Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə51/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   47   48   49   50   51   52   53   54   ...   243

S   ə   l   i   m       b   ə   y.    

Həmzə,     heç     Nəcəfin     Tirməsini 

görübsənmi? Qəribə tuladır, s a n a  t u l a  d e y i r ə m, daha bil  

nədir, bir at əvəzi.

  (9)

Tula


  sözü başqa sözlərlə elə əlaqələndirilmişdir ki, hər iki 

məna çox aydın başa düşülür. Hətta Həmzə bəy özü də təhqir 

edildiyini anladığı üçün «tula özünsən, ağzıyın sözünü bil» - deyə 

pərt   halda   cavab   qaytarır.   Yazılı   ədəbiyyatımızda   ilk   dəfə 

Haqverdiyevdə   rast   gəldiyimiz   bu   üsuldan   şeir   və   nəsr 

əsərlərində indi də istifadə olunur.

Ə.Haqverdiyev   sözün   mənasına   diqqətlə   yanaşmış,   hər 

hansı bir anlayışı ifadə etmək üçün hansı sözün yararlı olduğunu 

və hansı sözü seçib götürmək lazım gəldiyini əvvəlcədən ölçüb-

biçmiş, dəqiq müəyyənləşdirmişdir. Məsələn, Nazlı xanım pyesdə 

bir dəfə də olsun ərinin adını demir; onun dilində 

kişi, bizim kişi, 

yolu   yumrulmuş

  söz   və   ifadələri   «Qəhrəman   bəy»   sözünün 

perifrazlarıdır. Məlumdur ki, keçmişdə qadınlar kütləvi yerlərdə 

öz ərinin adını deməkdən çəkinərdilər. Bu hadisə öz izlərini hələ 

indi də saxlamışdır. Dildə tabu adlanan bu hadisənin qədim tarixi 

vardır və buna görə də obrazın danışığına milli kolorit verir. Ədib 

obrazların dilində sonralar da bu cəhətə fikir vermiş, hətta bu 

sahədəki zərərli mühafizəkarlığı «Xəyalat» pyesində açıq şəkildə 

pisləmişdir.   Hətəmxan   ağanın   Mirzə   Fətəliyə   dediyi   aşağıdakı 

sözlər onun (Hətəm xanın) bu məsələdə qatı mühafizəkarlığını 

öz dili ilə ifşa edir:

H ə t ə m x a n   a ğ a. 

…hələ bunlar hamısı bir kənara, 

sən mənim özümü məsxərəyə qoyubsan, bu heç, bu övrət-uşaq 

ilə  nə  işin  var?  Sən  özün  hərçənd  müsəlmanlıqdan  kənar  bir  

adamsan,  amma  genə nə qədər olsa,  sənin  qanın  müsəlman  

qanıdır;  heç sənə  müsəlmanın  ismətinə  toxunmaq  yaraşarmı? 

Qardaş, niyə mənim övrətimin, qızımın adını camaat bilsin? Eyb 

olsun sənin üçün, çox eyb olsun! 

Ə.Haqverdiyevin   pyeslərində   ayrıca   tədqiqə  ehtiyacı   olan 

belə   səciyyəvi   cəhətlər   çoxdur.   Burada   isə   sözün   rəngarəng 

məna   xüsusiyyətlərinin   təzahür   tapdığı   şəkil   və   mənaca 

fərqlənən söz qruplarına diqqət yetirməklə kifayətlənəcəyik.

Məlum olduğu kimi, sözlər yaranarkən təkmənalı olur, lakin 

təfəkkür   inkişaf   etdikcə   yeni   məfhumlar   dərk   edilir   və   həmin 

147



məfhumlara   ad   vermək   lazım   gəlir;   nəticədə   bəzən   oxşar 

əlamətli müxtəlif məfhumlar eyni səs kompleksi ilə adlandırılır 

və,   beləliklə,   çoxmənalılıq   yaranmış   olur.   Başqa   cür   desək, 

sözlərdə çoxmənalılıq hər hansı əşya, hadisə, əlamət, hərəkət və 

sairi   adlandıran   səs   kompleksi   müxtəlif   cəhətdən   oxşarlıq 

əsasında   başqa   əşya,   hadisə,   əlamət,   hərəkət   və   sairə   aid 

edildikdə özünü göstərir.

Eyni   səs   kompleksinə   malik   olub,   oxşar   hadisə   və 

predmetləri   ifadə   etmə   xüsusiyyəti   xalq   dili   üçün   son   dərəcə 

səciyyəvi   olduğundan   və   başqa   sahələrdə   olduğu   kimi,   bu 

sahədə də ədib istinad nöqtəsi kimi xalq dilini, xalq ifadə tərzini 

əsas   götürdüyündən   pyesin   dilində   çoxmənalılıq   bədii-üslubi 

formanın   təbii   tərkib   hissəsi   kimi   çıxış   edir.   Məsələn,   insanın 

məlum   orqanını   bildirən  

ağız

  sözündən   müəyyən   cəhətlərinə 



görə  yaxın   olan   müxtəlif  predmetləri  adlandırmaq   üçün   yazıçı 

ustalıqla istifadə etmişdir:

Görürəm,   elə   günə   düşübsən   ki,   az   qalırsan   it   yeyən  

çörəyin də parasını İtin ağzından alıb yeyəsən

. (50)  

E l   a ğ z ı  

– ç u v a l  a ğ z ı; bir azdan sonra eşidərsən, aləm danışacaqdır  

ki, Nəcəf bəy Mirzə Bayrama at bağışlayıb

. (18) 

Qurbanım olum, 



qorxmagilən, y a z    a ğ z ı d ı r, Adam qarışıq-quruşuq yuxular  

görür.


 (28)

Bu cümlələrdə 

ağız

 sözü 


itin ağzı, el ağzı, çuval ağzı, yaz 

ağzı  


kimi insan ağzı ilə müxtəlif cəhətdən oxşarlıq təşkil edən 

məfhumları birləşdirmişdir. 

El ağzı

 və 


çuval ağzı

 birləşmələrində 

həcmcə oxşarlıq vardır: çüval ağzı böyük olduğu kimi, məcazi yol 

ilə elin sözünün qüvvətli və qüdrətli olduğu göstərilmişdir.  

Yaz 

ağzı,   itin   ağzı



  və   başqa   bir   cümlədə   işlədilmiş  

xəncərin


 

ağzı 


birləşmələrindəki 

ağız


 sözündən insan ağzı ilə vəzifə və müəyyən 

dərəcə quruluşca oxşarlıq əsasında istifadə edilmişdir.

Ayaq

  (insan   ayağı,   it   ayağı),  



baş

  (insan   başı,   barmağın 

başı,   dağın   başı),  

təpə


  (insanın   təpəsi,   dağın   təpəsi),  

para 


(hissə, bölük; bəzi, bir qisim) və s. sözlərin çoxmənalılığından da 

bu cür istifadə edilmişdir. Pyesdə çoxmənalılıq, başlıca olaraq, 

xalis Azərbaycan sözlərinə aid  olub, asan və tez anlaşılması ilə 

səciyyələnir. 

148



Nəcəf bəyin dilindəki: 

Xudadan istərdim bu saat bu sözləri 

deyən şair mənim yanımda olaydı.

  (6);  


Əlacım ona qalıbdır ki, 

həmişəlik göndərim kəndə, gedib orada işləsin, bəlkə axırı bir  

yana   çıxa

  (15)   –   cümlələrindəki   böyür,   tərəf   və   frazeoloji 

mühitdə sənət, peşə mənaları ifadə edən 

yan


 sözünün mənaları 

arasında əlaqə çətin seçilsə də, hər halda hiss olunur və ona 

görə   də   həmin   söz   çoxmənalı   söz   kimi   çıxış   edir.   Lakin 

«Xudavəndi-aləm…   övladınızı   yer   və   göy   bəliyyatından   hifz 

eləsin»

 (17). 


«Göy təpənin altından bulaq axır»

 (38) – cümlələ-

rindəki səma mənasında  

göy


  sözü ilə, rənglərdən birini bildirən 

göy


 sözü arasında məna əlaqəsi o qədər zəifləmişdir ki, bunların 

bir   mənşədən   olduğu   çətin   hiss   edilir.   Beləliklə,   pyesdə   səs 

tərkibi etibarilə eyni, mənaca tamamilə müxtəlif predmet, əlamət 

və hadisələri bildirən sözlər də müəyyən yer tutur. Belə sözlər 

arasında məna əlaqəsi ya hiss olunmur, yaxud da çox çətinliklə 

sezilir; ona görə də belə sözlər artıq çoxmənalı deyil, omonim 

hesab olunur.

Pyesdəki omonim sözlərin bir qismi çoxmənalılıq əsasında, bir 

qismi qohum olmayan sözlərin eyni şəklə düşməsi yolu ilə əmələ 

gəlmişdir.

Məlum   olduğu   üzrə,   bu   və   ya   digər   sözün   müxtəlif 

mənaları   öz   aralarında   müəyyən   bir   ümumilik   saxlayıb   əsas 

mənadan az-çox uzaqlaşsa da, əsas məna ətrafında  qruplaşırsa 

– biz sözün çoxmənalılığı ilə, ayrı-ayrı mənalar əsas mənadan 

daha   çox   uzaqlaşdıqda   və   onunla   əlaqəni   tamamilə   kəsərək 

yalnız   fonetik   tərkibcə   uyğunluq   saxladıqda   –   ononimliklə 

rastlaşırıq.

99

  Məsələn,   zahirən  



«…davada   qolunu   ha   belə 

qatlayıbsan ki, bəs qolum çolaq olub»

  (11) – cümləsindəki  

qol 


sözü   ilə  

«Mən   Nəcəf   bəy   Çaybasarski   qol   yazdım»

  (51)   – 

cümləsindəki 

qol

 sözləri arasında yaxınlıq, çoxmənalılıq duyulur. 



Əslində isə insan bədəninin bir üzvünü bildirən və imza mənası 

ifadə   edən   bu   sözlər   ayrı-ayrı     məfhumların   ifadəçiləri   olub, 

semantik əlaqəni kəsmiş və omonimləşmişlər. Pyesdə doğru və 

hamar yer, səhra mənalarında 

düz

 sözü də belədir.



99

 

.:  



Бах

.              . 

   

 



, 1947,


Р Б у д а г о в Слова и его значение изд ЛГУ

 

 .20.



сящ

149



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə