Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə54/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   50   51   52   53   54   55   56   57   ...   243

Əsərdə bəzən eyni köklü sözlərin (

«B ə y,  namus bir  b ə y 

z a -     d ə l ə r d ə deyil

»,  (35),  küll  ilə  cüzün (

…şəhərdə 

qalsa  cahıl-cuhul  yoldaşları  bilmərrə o d u n u,   o c a ğ ı nı  

söndürərlər

) sinonimliyindən də istifadə edilmişdir.

Pyesdəki sinonim sözlərin hamısı eyni mənşədən deyildir. 

Predmet   və   hadisələrin   əlavə   xüsusiyyətlərini   əhatə   etmək, 

obrazların   xarakter   və   dünyagörüşünə   uyğun   sözlər   seçmək 

ədibdən müxtəlif mənşəli sözlər işlətməyi tələb etmişdir. Lakin 

mənşəcə   fərqlənmələrinə   baxmayaraq,   bu   sözlərin   əksəriyyəti 

ümumişlək   sözlərdən   ibarətdir.   Əsərdəki   sinonim   cərgələri 

mənşə mənsubiyyətinə görə aşağıdakı kimi qruplaşdırmaq olar:

Xalis Azərbaycan sözlərindən ibarət olanlar: 

ər – kişi, ürək – 

könül,   tay-tuş   –   yoldaş,     danışmaq   –   demək   –   söyləmək, 

əyləşmək – oturmaq, çolaq – axsaq – şalaq

; xalis Azərbaycan və 

ərəb  sözlərindən: 

ev – imarət, söz – kəlmə, güc – qüvvət, yuxu – 

vaqiə

; xalis Azərbaycan və fars sözlərindən: 



bağ

 - 


bənd, torba - 

kisə, qıraq - kənar,  pis - bəd

;  xalis   Azərbaycan,   fars  və  ərəb 

sözlərindən:  

yazıq – binəva -   fəqir

;  ərəb   sözlərindən

: tövr – 

halət, qəzəb – qeyz, vəqt – vədə – əyyam

; fars sözlərindən: 

dost 


– aşna

; ərəb və fars sözlərindən:  

ruh – can, təqsir

 

– günah, 



zəmanə – ruzgar, axirət – gor

 və s.


Məlumdur ki, omonimlərdən fərqli olaraq, sinonim cərgəyə 

daxil olan sözlər mütləq eyni bir nitq hissəsinə mənsub olmalıdır. 

Nitq   hissələrinə mənsubiyyətinə görə pyesdə sinonim cərgələr 

içərisində   başlıca   yeri   feli   və   ismi   sinonimlər   tutur.   Buna 

baxmayaraq, digər nitq hissələrinin sinonimliyi də müəyyən rola 

malikdir. Komponentlərin nitq hissələrinə mənsubiyyətini nəzərə 

alaraq   sinonim   cərgələri   aşağıdakı   qruplara   ayırmaq   olar. 

İsimlərdən ibarət olanlar: 

bədən – vücud, bəla – dərd – qəm, dünya 

– aləm, biyaban – düz – çöl, qəpik – quruş, daş – qaya, əməl – iş,  

kam – arzu – təmənna, sinə – döş, saç – tel, təvəqqe – xahiş, əlac – 

çarə


; sifətlərdən

: doğru – düz, gözəl – göyçək, hali – xəbərdar

saylardan: 



birinci – əvvəlinci, bir – tək, yarı – para

; əvəzliklərdən: 

bi-

risi – kim isə, neçə – nə qədər



; fellərdən:  

qatlamaq – bükmək, 

qışqırmaq – çığırmaq, dayanmaq – durmaq, daxil olmaq -  girmək, 

döşənmək – sərilmək, dutmaq – yapışmaq, vurmaq – yamamaq, 

yetmək – çatmaq, yüyürmək – qaçmaq, yerimək – getmək, baxmaq 

155



– görmək

; zərflərdən: 

əbəs – nahaq, bəri – bura,  yavaşca – ahəs-

tə-ahəstə, sağ – salamat, tez – tezliklə – tez-tez;

  qoşmalardan: 

başqa – özgə – savayı, əqdəm – qabaq – irəli, görə – ötrü – üçün,  

sarı – tərəf; 

 ədatlardan: 

ha – ki, xub – yaxşı 

və s.


* * *

V.İ.Lenin   məktublarının   birində   Qorkiyə   yazırdı:   «Həyat 

ziddiyyətlərlə irəliləyir və canlı ziddiyyətlər insan ağlının əvvəlcə 

zənn etdiyindən qat-qat zəngin, çoxcəhətli və məzmunludur».

103 

Qat-qat   zəngin   olan   həmin   ziddiyyətlər   dildə   öz   ifadəsini   çox 



vaxt antonim sözlərin vasitəsilə tapır. Əks, zidd, qarşı məna və 

məfhumları   ifadə   edən   antonim   sözlər   bədii   əsərdəki   fikrin 

zənginliyini,   dəqiqliyini,   təsirliliyini   təmin   edən   lüğəvi 

vahidlərdəndir.   Burada   əks   mənalar   «bir-birinə   zidd     olan 

məfhumları   vahid   bir   bütöv   şəklində   birləşdirməklə»

104 


təfəkkürümüzün abstraksiyanın yüksək pilləsinə qalxdığını göstərir.

  «Dağılan   tifaq»  pyesində   ziddiiyyətli   hadisələrin  bir   çox 

növünə   –  ictimai,   fərdi,   ailə-məişət   ziddiyyətlərinə   təsadüf 

olunduğu   üçün   bunların   əksər   hallarda   əsas   ifadəçiləri   olan 

antonim   sözlər   də   müxtəlif   sahələrlə   bağlı   olub,   müxtəlif   tipli 

əks,   zidd,   qarşı   cəhətləri   bəzən   təzadlı,   bəzən   də   nisbi 

ziddiyyətlərlə əks etdirir.

Dramaturq,   antonim   sözlərdən   istifadə   edərək,   obrazın 

mənəvi aləmini, həyat hadisələrinə münasibətini və bu hadisələri 

necə  qiymətləndirdiyini   müvəffəqiyyətlə  açıb   göstərə   bilmişdir. 

Nəcəf  bəy  bəzən   dialektik   düşünür   və  həyatdakı   ziddiyyətlərə 

təbii gözlə baxır. O, övladın bacarıqlısı və bacarıqsızı olduğunu 

yaxşı dərk edir, lakin bu zidd cəhətin əsl kökü və səbəbələri ilə 

maraqlanmadığı   kimi,   bu   barədə   tədbir   görməyi   də   ağlına 

gətirmir.   Övlad   üçün,   gələcək   nəsil   üçün   sərvət   toplamaq, 

ehtiyat görmək onun fəlsəfəsinə görə mənasız bir işdir, çünki 

«oğulun   y a x ş ı s ı   özü də qazanar, ataya möhtac olmaz. 

Oğulun  p i s i n ə həmçinin ata malı lazım deyil»

. (5)

103


  .  .          . 

, 34-  


.140.


В И Л е н и н Ясярляри

ъц ъилд сящ

104

  .  .              . 



 

 



, 1956, 

.140.


Р А Б у д а г о в Дилчилийя даир очеркляр Бакы

сящ


156


Pyesdə   əksinə   vəziyyətə   də   təsadüf   edilir.   Bəylər   öz 

mənafeləri   xatirinə   həyatdakı   obyektiv   ziddiyyətlərin   inkarına 

çalışırlar. Həmzə bəyin fikrincə, «qoca» və «cavan» məfhumları 

nahaq  yaranmışdır,  çünki həyatda  qoca  və  ya  cavan adamlar 

yoxdur; buna görə də insanın saqqalının ağ və ya qara olması da 

əhəmiyyətsizdir. Bu iddia səbəbsiz deyildir. Həmzə bəy çox qoca 

olduğu üçün bəylər ona qumardan əl çəkməyi məsləhət görürlər, 

lakin qumarbazlıq onun sümüyünə, iliyinə elə işləmişdir ki, o bu 

xəstəliyə elə tutulmuşdur ki, qocalığına baxmayaraq, bu yoldakı 

bütün maneələri dəf etməyə hazırdır. Buna görə də «qoca» və 

«cavan»   məfhumlarını   istədiyi   kimi   yozmağa   çalışır,   insanları 

qoca və cavan deyil, naxoş və salamat olmaqla iki qrupa ayırma-

ğı daha düzgün hesab edir:

H ə m z ə  b ə y.  Dünyada q o c a  və  c a v a n  nə gəzir? 

Mənim barəmdə, dünyada nə  q o c a  var,  nə  c a v a n;  bir  n a x 

o ş  var, bir  s a l a- m a t. Saqqalın çox da olsun  a ğ, canın ki oldu 

s a l a m a t, oldun  c a v a n. Ya saqqalın oldu  q a p q a r a şəvə 

kimi, elə ki g e c ə l ə r     s ü b h ə d ə k  öhö… öhö… öhö… 

(öskürür) atıcı kimi pambıq atdın, oldun  q o c a.(8)

Dramaturq   antonim   sözlər   vasitəsilə     obyektiv   aləmdəki 

ziddiyyətləri, cəmiyyətin inkişafı ilə əlaqədar   yaranmış təzadlı 

vəziyyəti   müvəffəqiyyətlə   təsvir   edə   bilmişdir.   XIX   əsrin 

sonlarında   - 80-ci  illərdə   Azərbaycanda kapitalizmin inkişafının 

nisbətən   sürətlənməsi mülkədar təsərrüfatının   iflasını da xeyli 

sürətləndirirdi.   Mülkədarlar iflasa uğradıqca   Məşədi Cəfər kimi 

tacirlər daha da varlanır, Cavad kimi yeni tacirlər meydana çıxırdı. 

O   dövrün   hadisələrinin   real   təsvirini   verən     «Dağılan   tifaq» 

pyesində  həmin proses Əbdülün dili ilə  belə ümumiləşdirilmişdir:

Ə b d ü l. Budur, mən səkkiz ildən artıqdır ki,  g e t m i ş ə 

m  İrana. İndii  q a y ı d ı b nələr görürəm?   Heç keçən ozalar 

yoxdur…   Çox   namərddir   bu   dünya,   heç   ona   etibar   eləmək 

olmaz. Cavadı ki tanıyırsınız. Mən buradan gedəndə  onu  n ö k 

ə r  qoyub getmişəm, indi gəlib  s ö v d a g ə r  görürəm. (55)

Bu   sözlərlə   Cavadın     nökərçilikdən   tədricən   sövdagərliyə 

yüksəlməsi   aydın   olursa,   Məşədi   Cəfərin   Nəcəf   bəyə   girovsuz 

borc   vermək   istəməməsinin   səbəbini     aydınlaşdıran   aşağıdakı 

157



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə