üzvü olursa, həmin sözə müvafiq gələn, onun ekvivalentini təşkil
edən frazeoloji vahid də o sözün işləndiyi cümlə üzvü vəzifəsində
çıxış edir. Hətta dildə elə frazeoloji vahidlər vardır ki, onların
leksik qarşılıqları – ekvivaleniləri yoxdur və ona görə də belə
frazeoloji vahidlər
leksik frazeoloji vahid
adlandırılır. Beləliklə,
mənaca oxşarlıq, nominativlik leksik və frazeoloji vahidlərin
qrammatik vəzifə oxşarlığına gətirib çıxarır: leksik vahidlər kimi,
frazeoloji vahidlər də müəyyən qrammatik kateqoriyalar üzrə
qruplaşır. Elə bunun nəticəsidir ki, dilçilik ədəbiyyatında frazeoloji
vahidlərin nitq hissələri üzrə qruplaşdırılması artıq bir ənənə halını
almışdır.
109
Pyesdəki frazeoloji vahidləri iki qrupa ayırmaq olar: 1. İsmi
frazeoloji vahidlər; 2. Feli frazeoloji vahidlər.
İsmi frazeoloji vahidlər dedikdə, fel müstəsna olmaqla,
digər əsas nitq hissələrinə ekvivalent olan frazeoloji vahidlər
nəzərdə tutulur. Ona görə də ismi frazeoloji vahidlər daxili
qruplara ayrılır.
«Dağılan tifaq»ın dilindəki ismi frazeoloji vahidlərin bir
qismində tərəflərin məna məcmusu adi isimlərə ekvivalent olub,
frazeoloji vahid ümumilikdə əşya məzmunu ifadə edir. Belə sabit
birləşmələrdə tərəflərin hansı nitq hissəsi ilə ifadə olunması şərt
deyildir. Xüsusən birinci tərəf müxtəlif nitq hissələrindən ibarət
ola bilir.
Əsərdə isimlərin isimlərlə əlaqəsi yolu ilə yaranmış ismi frazeoloji
vahidlər daha çox nəzərə çarpır. Belə birləşmələrin əmələ gəlmə üsulu
ikidir:
a) ikinci növ təyini söz birləşməsi şəklində:
ümid yolu,
dostluq binası, mədəd əli, səbr kasası, ahü nalə yiyəsi
və s.;
109
.: . . . .
Бах С М у р т у з а й е в М Ф Ахундовун комедийаларынын дил
вя цслуб хцсу
,
, 1962,
.62-105; . .
сиййятляри Бакы
сящ
Щ Б а й р а м о в Сабит
, «
сюз
бирляшмяляри
Мц
асир
Азярбайъан
дилиндя
сюз
»,
.
,
;
бирляшмяляри Азярб ССР ЕА Ядябиййат вя Дил институту Бакы
1961,
.101-130; . .
сящ
Р М я щ я р р я м о в а Сабирин сатираларында
.
.
ишлянмиш фразеоложи ифадялярин грамматик тяснифи Азярб
,
.
.
, 1962, 5 .
ССР ЕА хябярляри иът елм серийасы
№ вя с
164
b) üçüncü növ təyini söz birləşməsi şəklində:
dünyanın işi,
dünya ləzzəti, gözümün tikənəcəyi, abrın qədr-qiyməti
və s.
Obrazların dini dünyagörüşünə uyğun olaraq qurulmuş
allah divanı, allahın odu, qiyamət günü, tanrı bəndəsi, axirət
xeyri, dünya xeyri, şeytan əməli
və s. kimi sabit birləşmələr də
isimlərin əlaqəsi yolu ilə əmələ gəlmişdir.
İsmə ekvivalent olan frazeoloji vahidlərin bir qismi birinci
növ təyini söz birləşməsi şəklində formalaşmışdır. Belə
birləşmələrdə birinci tərəf sifətlərdən ibarətdir:
ağ gün, qara
gün, yaman gün, ucuz ölüm, sağ can, axmaq iş, axmaq söz
və s.
İsmi frazeoloji vahidlərin bir qrupu sifətlərə ekvivalent olub
əlamət, keyfiyyət bildirir. Pyesdə bu qəbildən olan frazeoloji
vahidlərdə gözə çarpan əsas cəhət onların birinci tərəfinin
əksərən mənsubiyyət şəkilçili olmasıdır. Məsələn:
üzü qara,
yurdu kor, evi yıxılan
və s. Belə frazeoloji vahidlərdə ikinci tərəf
feli sifətdən ibarət olduqda ifadə adi sifətlər kimi substantivləşə
bilir; məs:
Allah, mənim balalarımı d ü z d ə q o y a n ı n balalarını
düzdə qoy!
(32)
Elm oxuyanlar gərək korlara göz, q a r a n l ı q d a
q a l a n l a r a çıraq olsunlar.
(«Bəxtsiz cavan»)
Bunlardan əlavə, pyesdə sayların, nidaların isimlərlə
(
milyon sahibi, aman günü
və s.), mənsubiyyət şəkilçili isimlərin
feli sifətlə
(yurdu itmiş, oğlu ölmüş
və s.) əlaqəsi yolu ilə əmələ
gələn ismi frazeoloji vahidlərə də təsadüf olunur.
Qeyd etdiyimiz frazeoloji vahidlərlə yanaşı, əsərdə işin, hərəkətin
əlamətini, zamanını, səbəbini bildirən sabit birləşmələr də vardır.
Məsələn:
a) hərəkətin tərzini bildirənlər:
it günündə, əli dolu, başı
ətli, it ayağı yemiş kimi
və s.;
b) hərəkətin zamanını bildirənlər:
başını yerə qoyan kimi
(ölən kimi),
sinəmdə qalan xırda quru nəfəs çölə çıxınca
(ölən
kimi) və s.;
c) hərəkətin səbəbini bildirənlər:
qız üstündə, mənim yolumda
və s.
Oğlunu q ı z ü s t ü n d ə dəllək İmamverdinin oğlu Kərim öl-
dürdü.
(57)
…dedim bunlar m ə n i m y o l u m d a canlarından da
keçərlər.
(33)
165
Feli frazeoloji vahidlər həm kəmiyyətinə, həm də məna
rəngarəngliyinə görə pyesin frazeoloji tərkibində böyük üstünlük
təşkil edir. Bu qrupa daxil olan frazeoloji vahidlərin məna
məcmusu hal, hərəkət bildirir və frazeoloji mənanın
formalaşmasında fel, komponentlərdən biri kimi, aparıcı rol
oynayır. Lakin faktlar göstərir ki, frazeoloji vahidlərin əmələ
gəlməsində bütün fellər eyni dərəcədə fəal deyildir. Məsələn,
pyesdə
de
felinin iştirakı ilə formalaşmış bir-iki frazeoloji vahidə
təsadüf olunursa,
qoy
feli ilə:
dostluq binası qoymaq, zarafatı
yerə qoymaq, ad qoymaq, qumarı yerə qoymaq…
kimi 30,
ver
feli
ilə:
bada vermək, güdaza vermək, ələ vermək, qulaq vermək,
qulaqburması vermək, ağıl vermək, gün vermək, təskinlik
vermək…
kimi 31 müxtəlif feli frazeoloji vahid işlənmişdir. Bunlarla
yanaşı
, qal, tut, düş, çək, gör, çıx
və s. fellər də frazeoloji vahid
tərkibində çox fəaldır.
110
Əvvəlcə qeyd olunduğu kimi, feli frazeoloji vahidlərin əsas
komponenti feldən ibarət olur, lakin frazeoloji vahidin əmələ
110
Бязян ол, ет, еля фелляринин дя сайсыз-щесабсыз фразеоложи
ващидлярин формалашмасында фяал иштирак етдийи гейд олунур.
Мясялян, С.Муртузайев М.Ф.Ахундовун комедийаларында ет//еля
фелляри иля дцзялян 231, М.Б.Мяммядов Н.Няримановун няср
ясярляриндя 305 фели фразеоложи ващид
ишляндийини эюстяр-
мишдир (бах: М у р т у з а й е в, эюстярилян ясяр, сящ. 68; М. Б. М я м м я д
о в. Н.Няримановун няср ясярляринин лексика вя фразеолоэийасы,
нам. дисс., Бакы, 1964, сящ.135). Щятта гощум олмайан диллярдя - Щинд-
Авропа дилляриндя дя беля бир щал олдуьу эюстярилир. Мясялян, К. Т.
Б а р а н т с е в А.Кунинин «Инэилис дили идиомлары» лцьятиня
ясасланараг, инэилис дилиндя t o m a k e (етмяк) фели иля 108 идиом
ишляндийини гейд етмишдир. «Даьылан тифаг» пйесиндя тяркибиндя
ол фели олан: сюзц олмаг, хейир олсун, дили баьлы олмаг, уъа олмаг,
бядэцман олмаг, адам олмаг, мцряхясс олмаг, тянбещ олмаг, рущу
шад олмаг, ялаъы олмаг, хатиръям олмаг, вцсул олмаг… кими 96. ет,
еля фелляри олан: гялят елямяк, хятм елямяк, адам елямяк, фикир
елямяк, ярз елямяк, гуллуг етмяк, рядд елямяк, сябр елямяк, щифз
елямяк, кярамят елямяк, ряфтар елямяк, сющбят етмяк, хараб
елямяк… кими 68 дил ващиди саймышыг. Шцбщясиз, бунларын
щамысыны фразеоложи ващид щесаб етмяк олмаз.
166