

  

 

 

 



   

   


 

.

Омонимлик пйесин дили цчцн о гядяр дя сяъиййяви дейилдир



150


SİNONİM VƏ ANTONİM SÖZLƏR

Əsərin   bədiilik   məziyyəti   söz   və   ifadələrin   düzgün   seçilib 

işlədilməsi,   məna   və   üslubi   tələbə   müvafiq   dil   vahidlərindən 

istifadə edilməsi ilə müəyyənləşir. Bu isə sinonimlik məsələsi ilə 

möhkəm bağlı olub, sinonim cərgəyə daxil olan söz və ifadələrdən 

ən   münasiblərini   seçib   götürmək   deməkdir.   Bədii   dilin   tədqiqi 

stilistik   cəhətlərin   öyrənilməsi   istiqamətində   aparıldıqda 

sinonimlikdən yan keçmək olmaz. Çünki sinonimlik üslubiyyatın 

əsasını təşkil edir  və üslubiyyatla  bağlı  tədqiqatın mərkəzindən 

qırmızı xətt kimi keçir.

101

Sözlərin sinonimliyi insan təfəkkürünün inkişafı ilə əlaqədar 



yaranır,   bu   və   ya   digər   predmetin,   hadisənin   yeni   cəhətlərini 

kəşf   etmək,   öyrənmək   və   adlandırmaq   cəhdinin   nəticəsi   kimi 

meydana   çıxır.   Elə   buna   görə   də   sinonim   sözlərin   müəyyən 

cərgələrini mütləq və ya tam (absolyut) sinonimlər  adlandırıb, 

onların nə məna, nə də ekspressivlik cəhətdən fərqlənmədiklərini 

iddia etmək doğru deyildir. Formaca müxtəlif, mənaca eyni olan 

sözlərə «Dağılan tifaq» pyesində də rast gəlirik. Məsələn: 

libas – 


paltar, mədəd – kömək,   qələt – səhv

  və s. Bu sözlərin əlavə 

məna çalarları olmasa da, bunlar üslubi keyfiyyətcə bir-birindən 

fərqlənir. Məsələn, əsərin yarandığı dövrdə 

paltar, kömək, duaçı 

sözləri   sadə   danışıq   dilinə,  

libas,   mədəd,   duagu

  sözləri   isə 

əsasən kitab dilinə məxsus idi. Həyat həqiqətlərinə sadiq qalan 

yazıçı öz dilində  

libas

, surət dilində  



paltar

; Mirzə Bayram kimi 

dindar   və   «alim»   şəxsin   dilində  

duagu


,   Nazlı   xanımın   dilində 

duaçı


 sözünü işlətmişdir ki, bu sözlərin fərqli üslubi imkanları da 

bu cür üslubi məqamlarda özünü doğruldur. Müəllif, Nəcəf bəyin 

dilində 

qardaş


, Nəcəf bəyə gəlmiş məktubun dilində rəsmi sənəd 

üslubunun   xüsusiyyətləri   ilə   əlaqədar  

bəradər

  sözünü   işlədir; 



yaxud Nəcəf bəy danışarkən  

borc


  sözünü işlədir, Məşədi Cəfər 

üçün vekseldə 

qərz

 sözünü yazır; eləcə də Həmzə bəyin dilində 



101

  .  .                  . 

   

 

 



.

И Р Г а л ь п е р и н Очерки по стилистике английского языка  

, 1958, 

Москва


.26.

сящ


151


Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə