Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə41/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   37   38   39   40   41   42   43   44   ...   243

na

 (f a r s) və s. kimi bu gün çətin anlaşılan sözlər də vardır. Bu 

sözlər istifadədən tamamilə qalmışdır. Dramaturq bu cür sözləri 

pyesə obrazların dilini fərdiləşdirmək məqsədi ilə daxil etmişdir. 

Belə sözlərin çoxu, Haqverdiyevin özünün dediyi kimi, «varlıların 

ətrafında   fır-fır fırlanan», boş və mənasız, ictimai məzmundan 

xali mədhiyyələr yazmaqla məşğul olan dindar Mirzə Bayramın 

dilində işlənmişdir. Mirzə Bayram Hacı Nurunun xələfi deyil, rəqi-

bidir. Müəllif də Mirzə Bayram kimilərin kökünü kəsmək üçün on-

ların əsl simasını öz dilləri ilə açıb göstərmişdir. O özünü «alim» 

bir   sənətkar,   ərəb   və   fars   dillərinin   məşhur   bilicisi   kimi 

tanıtmışdır. Onun bu xasiyyətini bilən Nəcəf bəy də onunla onun 

«öz dilində» danışmağa çalışır. Nəcəf bəy özünün «əhvali-şərif» 

sualına eyni tərzdə qəliz cavab alır: «Lillahilhəmd,   səlamət və 

ağanın vücuduna  peyvəstə duagu varıq». Mirzə Bayram hətta 

bəzən suallara yad bir dildə cavab verir:

N ə c ə f  b ə y: 

Çox pis şeydir zarafat, belədirmi Mirzə?

M  i   r  z  ə    B a   y  r  a   m.  

Bəli, bəli! Düz buyurursunuz! 

Əzzərafate-miqrazül-məhəbbət

.

46



 (12)

 Yaxud: N ə c ə f   b ə y. 

Mirzə, bağışlaginən, …adət 

eləmişəm, axşam çayını şərabsız içə bilmirəm.

M i r z ə   B a y r a m.  

Bəli, əladətü kəttəbiəttüssaniyə

.

47 


(12)

Qəliz ərəb, fars sözlərinə bəzən köhnə ifadə və ibarələrin 

tərkibində də rast gəlmək olur. Bunlara baxmayaraq, pyesdə bu 

və ya digər səbəbdən işlənmiş çətin anlaşılan sözlər son dərəcə 

azdır və hər biri cəmi bir-iki dəfə işlənmişdir.

Ərəb və fars sözlərinin bir qismi (7, 6 faizi) dini sözlərdən 

ibarətdir. Məlumdur ki, dini sözlərin tarixi daha qədimdir və belə 

sözlər   ərəb   istilası   ilə   əlaqədar   dilimizə   başqa   söz   qruplarına 

nisbətən   daha   əvvəllər   daxil   olmuşdur.   «Kitabi-Dədə  Qorqud» 

dastanlarında   işlənmiş   ərəb   və   fars   sözləri   də   «…məzmun 

etibarilə   daha   ziyadə   dini   sözlərdir».

48

  Əsrlər   ötdükcə,   din 



46

 

 



 

.

Зарафат достлуьун гайчысыдыр

47

  

 



 

 

.

Адят икинъи хасиййят кимидир

48

 

.   .                       .   «



-

 

»



Проф Я Д я м и р ч и з а д я Китаби Дядя Горгуд  

 

».   . .



дастанларынын дили В И Ле

 

 



-

 

,



нин адына АПИ нин няшриййаты  

120



insanların iliyinə,  sümüyünə   yeridikcə  dini istilahlar  da  artmış, 

çoxalmışdır. XIX əsrin 80-ci illərində dini sözlərin müəyyən qismi 

ən zəruri işlək vasitələr idi və ona görə də o dövrün insanlarını 

ədəbiyyata   gətirərkən   onların   dilində   belə   sözlər   işlətməmək 

qeyri-mümkün idi. Elə buna görə də pyesdəki dini məfhumların 

ifadəçiləri   əsasən   çoxişlənən   sözlərdir:  

allah,   qiyamət,   quran, 

qurban, dua, şükür, iman, amin, axirət, bismillah-ir-rəhman-ir-

rəhim,   vallah,   ərrəhman,   əstəğfürullah,   ibadət,   ilahi,   inşallah, 

kövsər,   lillahilhəmd,   molla,   müctəhid,   nəzir,   rəhmət,   ruh, 

salavat, surə, tə`ziyə, fitrə, halal, haram, cəhənnəm, şeytan 

(ə r 


ə  b),  

namaz,  peyğəmbər, dərviş,  günah, behişt,  gor, möhür,  

pərvərdigar,   xuda,   xudavənd,   canamaz

  (f   a   r   s).   Bu   sözlərin 

çoxu   indi   artıq   dini   məzmununu   itirmiş,   ümumişlək   sözlər 

sırasında qeyri-dini çalarda işlədilməkdədir.

Qeyd   etməliyik   ki,   bu   cür   dini   sözlərin   işlədilməsində 

məqsəd   heç   də   dini   fikirlərin   təbliği   deyildir:   «Səlim   bəyin, 

Həmzə   bəyin   dinə   qarşı   etinasızlığı,   mömin   Mirzə   Bayramın 

tamahkarlığı   və   riyakarlığı,   Kərimin   «allahdan   qorxmayıb» 

intiqam alması və nəticədə allahın bəlasından asanlıqla yaxasını 

qurtarıb, Təbrizdə ticarətlə məşğul olması və sairə də göstərir ki, 

müəllifin məqsədi insanları heç də din və allah yoluna çıxarmaq, 

onları Nəcəf bəyin aqibəti ilə qorxutmaq deyildir, əksinə, din və 

mövhumat   boyası   altında   gizlənən   həyat   həqiqətini   ortaya 

çıxarmaq, bəyliyin tüfeyli təbiətini, vəhşiliyini, zorakılığını, əxlaqi 

miskinliyini göstərməkdir».

49

Ərəb   və   fars   dillərindən   alınmış   sözlərin   quruluşu   da 



maraqlıdır. Heç bir xalis Azərbaycan sözünə ərəb, fars şəkilçisi 

artırılmadığı halda, ərəb və fars sözləri Azərbaycan dili şəkilçiləri 

ilə   sərbəst   şəkildə   birləşərək   müxtəlif   düzəltmə   sözlərin 

yaranmasına səbəb olmuşdur. Ərəb və fars dillərindən alınmış 

sözlərdən aşağıdakı hallarda yeni sözlər düzəldilmişdir:

, 1959, 


.148.

Бакы


сящ

49

  .               .   «



 

»,   «


 

",   1950,

Ъ Ъ я ф я р о в Даьылан тифаг

Ядябиййат гязети

 

7(584).


121



1.   Ərəb   sözlərinə   Azərbaycan   dili   şəkilçiləri   artırmaqla: 

qeyz-lən(mək),   dövlət-li,   dua-çı,   əvvəl-inci,   əməl-li,   ləzzət-li, 

rəhmət-lik, səbir-siz, təskin-lik, şərab-sız, şikayət-çi;

 2. Fars sözlərinə Azərbaycan dili şəkilçisi artırmaqla: 

dost-

luq, rüsva-lıq, həmişə-lik



;

3. Ərəb və fars   ünsürlərinin  birləşməsindən  ibarət  olan 

sözlərə   Azərbaycan   dili   şəkilçiləri   artırmaqla:  

əhvalpürsan-lıq, 

biədəb-lik, biabru-çı-lıq

;

4. Fars dili söz və şəkilçiləri ilə: 



bi-abru, bi-kar, bi-nəva, bi-

huş, dər-gah, na-mərd, na-xoş, ruz-gar

;

5. Ərəb sözləri üzərinə fars şəkilçiləri artırmaqla:  



ba-səfa, 

bi-həya, qumar-baz, kam-yab, na-əlac, na-layiq, na-ümid, na-

həqq, na-məlum, seyrən-gah, xəbər-dar, hövl-nak

.

Ərəb və fars sözlərinin sintaktik yolla söz yaradıcılığında iş-



tirakının iki üsulu vardır:

1. a) alınma sözlərin Azərbaycan dili sözləri ilə birləşməsi yolu 

ilə: 

çayxana


 (af), 

bugün-sabah

 (aə); b) ərəb, fars sözləri ilə 

olmaq 


və  ya  

etmək  


sözünün   əlaqəsi   yolu   ilə:  

dostluq   eləmək,   rəftar 

eləmək, möhtac olmaq  

və  s.  Bu qəbildən olan  

daxil olmaq

  feli 


remarkalarda 25 dəfə işlənmişdir.

2. Ərəb və fars sözlərinin birləşməsi yolu ilə: a) iki ərəb sö-

zünün birləşməsi ilə: 

qədr-qiymət, xatircəm, cah-cəlal, eyş-işrət; 

b)   iki   fars   sözünün   birləşməsi   ilə:  

bədgüman,   peyğəmbər, 

dərviş, şoraba;

 c) fars və ərəb sözlərinin birləşməsi ilə: 

bədbəxt, 

nəməkbəharam, xudahafiz, dərə-divan;

 ç) ərəb və fars sözlərinin 

birləşməsi ilə: 

duagu, ibrətxanə, tərifnamə, filankəs;

 d) ərəb və 

fars sözlərinin təkrarı ilə: 

əhməq-əhməq, ahəstə-ahəstə

.

Pyesdə canlı dilin xüsusiyyətini qabarıq əks etdirən qoşa 



sözlərə   də   təsadüf   olunur.   Müstəqil   mənalı   köklə   mənasız 

kökün


50

 qoşalaşıb işlənməsi nəticəsində əmələ gələn belə sözlərə 

həm xalis Azərbaycan sözləri (qara-qura, qarışıq-quruşuq və s.), 

həm   də   alınmalar   sırasında   (dəllək-məllək,   kasıb-kusub,   lotu-

potu, cahıl-cuhul) rast gəlirik.

50

 



.:  .  .                  . 

 

 



 

Бах И Р Я ф я н д и й е в Азярбайъан дилиндя сюзцн гурулушу 

(

 

Биринъи щис ),  . .



 

 

-



 

,  


ся В И Ленин адына АПИ нин ясярляри XXIII  .,

ъ  


1963,  .80.

с

122




Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə