Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə43/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   39   40   41   42   43   44   45   46   ...   243

 «Dağılan tifaq»ın lüğət materialının mənşəcə təhlili göstərir ki, 

Haqverdiyev xalq dilinin zəngin lüğət tərkibinə arxalanmış, ardıcıl və 

bəzən   paralel   fəaliyyət   göstərən   mürtəce   təmayüllərin   təsirindən 

uzaq olmuşdur. Bu isə   böyük Mirzə Fətəlinin milli dil sahəsində 

başlamış olduğu son dərəcə mütərəqqi bir işin çətin şəraitdə ardıcıl 

xətlə   ləyaqətlə   davam   etdirilməsi   idi:   «Haqverdiyev   öz   müəllimi 

Mirzə Fətəli Axundovun şərəfli ənənələrini davam etdirərək, burjua 

yazıçıları kimi yazmamış, geniş zəhmətkeş kütlələrin başa düşdüyü 

bir   dildə   yazmışdır.   O,   bizim   əsrin   I   rübündə   osmanlı   – 

Konstantinopol ləhcəsinin,  fars və ərəb dillərinin və ya rus ifadə 

formalarının   güclü   təsiri   altına   düşməyərək,   türk   –   Azərbaycan 

dialektinin tamamilə təmiz şəkildə saxlanmasına  nail olan tək-tək 

yazıçılardandır».

54

«Dağılan tifaq»ın lüğət tərkibinin mənşə mənzərəsini əks etdi-



rən cədvəl də  (cədvələ bax:)  ədibin milli   dilimizə xidməti barədə 

yuxarıdakı sözlərə haqq qazandırır. Yalnız bunu göstərmək kifayətdir 

ki,     pyesdə   işlənmiş   1332   sözün   729-u,   yəni   54,7   faizi   xalis 

Azərbaycan   sözlərindən   ibarətdir.   Sözlərin   təkrarən   işlənmə 

imkanlarını hesaba aldıqda bu sözlərin böyük üstünlüyü daha aydın 

görünür. Belə ki təkrarlarla birlikdə işlənmiş 7406 sözün 5412-ni, 

yəni 73 faizini xalis Azərbaycan sözləri təşkil edir. Bəzi məhəlli və 

arxaik sözləri, tipikləşdirmə məqsədi ilə işlənmiş beş-on alınma sözü 

nəzərə   almasaq,   pyesin   dilindəki   bütün   sözlər   ədəbi   dilimizdə 

sabitləşmiş sözlərdir.

Cədvəl üzrə pyesin lüğət materialını nəzərdən keçirdikdə alın-

ma sözlərin işlənməsinə dair bəzi xüsusiyyətlər özünü göstərir. Prof. 

H.Mirzəzadə Füzuli dilinin leksik tərkibindən danışarkən ərəb mənşəli 

sözlər içərisində «m» hərfi ilə başlayan sözlərin daha çox olduğunu 

qeyd etmişdir.

55

  Bu hal pyesdə də müşahidə olunur. Məsələn, 



g, p, 

ç, u


 hərfləri ilə başlayan ərəb mənşəli sözə təsadüf edilmədiyi halda, 

m

 ilə başlayan 54, 



ə

 ilə başlayan 41 ərəb sözü işlənmişdir (cədvəl № 

54

                    .



А з и з Ш а р и ф  

   


 

,  


.

Жизнь и творчество Ахвердова журн  

«Литератур

 

», 



ный Азербайджан 1936,  11-12, 

. 64.  



 

сящ


Ситатдакы диалект 

 

вя лящъя 



 

 

 



 

сюзляри цмумиййятля дил мянасында баша 

.

дцшцлмялидир



55

 

:  



 

 

 



 

,  


Бах Ядябиййат вя Дил институтунун ясярляри VIII 

,

ъилд  



 

 

 



, 1957, 

.177.


Азярбайъан ССР ЕА няшри

сящ


126


1-ə bax); 

m

 ilə başlayan 74 sözdən qalanı bunlardır: 



meşə, meyvə, 

məgər, mən, mənəm-mənəm, məngənə, milyon, mirvari, mişavıl, 

möhür, murov, murovluq, müftəxor

. Bunların da bir qismi fars, biri 

rus dilindən alınmış, yalnız bir neçə söz xalis Azərbaycan sözüdür. 

127



128


129


130


Bunun əksinə olaraq, 

g

 hərfi ilə başlayan 51 sözdən yalnız 



gədə, giriftar, girov, gor, guya, günah

 sözləri fars, 

gimnaziya

 rus 


dilindən alınmış, qalanı xalis Azərbaycan sözləridir, ərəb mənşəli 

söz   yoxdur,  

P

  ilə   başlayan   32   sözdən   yalnız   bir   neçəsi   fars 



dilindən   alınmamışdır:  

paltar,   pambıq,   papaq,   papiros,   parça, 

pəh-pəh,   pis,   pis-pis,   pişik

;  


x

  ilə   başlayan   sözlərdən:    

xan, 

xanım, xəncər



  sözləri alınma deyildir;  

ş

  ilə başlayan 24 sözdən 



14-ü ərəb, 5-i fars, yalnız 

şalaq, şaxımaq, şəvə, şıllaq, şüklətmək 

sözləri xalis Azərbaycan sözləridir;       

c

 ilə başlayan 22 söz içə-



risində  

cırmaq,   calamaq,   cərcənək

  alınma   de-     yildir;  

h

  ilə 



başlayan sözlər içərisində yalnız 

ha, ha-ha-ha, hamı,  hanı, hara, 

hey-hey, hırıldamaq, hökürmək, hürmək

 sözləri xalis Azərbaycan 

sözləridir. Bunlardan fərqli olaraq, 

a

 ilə başlayan 80 sözün çoxu 



(

a,   av,   avçı,   ata,   ağsaq,   axşam,   ağ,   ağarmaq,   ağac,   ağız, 

ağlamaq,   ağlıq,   ağlıya-ağlıya,   ağrımaq,   ad,   adlı,   az,   ay!,   ay, 

ayrılmaq, ayırmaq, ayrı, alın, alış-veriş, alışmaq, almaq, alt, altı, 

ana, and, anlamaq, ancaq, aparmaq, ara, araba, arzu, artmaq, 

artıq, asmaq, at, ata, atıcı, atlı, atmaq, ax!, axmaq, axtarmaq, 

axşam,   ah!,   açıq,   açmaq,   ac,   aşıq,   aşmaq

)   xalis   Azərbaycan 

sözüdür; 

b

 ilə başlayan 115 sözdən üç-dördü ərəb (



bilmərrə, bi-

na, bismillah

  və s.), qalanı xalis Azərbaycan və fars sözləridir. 

Fars sözlərinin çoxluğu 

bi

 ön şəkilçisi ilə bağlıdır. 



Q

 hərfi ilə baş-

layan   104   sözdən   dörddə   biri   alınma   olduğu   halda,  

ğ

  ilə 



başlayan   6   sözün   hamısı   (

ğeyz,   ğeyzlənmək,   ğeyri,   ğeyri-

mümkün, ğəzəb, ğəribə

) ərəb mənşəlidir.  

Ə

  hərfi ilə başlayan 



30 söz içərisində 

əyaq, əyin, əyləşmək, əymək, əyri, əl, əliboş, əlli, 

əlsiz-əyaqsız, ərik, əsirgəmək, əsmək, ər, ət, ətək, ətli 

sözləri xalis 

Azərbaycan,  

əgər, əncir

  sözləri fars, qalanı isə ərəb  mənşəlidir. 

Cədvəli   nəzərdən   keçirməklə   bu   barədə   daha   ətraflı   məlumat 

almaq olar.

ŞİVƏ SÖZLƏRİ

Keçən   əsrin   ikinci   yarısında   və   bizim   əsrin   əvvəllərində, 

milli   ədəbi   dilimizin   daha   çox   sabitləşdiyi   dövrdə   ümumxalq 

Azərbaycan dilinin qolları – dialekt və şivələr hələ böyük təsir 

gücünə malik idi. Ümumxalq dilinə əsaslanan hər bir yazıçı ədəbi 

dilimizi yeni söz və ifadələrlə zənginləşdirmək üçün doğulduğu 

131



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə